08 Yanvar 2025 03:40
1541
Qanunlar
A- A+
"Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 

"Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə 


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 10-cu, 12-ci, 15-ci, 16-cı, 23-cü və 26-cı bəndlərini rəhbər tutaraq, "Arbitraj haqqında" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934) 179-cu maddəsinin 2-ci hissəsinin "c" bəndindən "münsiflər və" sözləri çıxarılsın. 

Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 55-VIIQD nömrəli Qanunu) 308-ci maddəsinin "Qeyd" hissəsinin 7-ci bəndindən "yerli, xarici və beynəlxalq" sözləri çıxarılsın.

Maddə 3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631) 95.2.5-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 95.2.6-cı maddə əlavə edilsin:

"95.2.6. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.".

Maddə 4. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134,№ 4, maddə 365) 6.1.1-ci, 300.1-ci (hər iki halda), 302.1-ci, 302.2-ci və 302.4-cü maddələrində "münsiflər" sözü "arbitraj" sözü ilə əvəz edilsin.

Maddə 5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) 68.0.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 68.0.5-ci maddə əlavə edilsin:

"68.0.5. arbitraj icraatı zamanı məlum olan hallar barədə arbitrlər.".

Maddə 6. "İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18 (Cild I) 12-ci maddəsinin üçüncü hissəsində "məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının" sözləri "və xarici dövlətlərin məhkəmələrinin" sözləri ilə əvəz edilsin və həmin hissəyə "işlər üzrə qərarlarının" sözlərindən sonra ", xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının" sözləri əlavə edilsin.

Maddə 7. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 8.4-cü maddənin "Dövlət rüsumu tutulmalı olan hərəkətlər" sütununa"ərizənin verilməsinə görə" sözlərindən sonra "(arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla)" sözləri əlavə edilsin;

7.2.8.6-cı maddənin "Dövlət rüsumunun məbləği" sütununda "və 8.2-ci" sözləri ", 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci" sözləri ilə əvəz edilsin;

7.3. aşağıdakı məzmunda 8.8 - 8.12-ci maddələr əlavə edilsin:

7.4. 9.1.14-cü maddədə "və bütün növ" sözləri ", digər ərizələr və ya" sözləri ilə əvəz edilsin.

Maddə 8. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

8.1. preambulada "məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının" sözləri "və xarici dövlətlərin məhkəmələrinin" sözləri ilə əvəz edilsin və həmin preambulaya "işlər üzrə qərarlarının" sözlərindən sonra ", xarici və yerli arbitraj məhkəmələrinin qərarlarının"sözləri əlavə edilsin;

8.2.6.1.1-ci maddə üzrə:

8.2.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

"xarici və yerli arbitraj məhkəmələrinin qərarları;";

8.2.2. altıncı abzasdan "və arbitrajlarının" sözləri çıxarılsın;

8.3. 13-cü maddə üzrə:

8.3.1. 13.1.4-cü maddədən "beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları," və "və arbitrajlarının" sözləri çıxarılsın;

8.3.2. aşağıdakı məzmunda 13.1.4-2 və 13.1.4-3-cü maddələr əlavə edilsin:

"13.1.4-2. bu Qanunun 13.1.4-3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri - bir ay ərzində;

13.1.4-3. arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri - dərhal;";

8.3.3. 13.2.1-ci maddədə "və 13.1.4-cü" sözləri ", 13.1.4-cü və 13.1.4-2-ci" sözləri ilə əvəz edilsin;

8.4. 77-ci maddə üzrə:

8.4.1. adından "və arbitrajların" sözləri çıxarılsın;

8.4.2. 77.1-ci və 77.2-ci maddələrdən "və arbitrajlarının" sözləri çıxarılsın.

Maddə 9. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138) 41.2.17-ci maddəsində "arbitraja (münsiflər məhkəməsinə)" sözləri "arbitraj məhkəməsinə" sözləri ilə əvəz edilsin.

Maddə 10. "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2041 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 14.4-cü maddədə "arbitr" sözü "arbitraj məhkəməsi" sözləri ilə əvəz edilsin; 

10.2. 17.4-cü maddədə "münsif" sözü "arbitraj məhkəməsi" sözləri ilə əvəz edilsin.

Maddə 11. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597(Cild I); 2024, № 1, maddə 14) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1.0.9-cu maddədə "arbitraja (münsiflər məhkəməsinə)" sözləri "arbitraj məhkəməsinə" sözləri ilə əvəz edilsin;

11.2. 8.3-cü maddədə "və arbitraj (münsiflər məhkəməsi) proseslərində" sözləri "proseslərində və arbitraj icraatında" sözləri ilə əvəz edilsin;

11.3. 12.3-cü maddədə "və ya arbitraj (münsiflər məhkəməsi) prosesində" sözləri "prosesində və ya arbitraj icraatında" sözləri ilə əvəz edilsin və həmin maddədən "(münsif)" sözü çıxarılsın;

11.4. 29.7-ci maddənin birinci cümləsindən "və ya arbitraja (münsiflər məhkəməsinə)" sözləri çıxarılsın.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr  2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!