29 Iyun 2024 16:15
221
CƏMİYYƏT
A- A+

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Azərbaycan Səhiyyə Nazirliyində Avropa Kardioloqlar Cəmiyyətinin (ESC) prezidenti, İsveçrənin Sürix Universitetinin Molekulyar Kardiologiya Mərkəzinin direktoru Tomas F.Lüşerlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışıb. Nazir vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində tibbin bütün sahələrində, o cümlədən kardiologiyada mühüm nəticələrin əldə olunmasının əsası qoyulub: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var”.

T.Musayev çıxışında ürək-damar xəstəlikləri ilə qlobal mübarizənin təşviqi üçün vacib olan kardiologiyanın bütün spektrlərini əhatə edən ESC-nin fəaliyyətini yüksək qiymətləndirib. Nazir Avropa Kardioloqlar Cəmiyyətinin ürək-damar mütəxəssislərinin peşəkarlığını da qeyd edib: “Bu unikal şəbəkə bizə ürək-damar xəstəliklərinin təsirinin azaldılması istiqamətində geniş imkanlar yaradır”.

ESC prezidenti belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından çox vacib olduğunu vurğulayıb. Tomas F.Lüşer Avropa Kardioloqlar Cəmiyyətinin fəaliyyəti haqqında da ətraflı məlumat verib. Onun sözlərinə görə, ESC Avropanın 57, o cümlədən Azərbaycanın milli kardioloji cəmiyyətini özündə birləşdirir.

Bakıda keçirilən III Ürək Çatışmazlığı Yeniliklər konqresinin əhəmiyyətini vurğulayan Tomas F.Lüşer qeyd edib ki, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən kardiologiyanın aktual problemlərinə həsr olunan beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.

Görüşdə Avropa Kardioloqlar Cəmiyyətinin Azərbaycan Səhiyyə Nazirliyi ilə kardiologiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Qeyd edək ki, dünyanın ən çox istinad edilən alimlərindən biri olan professor Tomas F.Lüşer ürək-damar təbabətinə dair 500-dən çox elmi məqalə, 200-dən çox resenziya və kitab fəsillərinin müəllifidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video