24 Oktyabr 2024 08:50
4549
Səhiyyə
A- A+
Antibiotiklərin effektivliyi sürətlə azalır

Antibiotiklərin effektivliyi sürətlə azalır


Bakteriyaların yaratdığı iltihabi prosesin müalicəsi ötən əsrin ortalarından istifadəsinə başlanılmış antibakterial preparatlarsız mümkün deyil. 

Antibiotiklər yeni kəşf edildikdə belə bir fikir formalaşmışdı ki, bütün infeksiyalar məhv olacaq. Ancaq üzərindən uzun illər keçməsinə baxmayaraq, pnevmoniya, bronxit, sistit, prostatit, bakterial meningit, tonzillit, mastit kimi xəstəliklərin müalicəsi zamanı həkimlər hələ də ciddi çətinliklərlə üzləşirlər.

Son tədqiqatlardan sonra alimlər bu qənaətə gəliblər ki, antibiotiklərin effektivliyi sürətlə azalır və hətta bəşəriyyət penisillinin kəşfindən əvvəlki dövrə qayıda bilər. Mikrobların inkişafını dayandıran və onları məhv edən antibiotiklər aşkar edilənə qədər yoluxucu xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi olub. 1928-ci ildə şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən təsadüfən yaradılan ilk antibiotik olan penisillin kəşf edilənə qədər taun, vəba, tif, vərəm və çiçək epidemiyaları kütləvi ölümlərlə nəticələnib. Hətta 1665-ci il London vəba epidemiyasında yazılmışdı ki, "sağ qalanlar ölüləri basdırmağa kifayət etmədilər". Hazırda isə penisillin əhəmiyyətini, demək olar ki, tamamilə itirib. Buna səbəb əksər mikrobların penisillini parçalayan "penisillinaza" adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsidir.

Tibb üzrə mütəxəssislər antibakterial dərmanların effektivliyinin sürətlə aşağı düşməsindən ciddi narahatlıqlarını ifadə edirlər. Onlar xəbərdarlıq ediblər ki, əgər bu tendensiya davam edərsə, 2050-ci ilə qədər dünyada antibiotiklərə davamlı infeksiyalardan təxminən 40 milyon insan ölə bilər. Artıq bu gün Avropa İttifaqında bu rəqəm ildə 35 min ölümü keçib.

Yeni antibiotiklərin çatışmazlığı və tədqiqatlara kifayət qədər maliyyə ayrılmaması vəziyyəti daha da ağırlaşdırıb. Son 18 ildə cəmi 12 yeni preparat təsdiq edilib. Hazırda dünyada təxminən 200 növdən çox antibiotik var. Növünün bu qədər çox olmasının səbəbi isə özlərini antibiotiklərin hücumundan qorumaq üçün mikrobların bəzilərinin onlara qarşı davamlılıq yaratmasıdır. Ən pisi də odur ki, bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə ötürürlər. Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar.

Mütəxəssislər antibiotiklərin effektivliyinin azalmasına səbəb kimi iki əsas amili müəyyənləşdiriblər. Birincisi, antibiotiklərin əsassız və həddindən artıq istifadəsi, o cümlədən tənəffüs yolları xəstəliklərinin müalicəsində zəruri olmadığı hallarda qəbul edilməsidir. İkinci amil antibiotiklərə davamlı bakteriya ştamlarının yayılmasına kömək edən COVID-19 pandemiyasından sonra beynəlxalq səyahətlərin artması ilə əlaqədardır.

Demək olar ki, bakteriyalar dərman preparatlarından "qorunmağı öyrəniblər". Onlar antibiotikləri məhv edən xüsusi enzimlər ifraz  edir, "yatmış forma rejiminə" keçir, preparatların təsirindən və orqanizmin immun hüceyrələrindən qorunmaq üçün mikrob koloniyaları yaradırlar. Mikrob koloniyasındakı müxtəlif növlərdən olan bakteriyalar, sadəcə uğurlu bir şəkildə yaşayıb çoxalmaqla bərabər, eyni zamanda onlara qarşı istifadə olunan antibiotiklərə "davamlı" olmağı və antibiotikin müqavimətinə dair genetik məlumatları mübadilə etməyi bacarırlar. Bu fakt "antibiotikə müqavimətli" vəziyyət adlanır. Müasir farmasevtik bazarda bakteriyaların vərdiş etmədiyi antibiotiklərə ildən-ilə daha az rast gəlinir.

Antibiotiklər həmişə immun sisteminin vəziyyətinə mənfi təsir göstərir və xəstəlik, bir qayda olaraq, orqanizmin müdafiə xüsusiyyətlərinin zəifləməsi fonunda yaranır. Buna görə də, immunomodulyator təsirə malik əlavə preparatlar tələb olunur. Ümumdünya Səhiyyə Təşkilatı bu vəziyyətin həddindən artıq ağır olduğunu qəbul edib və bütün ölkələrin elm xadimləri üçün milli prioritet sayılan - mövcud antibiotiklərin təsirlərini artıran dərman preparatlarının axtarışı haqqında düşünməyə çağırıb.

Antibiotiklərdən yerli-yersiz istifadə, onların düzgün olmayan qəbulu antibakterial preparatlara davamlı olan mikrobların sayını artırmaqla bakterial infeksiyalardan ölümlərin çoxalmasına səbəb olur. Ona görə də alimlər antibiotikləri yalnız zəruri hallarda təyin və qəbul etməyi tövsiyə edirlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!