10 Iyun 2024 20:59
552
Elm və texnika
A- A+

Ayda ilk dəfə mənfi ionlar tapılıb


“ESA”nın Aya enən ilk vasitəsi Günəş küləyi ilə qarşılıqlı təsir nəticəsində Ayın səthində mənfi ionların varlığını təsbit edib. Ayda ilk mənfi ion detektoru fasilələrlə çalışıb və 3 saatdan çox məlumat toplayıb. Bu müddət missiyanın müvəffəqiyyəti üçün lazım olan zamandan 3 dəfə çoxdur. Beləliklə, ESA, ilk dəfə Ay səthi ilə bağlı elmi məlumatlar çıxararaq bunu Çinin sayəsində etmiş oldu.

“ESA”nın İsveç Kosmik Fizika İnstitutu tərəfindən qurulan eksperimentin baş mütəxəssisi Martin Wieser açıqlama verərək, Aydakı bu müşahidələrin səth mühitini daha yaxşı anlamağa kömək edəcəyini və planetlərdən tutmuş asteroidlərə və digər peyklərə qədər Günəş sistemindəki digər atmosfersiz cisimlərdəki mənfi ion populyasiyalarının tədqiqi üçün bələdçi rolunu oynayacağını deyib.

Məlum olduğu kimi, Günəş küləyi ulduzumuzdan gələn radiasiya və hissəciklərin davamlı axınıdır. Yerin maqnit sahəsi bizi bu axından qoruyan qalxan rolunu oynayır. Digər tərəfdən, Ayın maqnit sahəsi yoxdur və onun ekzosfer adlanan çox nazik atmosferi onu qoruya bilməz. Günəş küləyi Aya vurduqda səth reaksiya verir və ikinci dərəcəli fraqmentlərin əmələ gəlməsinə səbəb olur. Bu hissəciklər, müsbət və ya mənfi yüklü və ya heç yüksüz ola bilər. Müsbət yüklü hissəcikləri daha əvvəllər orbitdən ölçmək mümkün olsa da, mənfi hissəcikləri ölçmək daha çətin olub. Çünki mənfi ionlar, qısa ömürlü olduqları üçün orbitə çata bilmir. “ESA” mümkün qədər səthə yaxınlaşıb və bu ölçmələri apararaq itkin parçanı aşkar edib.

Ülkər XASPOLADOVA,

“Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video