26 Avqust 2025 09:06
439
SİYASƏT
A- A+
Azadlıq arzusunun gerçəkləşdiyi gün  

Azadlıq arzusunun gerçəkləşdiyi gün  


Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. Məhz bu səbəbdən həmin tarix Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu gün Laçının erməni işğalından azad edilərək yenidən Azərbaycan xalqının nəzarətinə qaytarıldığı tarixi hadisəni əbədiləşdirir.

Laçın rayonu 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu strateji əhəmiyyətli bölgə Ermənistanla işğal olunmuş Qarabağ ərazisi arasında “Laçın dəhlizi” kimi tanınan əsas bağlantı nöqtəsi idi. İşğal dövründə Laçın rayonunun şəhəri və kəndləri dağıdılmış, əhalisi isə məcburi köçkünə çevrilmişdi. Həmçinin işğal nəticəsində rayonun əhalisi etnik təmizlənməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşmüşdür. Bundan başqa, yüzlərlə mədəniyyət, təhsil, səhiyyə müəssisəsi, eləcə də müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdir. 

İşğal dövründə Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olmuşdur.

Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata əsasən, Laçın rayonu, o cümlədən Laçın şəhəri də mərhələli şəkildə Azərbaycanın nəzarətinə qaytarıldı. 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq tam nəzarəti bərpa etdi. Güclü siyasi rəhbərlik sayəsində Azərbaycan beynəlxalq hüququn tələblərini özü yerinə yetirdi və Ali Baş Komandanın tabeliyində Azərbaycan Silahlı Qüvvələri tarixi qələbə qazanaraq Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu. Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra dövlət başçısı tərəfindən sülh gündəliyi irəli sürüldü, qarşı tərəf sülhə məcbur edildi. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda baş tutan son sülh danışıqlarında əldə olunan mühüm və tarixi nailiyyət əldə olundu.

Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Laçın şəhərində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. Müasir infrastruktur, təhsil və səhiyyə obyektləri, yollar və yaşayış binaları inşa olunur. Ən önəmlisi isə uzun illərdən sonra laçınlı ailələr doğma torpaqlarına qayıdırlar.

Həmçinin bu müddət ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

İşğaldan azad edildikdən sonra ölkə başçısının təşəbbüsü ilə Laçında generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bundan başqa, Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. 

Laçında Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. O cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanı həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilib. 

Şəhərin Baş plan layihəsində həyətyanı sahəsi olan fərdi evlərə, o cümlədən digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsinə üstünlük verilmişdir. Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılması nəzərdə tutulmuşdur. Bu gün Laçında ümumilikdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib və daha bir çox yaşayış və qeyri-yaşayış sahələrinin tikinti və bərpası davam etdirilir. Həmçinin 2025-ci ildə Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışı olub.

Bərpa və quruculuq işləri ilə yanaşı. şəhərdə istehsal müəssisələrinin yaradılması işləri də ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. 

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilib.

Prezident İlham Əliyevin Laçına göstərdiyi xüsusi diqqət və həyata keçirdiyi mühüm tədbirlər sayəsində Laçın bu gün bir çox dövlətlərin diqqət mərkəzindədir. Azərbaycanda Laçın Şəhəri Gününün qeyd olunması uzun illər davam edən ədalətsizliyin sona çatmasının simvoludur. Bu gün xalqımızın yaddaşında tarixi zəfərin, torpağa bağlılığın və azadlıq arzusunun gerçəkləşdiyi gün kimi əbədiləşmişdir. 

 

Pərvanə VƏLİYEVA, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!