Azad, ədalətli və şəffaf
Ərazi bütövlüyümüzün tam bərpası şəraitində keçiriləcək parlament seçkiləri ölkəmizin demokratik inkişafının növbəti təsdiqi olacaq
Ərazi bütövlüyünü, suverenliyini tam təmin edən Azərbaycanda 2024-cü il yeni çağırışlarla, vacib ictimai-siyasi proseslərlə zəngin dövr kimi diqqət çəkir. 2024-cü ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində növbədənkənar prezident seçkilərinin keçirilməsi, işğaldan qurtulan ərazilərimizdə seçicilərin səsvermədə iştirak etmələri xalqımız üçün tarixi və milli əhəmiyyətə malik hadisə oldu. Qarşıdan isə daha bir mühüm siyasi hadisə - Milli Məclisə seçkilər gəlir.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin iyunun 28-də imzaladığı sərəncamla 6-cı çağırış Milli Məclis buraxılıb. Sentyabrın 1-nə isə parlamentə növbədənkənar seçkilər təyin edilib.
Seçkilərin önə çəkilməsini şərtləndirən mühüm səbəblər
Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.
Lakin bir sıra mühüm məqamlar 7-ci parlament seçkilərinin keçirilməsi müddətinin önə - sentyabr ayına çəkilməsini şərtləndirib. Məlumdur ki, noyabr ayında Azərbaycan bir neçə beynəlxalq tədbirə evsahibliyi edəcək. Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyaları, eyni zamanda COP29 ölkəmizdə keçiriləcək. 200-dən çox ölkənin qərarı ilə COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Respublikamız COP-a evsahibliyi etməklə üzərinə böyük məsuliyyət götürüb.
Bu baxımdan, iştirakçılarının sayına görə dünyanın ən böyük tədbirlərindən hesab olunan COP29-la zamanı üst-üstə düşən parlament seçkilərinin keçirilməsinin müddətinin əvvələ çəkilməsi tam məqsədəuyğundur. Azərbaycan üçün həm beynəlxalq tədbirlərin, həm də parlament seçkilərinin yüksək səviyyədə keçirilməsi vacibdir. Qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un işində parlamentin də tam formalaşmış şəkildə iştirakı, yəni qanunvericiliklə bağlı fəaliyyətin fasiləsiz həyata keçirilməsi əsasdır.
Parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməlidir
Xatırladaq ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında Milli Məclisdə təmsil olunan deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul olunmuşdur.
İyunun 21-də isə Milli Məclisin iclasında parlament seçkilərinin vaxtının irəli çəkilməsinin zəruriliyi vurğulanıb. COP29-un və digər tədbirlərin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının, ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təmsil edilməsinin məqsədəuyğun olmasının vacibliyi diqqətə yetirilib. Bildirilib ki, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli bu tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə, habelə normal fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Digər tərəfdən, beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi və həmin tədbirlərin keçirilməsi qaçılmazdır. Bu baxımdan, parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da əsas vəzifələrdən biridir.
Bütün bunları nəzərə alan deputatlar parlamentin sözügedən tarixdə keçirilən plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar qəbul etmişlər.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında isə Azərbaycan Prezidentinin Milli Məclisin 2024-cü il 21 iyun tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb. Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Milli Məclisin Qərarı və bu Qərar əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Konstitusiyasının 981-ci maddəsinə uyğundur.
Beləliklə, qarşıdan növbəti parlament seçkiləri gəlir. Ərazi bütövlüyümüzün tam bərpası şəraitində keçiriləcək parlament seçkiləri ölkəmizin demokratik inkişafının növbəti təsdiqi olacaq.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!