11 Fevral 2026 16:54
436
SİYASƏT
A- A+
Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır


ABŞ-ın vitse-prezidenti cənab Cey. Di. Vensin ölkəmizə səfərini və səfər çərçivəsində cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatı Azərbaycan–ABŞ münasibətlərində yeni və keyfiyyətcə fərqli mərhələnin başlanğıcıdır.

Bu səfər ilk növbədə onu göstərir ki, Azərbaycan artıq regionda beynəlxalq tərəfdaşlıqların formalaşmasında etibarlı və söz sahibi olan ölkədir. Cənab Prezidentin də vurğuladığı kimi, Tramp–Vens administrasiyasının ölkəmizə nümayiş etdirdiyi müsbət və konstruktiv münasibət Azərbaycanın beynəlxalq nüfuzunun real göstəricisidir.

Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin institusional əsaslar üzərində qurulduğunu təsdiqləyən mühüm sənəddir. Xüsusilə qeyd olunmalıdır ki, qısa müddət ərzində aparılmış intensiv danışıqlar tərəflərin qarşılıqlı etimad mühitində işlədiyini açıq şəkildə göstərir.

Bu səfərin ən önəmli məqamlarından biri ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə verdiyi dəstəyin açıq və birmənalı şəkildə ifadə olunmasıdır. Son altı ayda regionda formalaşmış sabitlik, yeni əməkdaşlıq imkanları və iqtisadi perspektivlər artıq sülhün real nəticələr verdiyini sübut edir.

Xüsusilə nəqliyyat bağlantılarının genişlənməsi, regionun Asiya ilə Avropa arasında etibarlı tranzit məkanına çevrilməsi istiqamətində irəli sürülən təşəbbüslər Azərbaycanın geoiqtisadi rolunu daha da gücləndirir. Azərbaycanın həm regional kommunikasiyaların açılması, həm də qonşu ölkələrlə tranzit və enerji əməkdaşlığı sahəsində atdığı addımlar ölkəmizin sülhə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Bu səfəri eyni zamanda təhlükəsizlik sahəsində tərəfdaşlığın yeni mərhələyə keçidi kimi qiymətləndirmək olar. Terrorizmə qarşı mübarizə, müdafiə sənayesi, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, süni intellekt, rəqəmsal infrastruktur və Amerika şirkətləri ilə texnoloji əməkdaşlıq istiqamətləri Azərbaycanın gələcək inkişaf modelinin bilik və innovasiyaya əsaslandığını bir daha təsdiqləyir. Bu ölkəmizin enerji sahəsi ilə yanaşı, yüksək texnologiyalar üzrə də regional mərkəzə çevrilməsi hədəfinə tam uyğundur.

Hesab edirəm ki, vitse-prezident Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya siyasi, iqtisadi və təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətli və perspektivli hadisədir.

Bu səfər bir daha göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin balanslı, praqmatik və milli maraqlara əsaslanan xarici siyasət kursu Azərbaycanın mövqelərini qlobal miqyasda daha da möhkəmləndirir.  

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!