27 Yanvar 2025 10:51
201
İQTİSADİYYAT
A- A+
Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edib

Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edib

Aqrar Subsidiya Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə müvafiq olaraq əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair bir sıra qərarlar qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni qərarlara aşağıdakıkar daxildir:

• Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;

• Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.

Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.

• 2025-ci ildə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyən edilib:



 

Bitki növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

2.1.

Çəltik:

 

 

2.1.1.

əsas əkinlər

1.9

380

2.1.2.

təkrar əkinlər

0.6

120

2.2.

Qarğıdalı:

 

 

2.2.1.

əsas əkinlər:

 

 

2.2.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.2.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.2.2.

təkrar əkinlər

0.6

120

2.3.

Darı:

 

 

2.3.1.

əsas əkinlər:

 

 

2.3.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.3.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.3.2.

təkrar əkinlər

0.6

120

2.4.

Sorqo:

 

 

2.4.1.

əsas əkinlər:

 

 

2.4.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.1

220

2.4.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.8

160

2.4.2.

təkrar əkinlər

0.6

120

2.5.

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):

 

 

2.5.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.45

290

2.5.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.15

230

2.6.

Yer fındığı:

 

 

2.6.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.4

280

2.6.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.1

220

2.7.

Zəfəran

2.2

440

2.8.

Günəbaxan:

 

 

2.8.1.

əsas əkinlər:

 

 

2.8.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.9

180

2.8.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.6

120

2.8.2.

təkrar əkinlər

0.6

120

2.9.

Kartof:

 

 

2.9.1.

əsas əkinlər:

 

 

2.9.1.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.8

360

2.9.1.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.5

300

2.9.2.

təkrar əkinlər

0.6

120

2.10.

Tərəvəz:

 

 

2.10.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.55

310

2.10.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.25

250

2.11.

Bostan bitkiləri:

 

 

2.11.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1.4

280

2.11.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1.1

220

2.12.

Yonca:

 

 

2.12.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.8

160

2.12.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.5

100

2.13.

Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):

 

 

2.13.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0.95

190

2.13.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0.65

130

2.14.

Üzüm:

 

 

2.14.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

73.5

14700

2.14.2.

2.14.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar

3.5

700

2.14.3.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1.25

250

2.15.

Meyvə:

 

 

2.15.1.

İntensiv meyvə bağları:

 

 

2.15.1.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan fındıq bağları

40.25

8050

2.15.1.2.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şaftalı (nektarin) və ərik bağları

122.5

24500

2.15.1.3.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan püstə bağları

31.5

6300

2.15.1.4.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağları

126

25200

2.15.1.5.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan alma bağları

161

32200

2.15.1.6.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan xurma (xirnik) bağları

35

7000

2.15.1.7.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan badam bağları

36.75

7350

2.15.1.8.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan qoz bağları

28

5600

2.15.1.9.

2.15.1.1-2.15.1.8-ci abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla 2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

4

800

2.15.1.10.

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1.55

310

2.15.2.

Digər meyvə bağları:

 

 

2.15.2.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları

4

800

2.15.2.2.

2.15.2.1-ci abzasda müəyyən edilmiş şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları

1.55

310

2.15.2.3.

2.15.2.1-2.15.2.2-ci abzaslarda müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları

1.25

250

2.16.

Giləmeyvə:

 

 

2.16.1.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

48

9600

2.16.2.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları

16

3200

2.16.3

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş qarağat bağları

16

3200

2.16.4

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək  salınan və damcı suvarma sistemi ilə təmin olunmuş böyürtkən bağları

16

3200

2.16.5.

2.16.1-ci yarımbənddə müəyyən edilmiş kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

3.3

660

2.16.6.

2.16.1.-2.16.5-ci yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri:

 

 

2.16.6.1.

müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr

1.55

310

2.16.6.2.

müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr

1.25

250

2.17.

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər

5

1000

 


Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda çəyirdəksiz süfrə üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə “V” və ya çardaq şəkilli dirək sistemi (şpaler) qurulmuş, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 14700 manat;

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv ərik bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 6300 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv armud bağlarının hər hektarına görə 25200 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv alma bağlarının hər hektarına görə 32200 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 7000 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 7350 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 5600 manat əkin subsidiyası veriləcəkdir.

• Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 5 hektar olan və 1 hektara minimum 1000 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 8050 manat;

• Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.

• Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasında istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, Naxçıvan Muxtar Respublikasında verilən məhsul subsidiyası siyahısı genişlənir:

• 2025-ci ildə məhsul subsidiyası 5 bitki (tütün, şəkər çuğunduru, soya, qarğıdalı və günəbaxan) üzrə aşağıdakı əmsallara uyğun olaraq veriləcəkdir:


Bitki növləri

Məhsul əmsalı

Məhsul subsidiyası (manat/ton)

Tütün:

 

 

        Virciniya sortu, yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,18

36

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,17

34

        digərləri:

 

 

                 Quru

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,0

200

                 Yaş

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,1

20

Şəkər çuğunduru:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,095

19

Soya:

 

 

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,6

120

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Qarğıdalı

0,25

50

Günəbaxan

0,25

50

 


Aqrar Subsidiya Şurası tərəfindən 2025-ci ildə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilib.

• Qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi rayonunda əkilən bitkilərə də veriləcək. Şuranın Qərarına müvafiq oaraq torf və perlit qarışığında dibçəklərdə əkilən Qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası verilməsi ilə yanaşı turşuluq (PH) səviyyəsi 6.5-dən artıq olmayan torpaqlarda 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 7500 manat məbləğində əkin subsidiyası veriləcək.

• Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş çay, habelə 2.16.1.1-2.16.1.13-cü yarımbəndləri ilə müəyyən edilmiş intensiv meyvə bağları üzrə əkin əmsalları 15 hektar və ya daha artıq sahədə əkildikdə bu bəndlərlə müəyyən edilmiş əkin subsidiyasının alınması üçün fermerlər tərəfindən həmin bağlarda iqlim stansiyası qurulması tələb olunur. Müvafiq şərt və Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilən əkin əmsalı üzrə üzüm bağlarının salınması şərtləri 2025-ci il 1 yanvar tarixindən sonra salınan bağlara şamil ediləcək.

• Şuranın 2025-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2024-cü il 29 avqust tarixli Qərarının 31.3-cü bəndi ilə müəyyən şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:33
28 Yanvar

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:33
28 Yanvar

"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:32
28 Yanvar

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:30
28 Yanvar

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:30
28 Yanvar

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:29
28 Yanvar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:29
28 Yanvar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:28
28 Yanvar

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:28
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:27
28 Yanvar

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:27
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:26
28 Yanvar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:26
28 Yanvar

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:25
28 Yanvar

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:24
28 Yanvar

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:24
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:23
28 Yanvar

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

00:23
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!