02 İyun 2026 19:31
368
DÜNYA
A- A+
Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər

Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər


Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər.

AZƏRTAC xəbər verir ki, tədqiqatçılar Günəş sisteminin xaricində misli görünməmiş dərəcədə güclü küləklərin əsdiyi planetlər kəşf ediblər. Bu güclü küləklər, ehtimal ki, planetlərin maqnit sahələrinin təsirinin nəticəsidir.

Tədqiqatçılar Yupiterə bənzər yeddi ekzoplaneti araşdırıblar: onlar böyük və əsasən qazdan ibarətdir. “Nu.nl” yazır ki, planetlər ana ulduzlarının ətrafında sinxron şəkildə fırlanır, yəni planetin bir tərəfi həmişə ulduza baxır.

Güclü teleskoplardan istifadə edərək küləyin sürəti saatda 7200 kilometrdən azı 25 min kilometrə qədər diapozonda ölçülüb. Müqayisə üçün, Yer kürəsində indiyə qədər ölçülən ən yüksək külək sürəti saatda 408 kilometrdir. Yupiterdə saatda 1500 kilometrə qədər olan küləyin sürəti qeydə alınıb.

Təəccüblü olan odur ki, alimlər isti planetlərdə küləklərin daha yavaş əsdiyini aşkar ediblər. Buna görə də, küləyə, ehtimal ki, planetlərin maqnit sahələri təsir göstərir.

Güclü maqnit sahəsi küləyə yavaşladıcı təsir göstərir. Nəticədə tədqiqatçılar maqnit sahəsinin gücünü küləyin sürətinə əsasən hesablaya biliblər.

Alimlərin sözlərinə görə, bu, Günəş sistemimiz xaricindəki planetlərdə maqnit sahələrinin ilk etibarlı ölçülməsidir.

“Ehtimal edirəm ki, bu dünyaların bəzilərində səma təkcə ulduzlarla deyil, həm də planetin üzərində rəqs edən, yarısı əbədi gün işığı, yarısı isə sonsuz gecə ilə örtülmüş nəhəng çoxrəngli işıq pərdələri ilə örtülüb”, - deyə tədqiqatın həmmüəllifi Bibiana Prinot bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

Azərbaycan avarçəkəni Avropa çempionu olub

15:03
12 İyun

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub  

14:58
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!