01 Sentyabr 2025 16:44
529
SİYASƏT
A- A+
ATƏT-in Nazirlər Şurasının qərarı Cənubi Qafqazda davamlı sülh istiqamətində yeni addımdır  

ATƏT-in Nazirlər Şurasının qərarı Cənubi Qafqazda davamlı sülh istiqamətində yeni addımdır  


ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun H.Sinirlioğlu Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin və əlaqədar strukturların bağlanması barədə Nazirlər Şurasının qərarını alqışlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

“Mən bir daha Ermənistana və Azərbaycana sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, onların tez bir zamanda həyata keçirilməsinə dair qətiyyətli qərarlarına görə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və bu prosesdəki mükəmməl əməkdaşlıqlarına görə tərəflərə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin bu konsensusa nail olmaqda nümayiş etdirdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də alqışlayıram,” - deyə nazir Valtonen qeyd edib.

Məlumatda bildirilir ki, ATƏT Nazirlər Şurasının qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda imzaladıqları Birgə Bəyannamənin davamıdır. Nazirlər Şurasının qərarı ATƏT-in bütün 57 iştirakçı dövlətinin konsensusu ilə qəbul olunub.

“Bu, diplomatiyanın onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra da nələrə nail ola biləcəyini göstərən tarixi bir hadisədir. Bu, tərəflərin ortaq məxrəcə gəlmək istiqamətində ortaq iradə nümayiş etdirdikdə razılığın mümkün olduğunu sübut edir”, - deyə Baş katib Sinirlioğlu vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri və Baş katibi daha sonra Ermənistana, Azərbaycana və regiona davamlı sülh, sabitlik gətirən bütün səylərə dəstək verməkdə dəyişməz öhdəliklərini bir daha vurğulayıblar.

Yekunda qeyd edilir ki, ATƏT bu qərarın qəbul edilməsindən sonra Minsk Prosesinin və əlaqəli strukturların bağlanmasının həyata keçirilməsi istiqamətində addımlar atacaqdır. Bundan sonra ancaq mövcud aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar davam etdiriləcək və proses 2025-ci il dekabrın 1-dək başa çatdırılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!