12 Aprel 2026 11:58
145
CƏMİYYƏT
A- A+
Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam etmiş bu uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.


Azərbaycanın kosmik inkişafına ümumi nəzər

Müstəqillik dövründə Azərbaycanda kosmik sənayenin qurulması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlanıb. 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib və Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” 2013-cü ildə orbitə buraxılıb. Bu hadisə Azərbaycanın “kosmik klub” adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin edib. 2014-cü ildə “Azersky” adlı Yerin müşahidə peyki orbitə buraxılıb. 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxıb.

2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərkosmos” publik hüquqi şəxsə çevrilib və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklik onun fəaliyyət sahəsini daha da genişləndirib və beynəlxalq əməkdaşlıq imkanlarını artırıb.



Beynəlxalq tədbirlər: ev sahibliyi və iştirak

2023-cü ilin oktyabr ayında Bakı şəhəri 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC2023) ev sahibliyi edib. Konqresdə 106 ölkədən 7000-dən çox iştirakçı və 95 ölkədən təqdim olunan rekord sayda – 7000-dən artıq elmi məqalə ilə Bakı şəhəri Paris, Vaşinqton və Bremeni geridə qoyub. Eyni zamanda, Azərbaycan IAC2024 (İtaliya, Milan) və IAC2025-də (Avstraliya, Sidney) uğurla təmsil olunub.

Ötən il ölkəmiz Kosmik Texnologiyalar Konfransına (STC2025) da ev sahibliyi edib. Bu, Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlığın mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirib.


Türk dövlətlərinin kosmik sahədəki birliyi

2025-ci ilin aprel ayında Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü illik toplantısı keçirilib. Bu toplantı türk dövlətlərinin kosmik sahədə əlaqələrini gücləndirmək, regional innovasiya və elmi-texniki tərəfdaşlığı təşviq etmək məqsədilə təşkil olunub. TDT çərçivəsində möhkəmlənən əməkdaşlıq və Türk dövlətlərinin kosmik sahədəki birliyi müasir dövrdə sadəcə mənəvi bağları deyil, strateji maraqları da əks etdirir.

Dünyanın daha çox kosmosa ehtiyacı var

Azərbaycan Türkiyənin Antalya şəhərində keçiriləcək 77-ci Beynəlxalq Astronavtika Konqresi (IAC 2026) çərçivəsində təqdim olunan elmi məqalələrin sayına (814) görə 108 ölkə arasında ikinci yeri tutub. Bu, ötən illə müqayisədə təxminən 29 faiz artım deməkdir.

Oktyabr ayında keçiriləcək bu konqres “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusuna həsr edilib. Mövzu bəşəriyyətin qarşısında duran qlobal çağırışlara kosmik texnologiyalar vasitəsilə həll yollarının tapılması, kosmosun bəşəriyyət üçün əhəmiyyətinin daha dərindən dərk olunması, həmçinin innovasiya, davamlı inkişaf, müxtəliflik və qlobal əməkdaşlığın təşviqi kimi istiqamətləri əhatə edir.


İlk Milli Kosmik Hakaton

Ötən ilin dekabrında ölkəmizdə ilk dəfə olaraq Milli Kosmik Hakaton keçirilib. Tədbir “Azərkosmos”un təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.Hub və İsrailin “IAI” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İnnovasiya Mərkəzində keçirilib. İştirakçı komandalar 24 saat ərzində Yerin müşahidəsi peykləri əsasında əldə olunan məlumatlardan və müasir texnologiyalardan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığın artırılması, şəhərsalma proseslərinin optimallaşdırılması, ətraf mühitin qorunması və fəlakətlərin idarə olunması kimi sahələrdə kosmik texnologiyalarının tətbiqinə dair həllər təqdim ediblər.

Ümumiyyətlə, kosmik sənayenin inkişafı Azərbaycanda strateji istiqamətlərdən biridir. Görülən işlər sayəsində ölkəmiz kosmos sahəsində regional əməkdaşlığın genişlənməsinə və qlobal elmi-texniki tərəqqiyə töhfə verən fəal iştirakçılardan birinə çevrilib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür 

11:58
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlarda iki və ya üç vacib məsələdə fikir ayrılığı olub  

10:28
12 Aprel

Pakistan XİN: ABŞ və İran arasında dialoq qurulmasında vasitəçiliyə davam edəcəyik  

09:04
12 Aprel

Vens: İranla razılığa gəlmədən ABŞ-a qayıdırıq

09:03
12 Aprel

İran XİN: ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub  

09:03
12 Aprel

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib  

09:01
12 Aprel

ABŞ–İran danışıqları nəticəsiz sona çatıb

09:00
12 Aprel

Xəzər dənizində zəlzələ olub

08:59
12 Aprel

Azərbaycanın pravoslavları Pasxa bayramını qeyd edirlər

08:57
12 Aprel

İraq parlamenti ölkənin yeni prezidentini seçib

08:54
12 Aprel

Türkiyə Prezidenti fransalı həmkarı ilə bölgədə sülh üçün diplomatik vasitələrin əhəmiyyətindən bəhs edib  

08:53
12 Aprel

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pasxa bayramı ilə bağlı paylaşım edib

08:48
12 Aprel

Eleonora Sarkisyan: Dialoqun davam etdirilməsi Ermənistanın ilkin və əsas gözləntisidir

22:49
11 Aprel

Premyer Liqa: “Neftçi” vacib qələbə qazanıb

22:39
11 Aprel

Boris Navasardyan: Ümid edirik ki, Bakı və İrəvan arasında mövcud olan ziddiyyətlər aradan qaldırılacaq 

21:55
11 Aprel

Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir 

21:14
11 Aprel

Türkiyənin vitse-prezidenti Zəngəzur dəhlizini strateji əhəmiyyətli marşrut hesab edir

21:01
11 Aprel

Zelenski: Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb

20:39
11 Aprel

“Sabah” - “Zirə” oyunu qollu heç-heçə ilə bitib

20:19
11 Aprel

“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu VİDEO  

19:39
11 Aprel

Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır 

19:33
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!