27 Yanvar 2025 12:13
231
İQTİSADİYYAT
A- A+
Azərbaycan İnvestisiya Şirkəti innovativ həllərin tətbiqi ilə bir sıra layihələr həyata keçirməyi planlaşdırır  

Azərbaycan İnvestisiya Şirkəti innovativ həllərin tətbiqi ilə bir sıra layihələr həyata keçirməyi planlaşdırır  


Son beş ildə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) dayanıqlı iqtisadi artım və xarici investisiyaların cəlb olunmasına diqqət yetirərək əsas fəaliyyət istiqamətlərini inamla və uğurla inkişaf etdirib. Bu strategiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə tam uyğundur.

Ötən dövr şirkət üçün mühüm mərhələ olub: müasir korporativ standartların və qabaqcıl idarəetmə təcrübələrinin tətbiqi sayəsində AİŞ əməkdaşlıq etdiyi bir sıra müəssisələrin fəaliyyətini sağlamlaşdırıb və onların işini daha səmərəli edib. Xarici tərəfdaşlarla əməkdaşlıq AİŞ-in strategiyasının ayrılmaz hissəsinə çevrilib, bu isə beynəlxalq arenada şirkətə etimadın güclənməsinə səbəb olub.

Əsası 2006-cı ildə qoyulmuş AİŞ üçün 2020–2024-cü illər iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü olub.

Son 5 ildə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata çatıb. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir.

Bundan başqa, 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etmək mümkün olub. Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirir.

Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək. AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hazırda AİŞ sayəsində qida və əczaçılıq sənayesi sahəsində, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların fəal istehsalı həyata keçirilir ki, bu da iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edən məhsullarla təmin edilməsinin mühüm göstəricisidir.

Azərbaycanın səhiyyə infrastrukturunu gücləndirməklə yanaşı, həm də ölkə daxilində ən üstün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibbi ləvazımatların və dərman preparatların istehsalına imkan yaradan əczaçılıq layihələrinə investisiyaların ayrılmasına xüsusi diqqət yetirilir. Bu tərəfdaşlığa nümunə olaraq “Diamed” şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində müəssisələrin istifadəyə verilməsi layihələrini qeyd etmək olar. Müəssisələrdən biri birdəfəlik şprislərin, digəri isə Natrium xlorid, Ringer laktat və Qlükoza kimi həyati əhəmiyyət kəsb edən venadaxili infuziya məhlullarının istehsalı üzrə ixtisaslaşıb.

Sadalananlardan əlavə AİŞ-in Azərbaycanın digər regionlarının da iqtisadi inkişafı üçün həyata keçirdiyi mühüm layihələri qeyd etmək önəmlidir. Balakən rayonunda “Balkhoorma” və “Balacans Agro Food” zavodlarında quru meyvələr istehsal olunur. Qeyd edilən layihələr yerli istehsalçılara dəstək verir, istehsal edilən məhsullar isə regionun, o cümlədən bütünlükdə ölkənin ixrac potensialının artırılmasına kömək edir.

Əsas layihələr arasında Ağdam rayonunun Şahbulaq kəndində daş karxanasını, eləcə də Xocalıda bərpa edilmiş sement zavodunu qeyd etmək olar. Bu zavodlarda istehsal edilən tikinti daşı və sement işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərində istifadə edilir. AİŞ həmçinin Ağdam Sənaye Parkında müxtəlif sənaye sahələrində çalışan işçilər üçün maksimum təhlükəsizlik və rahatlığı təmin edən işçi ayaqqabı istehsal edən “Bafco” fabrikinə də sərmayə yatırıb.

Yevlaxda illik 22 milyon ədəd damazlıq yumurta istehsal gücünə malik zavodun birinci fazasının tikintisi başa çatıb. Bu layihə yüksək keyfiyyətli və münasib qiymətə damazlıq yumurtaların istehsalı ilə ölkənin idxaldan asılılığının azaldılması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

İqtisadiyyatın strateji sahələrinin inkişafına yönəlmiş bir neçə layihənin tikintisi yekun mərhələdədir. Onların sırasında Azərbaycanda geniş çeşiddə dərman preparatları istehsal edən zavodun tikintisidir. Türkiyənin ən böyük dərman şirkətlərindən biri olan “GEN İlaç ve Sağlık Ürünleri A.Ş.” ilə birlikdə tezliklə ölkə əhalisinin sağlamlığı və rifahı üçün strateji əhəmiyyət kəsb edən, ampullar və həblər daxil olmaqla, 70 adda dərman preparatının istehsalı nəzərdə tutulur.

İmişli rayonunda pivəlik arpa emalı zavodunun tikintisi yekun mərhələdədir, bu da öz növbəsində Azərbaycanın bu sahədə mövqeyini gücləndirmək məqsədi daşıyır.

Hazırda AİŞ işğaldan azad edilmiş ərazilərdə “yaşıl”, o cümlədən ölkənin regionlarının inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə fəal şəkildə investisiya yatırır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən dörd layihənin inkişaf etdirilməsinə və dirçəldilməsinə dəstək çərçivəsində şirkət 44,8 milyon manat investisiya yatırır. AİŞ-in portfelində Türkiyənin “Demirören Holding”i ilə birgə həyata keçirilən beş kiçik su elektrik stansiyasının bərpası layihəsinin də xüsusi önəmi var. Bu layihə su elektrik stansiyalarının regionu bərpaolunan enerji ilə təmin edərək ənənəvi enerji təchizatı mənbələrindən asılılığı azaltması ilə AİŞ-in davamlı inkişafa sadiqliyini əks etdirir. Bundan əlavə, AİŞ-in Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi layihəsində iştirakı enerji infrastrukturunun inkişafı məqsədilə atılan mühüm addımdır. SOCAR Green və BP şirkətləri ilə birgə həyata keçirilən layihə işğaldan azad edilmiş ərazilərdə ən böyük yaşıl enerji layihələrindən biri olacaq.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji təşəbbüslərdən əlavə, AİŞ ölkənin digər regionlarında da yaşıl layihələrin inkişaf etdirilməsində fəal iştirak edir. Bu layihələrdən biri də İtaliyanın “Technip Energies” şirkəti ilə birgə Sumqayıtda innovativ həll yollarının tətbiqi ilə plastik tullantıların emalı zavodunun tikintisidir. Zavod qabaqcıl termokimyəvi texnologiyadan istifadə edərək plastik tullantıları emal edərək müxtəlif sənaye sahələri üçün qiymətli resurs olan piroliz yağına çevirəcək. AİŞ-in “yaşıl” layihələrə ayırdığı investisiyaların ümumi həcmi 74 milyon manat təşkil edib ki, bu da şirkətin ətraf mühitin qorunması məqsədilə müasir həllərin tətbiqinə olan sadiqliyini əks etdirir.

Qəbələ rayonunda gürcüstanlı tərəfdaşlarla birlikdə spirtsiz və yüngül spirtli içkilərin istehsalı zavodunun tikintisi nəzərdə tutulur, bu isə qida sənayesinin inkişafında mühüm addım olacaq. Bundan başqa, Gəncədə “Azərbazalt” MMC ilə birgə bazaltın çıxarılması və ondan bazalt tozu və qranullarının istehsalı layihəsi həyata keçirilir. Sözügedən xammala tikinti sənayesində və digər sahələrdə yüksək tələbatın olması bu layihəni ölkə sənayesinin inkişafı üçün strateji əhəmiyyətli edir.

Ən böyük və əhəmiyyətli layihələrdən biri də Macarıstanın “HELL Energy” şirkəti ilə birlikdə həyata keçirilən Quality Pack Caspian layihəsini qeyd etmək olar. Quality Pack Caspian Cənubi Qafqazda alüminium içki qutuları istehsal edən ilk müəssisə olacaq. Bu zavod Ələt Azad İqtisadi Zonasında yerləşəcək və illik istehsal gücü 700 milyon ədəd alüminium qutu olacaq. Bu layihə yerli bazarın tələbatını tam ödəməklə, ixrac potensialının inkişafına imkan yaradacaqdır.

2024-cü ildə COP29 konfransında uğurla iştirak edərək bir sıra ekoloji layihələr üzrə sazişlər bağlaması AİŞ-in əhəmiyyətli nailiyyətlərindən biridir. Həmin təşəbbüslər arasında plastik və şüşə qabların toplanması, karbon tutma texnologiyalarının inkişafı və stasionar batareyaların istehsalı layihələrini qeyd etmək olar. Bu sazişlər AİŞ-in qlobal ekoloji əməkdaşlıqlarda fəal iştiraka hazır olduğunu bir daha təsdiq edir.

Gələcəkdə AİŞ xarici tərəfdaşlarla birlikdə iqtisadiyyatın strateji əhəmiyyətli sektorlarının gücləndirilməsi və innovativ həllərin tətbiqi ilə bir sıra mühüm layihələr həyata keçirməyi planlaşdırır. Avstriyanın “Fibron Pipe” şirkəti ilə əməkdaşlıq çərçivəsində kompozit və paslanmayan polad boruların istehsalına başlanılacaq, bu layihə nəticəsində bazar yüksək keyfiyyətli məhsullarla təmin olunacaq. Həmçinin Avstriyanın “Grabher Group” şirkəti ilə birlikdə tibb və gigiyena kimi önəmli sahələrdə istifadə üçün beynəlxalq standartlara cavab verən qabaqcıl materiallara çıxışı təmin edəcək innovativ “ağıllı” tekstil məhsullarının istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, AİŞ-in Çinin “BYD Auto Industry Co. Ltd.” şirkəti və “Electrify Azerbaijan” MMC ilə birgə əməkdaşlıq çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında elektrik avtobusların yığımı üzrə zavod inşa olunacaq. Bu isə ölkəmizdə ekoloji cəhətdən təmiz nəqliyyatın və maşınqayırmanın inkişafına mühüm töhfə verəcək. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə təmiz enerji istehsalı üçün məişət tullantılarının təkrar emalı layihəsinin həyata keçirilməsi planlaşdırılır. AİŞ 15 ölkə ilə əməkdaşlıq çərçivəsində beynəlxalq əlaqələri genişləndirməklə yanaşı, ölkə iqtisadiyyatını gücləndirəcək qarşılıqlı faydalı tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

“Bizim missiyamız təkcə kapital cəlb etmək deyil, həm də gələcək nəsillərə xidmət edəcək dayanıqlı infrastruktur yaratmaqdır. Layihələrimiz Azərbaycanın perspektiv investisiyalar üçün regional mərkəzə çevrilməyə hazır olduğunu bir daha sübut edir”, - AİŞ-in icraçı direktoru Ülvi Mansurov çıxışlarının birində bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət gənclərin dayağıdır

08:05
28 Yanvar

Yüksələn qlobal nüfuz, artan iqtisadi güc

08:00
28 Yanvar

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:33
28 Yanvar

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:33
28 Yanvar

"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:32
28 Yanvar

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:31
28 Yanvar

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:30
28 Yanvar

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:30
28 Yanvar

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:29
28 Yanvar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:29
28 Yanvar

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:28
28 Yanvar

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:28
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:27
28 Yanvar

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:27
28 Yanvar

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:26
28 Yanvar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:26
28 Yanvar

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:25
28 Yanvar

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:24
28 Yanvar

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında

00:24
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!