17 İyul 2026 10:18
656
SİYASƏT
A- A+
Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

Anar Quliyev BMT-də Yüksəksəviyyəli İclasda Yeni Şəhər Gündəliyinin icrası ilə bağlı ölkə hesabatını təqdim edib

İqlim dayanıqlılığı Azərbaycanın şəhər inkişafı siyasətinin ayrılmaz hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş Yüksəksəviyyəli İclasda ölkə hesabatını təqdim edərkən deyib. O bildirib ki, Azərbaycan şəhərsalma qanunvericiliyini təkmilləşdirir, yaşıl tikinti və binaların enerji səmərəliliyini təşviq edir, tikinti icazələrinin rəqəmsallaşdırılması da daxil olmaqla rəqəmsal idarəetməni gücləndirir: “Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı ictimai nəqliyyatı, piyada hərəkətini, yol təhlükəsizliyini, ictimai məkanları və ekoloji dayanıqlılığı təşviq edir.

COP29 çərçivəsində Azərbaycan şəhərsalma, nəqliyyat, səhiyyə, energetika və ətraf mühit sahələrində inteqrasiyalı fəaliyyətləri təşviq edən Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Platformasını (MAP) irəli sürüb. Həmçinin qlobal iqlim və şəhər gündəlikləri arasında əlaqələri gücləndirmək məqsədilə Bakı Davamlılıq Koalisiyasını yaradıb. WUF13 çərçivəsində Ümumdünya Şəhərsalma Forumlarına ev sahibliyi edəcək şəhərlərin qoşulması ilə bu təşəbbüs daha da genişlənib".

Anar Quliyev əlavə edib ki, UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın ilk Milli Şəhər Siyasəti hazırlanır.

"Son on ildə əldə edilən təcrübə və həyata keçirilən islahatlara əsaslanaraq Azərbaycan Yeni Şəhər Gündəliyinin icrasını daha da sürətləndirmək əzmindədir. Bu öhdəlik Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsində öz əksini tapıb. Bu qərar dayanıqlı şəhər inkişafının institusional, normativ və praktiki əsaslarının daha da gücləndirilməsi istiqamətində qətiyyətimizi nümayiş etdirir. Azərbaycan, eyni zamanda, UN-Habitatın “Hamı üçün Adekvat Mənzil” üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupuna həmsədrlik etməklə qlobal mənzil gündəliyinin irəliləməsində fəal iştirak edir. Azərbaycan Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini ölkə daxilində sürətləndirməklə yanaşı, üzv dövlətlər və tərəfdaşlarla əməkdaşlığı gücləndirmək, həmçinin WUF13 və “Bakı Fəaliyyətə Çağırış" sənədinin nəticələrini irəli aparmaqla qlobal səviyyədə də bu prosesə töhfə verməyə hazırdır”, - deyə komitə sədri vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

15:34
10 Avqust

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

15:33
10 Avqust

Çində fırtına səbəbindən 1 milyondan çox insan təxliyə edilib  

15:24
10 Avqust

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

15:02
10 Avqust

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!