20 Mart 2026 15:26
193
DÜNYA
A- A+
Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib


Avropanın avtomobil sənayesi illərdir dünya bazarında dominant mövqeyə sahib olsa da, son illərdə qüvvələr nisbəti dəyişməkdədir. Avropa İttifaqına (Aİ) Çin avtomobillərinin idxalının həcmi ilk dəfə bu ölkəyə ixrac həcmindən çox olub.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, ötən il Avropadan Çinə avtomobil və avtomobil ehtiyatı hissələrinin ixracı 34 faiz azalaraq 16 milyard avro təşkil edib. İxrac 2022-ci ildən etibarən iki dəfə azalıb. Çin məhsullarının Avropaya idxalı isə 8 faiz artaraq 22 milyard avroya çatıb.

Bu tendensiya alman avtomobil istehsalçılarına da təsir etməkdədir. Hazırda ixrac idxaldan yüksək olsa da, fərq sürətlə azalır. 2022-ci ildə 30 milyard avro olan ixrac həcmi 2025-ci ildə 13,6 milyard avroya düşüb. Eyni zamanda, Çin məhsullarının idxalı iki dəfədən çox artaraq 7,4 milyard avroya çatıb. İxrac və idxal göstəricilərinin 2026-cı ildə bərabərləşə biləcəyi proqnozlaşdırılır.

Araşdırmaya əsasən, Çin avtomobil istehsalçıları digər Avropa ölkələrinə nisbətdə Almaniya bazarında uğurlu deyil. Çünki yerli istehsalçılar – “Volkswagen”, “Mercedes-Benz”, BMW və onların markaları bazar payını qoruyub saxlayır. Avropanın digər ölkələrində isə Çin markaları artıq nəzərəçarpacaq nəticələr göstərib. Yaxın perspektivdə rəqabətin daha da güclənəcəyi, Almaniyanın avtomobil sektoruna təzyiqin artacağı proqnozlaşdırılır. Eyni zamanda, alman istehsalçılar və tədarükçülər Çində də istehsal həyata keçirir, məhsulları həm yerli bazara, həm də Avropaya ixrac edirlər.

Elektrikli avtomobil batareyalarının satışında isə Çin artıq dünya bazarında üstünlüyə malikdir. Alman avtomobil sənayesinin gəliri 2025-ci ildə 1,6 faiz azalaraq 528 milyard avroya düşüb, iş yerlərinin sayı isə 6,2 faiz azalaraq son 14 ilin ən aşağı səviyyəsinə - 725 minə geriləyib.

Analitiklər artan Çin rəqabəti, zəif ixrac bazarları, iqtisadi durğunluq, geopolitik böhranlar, yüksək yeni avtomobil qiymətləri və elektrik avtomobillərinə tələbatın aşağı olmasını alman avtomobil sektorunun vəziyyətini gərginləşdirən əsas səbəblər kimi qiymətləndirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə bayram konserti atəşfəşanlıqla başa çatıb

22:33
20 Mart

Premyer Liqa: "Neftçi" "İmişli"ni darmadağın edib

22:13
20 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib

21:26
20 Mart

Prezident Ərdoğan: Regionda dialoqun bərpası Ankaranın hədəfidir

19:11
20 Mart

Azərbaycana yaz fəsli daxil olub

18:41
20 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib  

18:19
20 Mart

Premyer Liqada turun sensasiyası: “Qarabağ” “Kəpəz”ə uduzub  

16:59
20 Mart

Avropanın Çindən avtomobil idxalının həcmi ilk dəfə ixracı üstələyib

15:26
20 Mart

İraqın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

15:07
20 Mart

Gürcüstanda Patriarx II İliya ilə vida mərasimi keçirilir

14:07
20 Mart

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər  

13:31
20 Mart

AQTA-dan Novruz bayramında sağlam qidalanma tövsiyələri

13:17
20 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:47
20 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:51
20 Mart

Şuşada Ramazan bayramı namazı qılınıb

11:20
20 Mart

Allahşükür Paşazadə: Dua edirik ki, müharibələr tezliklə dayansın

11:14
20 Mart

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir  

10:17
20 Mart

Ağdamda bayram namazı qılınıb

10:01
20 Mart

Bilmək istəyirəm

09:55
20 Mart

Novruz dünyada...

09:50
20 Mart

Paytaxtda möhtəşəm Novruz şənliyi

09:45
20 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!