AQC və ARPA Əməkdaşlıq Memorandumu imzaladılar
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlıq Memorandumu imzalanıb.
AQC-dən bildirilib ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini və İcra aparatının rəhbəri Azər Niftiyev bildirib ki, ikitərəfli əməkdaşlıq memorandumunda kifayət qədər yaxın olan sahələri təmsil edən qurumlar arasında əməkdaşlığın artırılmasına dair mühüm məqamlar öz əksini tapıb. Memorandumda qarşılıqlı əməkdaşlığa dair bir çox müddəalar, birgə təlimlərin və tədbirlərin təşkili, təcrübə və fəaliyyət mübadiləsi, kadr hazırlığı və digər xüsuslar yer alıb.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov qeyd edib ki, hər iki təşkilat cəmiyyətdə ciddi nüfuza malikdir və ölkə iqtisadiyyatında xüsusi əhəmiyyəti olan sahələri təmsil edirlər. Hikmət Məmmədov KOBİA-nın assosiativ qurumlar arasında əməkdaşlığın artırılmasında maraqlı olduğunu, bu istiqamətdə səylərini davam etdirdiyini vurğulayıb. AQC və ARPA arasında əməkdaşlığa dair müqavilənin imzalanmasına töhfə verdiklərindən məmnunluğunu ifadə edən sədr müavini əlavə edib ki, təmsil etdiyi qurum bundan sonra da hər iki təşkilata hərtərəfli dəstəyini davam etdirəcək.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidentinin səlahiyyətlərini icra edən, qurumun vitse-prezidenti Vüqar Oruc ekosistemin ayrılmaz tərkib hissəsi olan maliyyəçilər və qiymətləndiricilər arasında əməkdaşlığın artırılmasının zəruri olduğunu diqqətə çatdırıb. Rəhbəri olduğu cəmiyyətin fəaliyyətindən söz açan sədr qeyd edib ki, müqavilənin imzalanmasında KOBİA-nın xüsusi rolu var. Buna görə Agentliyin sədri Orxan Məmmədova və qurumun rəhbərliyinə təşəkkür edən Vüqar Oruc Əməkdaşlıq Memorandumunda qarşılıqlı etimad tədbirlərinin xüsusi yer aldığını söyləyib. “2023-cü il avqust ayının 31-də KOBİA-nın İctimai Şurasının təşəbbüsü ilə “Auditor və qiymətləndirmə fəaliyyəti” mövzusunda keçirilən ictimai dinləmədən sonra oxşar istiqamətlər üzrə fəaliyyət göstərən təsisatların kordinasiyalı fəaliyyəti müzakirələri aktuallıq qazandı. AQC-nin Auditorlar Palatası ilə imzaladığı əməkdaşlıq müqaviləsindən sonra ARPA ilə də oxşar məzmunlu müqavilənin imzalanması, birgə fəaliyyət modelinin qurulması, faydalı və qarşılıqlı əlaqələrin yüksəldilməsi labüd idi” – deyə, Vüqar Oruc bildirib.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) İdarə Heyətinin sədri Günay Şahbazova KOBİA-nın rəhbərliyinə verdiklərə dəstəyə və ev sahibliyinə görə təşəkkür edib. Onun sözlərinə görə, rəhbəri olduğu qurumla Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında əməkdaşlıq formatı barədə müzakirələr bir neçə aydır davam edir. KOBİA-nın dəstəyini qeyd edən G.Şahbazova AQC sədri Vüqar Orucla bu mövzuda müzakirələr apardığını deyib. Müqavilənin mahiyyətindən bəhs edən Günay Şahbazova rəhbəri olduğu assosiasiyanın risklərin idarə edilməsi, mühasibat, maliyyə və sığorta kimi çoxvektorlu sahələrdə fəaliyyət göstərdiyini və qiymətləndiricilərlə əməkdaşlığın artırılmasının zəruri olduğunu bəyan edib.
Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu AQC və ARPA sədrləri Vüqar Oruc və Günay Şahbazova imzalayıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zaxarova: Rusiya XİN Britaniya diplomatlarının fəaliyyəti ilə bağlı FTX-nin rəyini bölüşür...
13 Sentyabr
Formula 1 yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb...
13 Sentyabr
Direktor: 32 ildən sonra ilk dəfə Xocalı şəhər 1 nömrəli məktəbdə ilk zəng vurulacaq
13 Sentyabr
EPF Koalisiyası: Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyəti Cənubi Qafqazın ekologiyasını z...
13 Sentyabr
Rusiya FTX altı britaniyalı diplomatı casusluq və təxribatda ittiham edib
13 Sentyabr
Azərbaycan nefti 3 dollardan çox bahalaşıb
13 Sentyabr
Azərbaycanın kibertəhlükəsizlik indeksi beynəlxalq reytinqdə yüksəlib
13 Sentyabr
Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub
13 Sentyabr
Tramp Harrislə debatın yeni raundundan imtina edib
13 Sentyabr
İtaliya mətbuatı Azərbaycanın Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsindən yazıb
13 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!