18 May 2024 09:15
2036
Mədəniyyət
A- A+
Ana dilimizin ruhunu, müqəddəsliyini qoruyan alim

Ana dilimizin ruhunu, müqəddəsliyini qoruyan alim

 

Azərbaycan dilinin hərtərəfli inkişafında böyük xidmətləri olan alimlərimizdən biri də Yusif Seyidovdur. Bu gün elmi ictimaiyyətin böyük hörmət və ehtiramla 95 illiyini qeyd etdiyi professor Yusif Seyidov ana dilimizin inkişafı  istiqamətində  apardığı uğurlu tədqiqatları zamanı kifayət qədər dəyərli nəticələr əldə etmişdir. Görkəmli alim bir-birindən dəyərli əsərləri ilə Azərbaycan dilini daha da zənginləşdirmişdir.
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Yusif Mirəhməd oğlu Seyidov 1929-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. O, elmi yaradıcılığa 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc etdirdiyi "Azərbaycan dilinin qrammatikası haqqında" ilk məqaləsi ilə başlamışdı. 60 il Bakı Dövlət Universitetinin "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında çalışmış, tələbələrə dərs demişdi. 
Misilsiz və bənzərsiz tədqiqatları ilə Azərbaycan dilçiliyinə fərqli ab-hava gətirən alim "Nəsimi və onun dili" haqqında kitabında Azərbaycan dilinin inkişafı tarixində bu böyük şairin rolunu müəyyən etməyə çalışmışdı. Onun dilini klassik şeir dilimizin başlanğıc nümunələrindən biri kimi araşdırmışdı. 
1955-ci ildə "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası, 1965-ci ildə isə "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi Yusif Seyidovu qrammatist kimi tanıtmışdı. Amma alimin elmi yaradıcılığı sintaksis cərçivəsi ilə məhdudlaşıb qalmamışdı. Sonralar mövzu və mündəricə baxımından çox geniş miqyası əhatə etmişdi. Azərbaycan dilçiləri içərisində ən çox əsəri (15 cilddə) olan alim heç vaxt özünü təkrar etməmişdi. Həmişə ilklərə imza atmışdı, yeniliklərlə nəfəs almışdı.
Araşdırmalarından bir gün də olsun kənarda qalmayan professor Yusif Seyidov ilk dəfə olaraq linqvistik təhlilləri bədii nəsr nümunələri ilə aparmaq ənənəsini dilçilik elminə gətirmişdi. Alimin bütün elmi və pedaqoji fəaliyyəti milli ruha köklənmişdi. 
Görkəmli alim 1985-2006-cı illərdə Təhsil Nazirliyi Elmi Metodik Şurası filologiya bölməsinin sədri olmuşdur. Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir. 2001-ci ildən Azərbaycan Dövlət Dil Komissiyasının üzvü olmuşdur. Professor Yusif Seyidov müntəzəm olaraq dövrü mətbuatda dil və ədəbiyyatşünaslıq məsələləri ilə bağlı bir-birindən dəyərli irihəcmli yazıları ilə çıxış etmişdi. Yazılarında bir qayda olaraq doğma ana dilimizin ruhunu, müqəddəsliyini qorumuş, bir vətəndaş kimi onu tədqiq və təbliğ etməyə çalışmışdır. 
Professor Yusif Seyidovun rəhbərliyi altında onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdu. Elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Prezident təqaüdçüsü olmuşdur. 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 
Daim hörmət və ehtiramla xatırlanan professor Yusif Seyidov 16 monoqrafiyanın, 17 dərslik və dərs vəsaitinin, 300-dən çox elmi məqalənin müəllifidir. Alimin dərs dediyi tələbələr, yetişdirdiyi alimlər onun başladığı dəyərli işləri bu gün şərəflə davam etdirirlər. Görkəmli alim  Yusif Seyidov 18 noyabr 2013-cü ildə Bakı şəhərində vəfat etmişdi. Görkəmli alimin şərəfli ömür yolu gələcək nəsillər üçün həmişə nümunə olacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Rəqəmsal inkişaf və nəqliyyat naziri Salyanda vətəndaşlarla görüşüb  

17:23
13 Fevral

Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

17:22
13 Fevral

Ötən il məişət zorakılığı ilə bağlı 109 vətəndaşa mühafizə orderi verilib  

17:21
13 Fevral

ABŞ- Azərbaycan münasibətləri yeni mərhələdə  

17:14
13 Fevral

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

16:35
13 Fevral

Aqrar sektorda süni intellekt dövrü - nazir 2026-cı ilin hədəflərini açıqladı  

16:34
13 Fevral

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib  

15:53
13 Fevral

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib  

15:52
13 Fevral

Prezident Kitabxanasında Sadiq Qurbanovun “Neft və davamlı inkişaf” üçcildliyinin təqdimatı keçirilib

15:50
13 Fevral

 Neandertalların kəllə kolleksiyası aşkar edilib

15:21
13 Fevral

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

15:08
13 Fevral

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir  

14:54
13 Fevral

Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  

14:37
13 Fevral

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb 

14:21
13 Fevral

“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib  

14:19
13 Fevral

Unudulmaq hüququ nədir?  

14:14
13 Fevral

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib  

14:11
13 Fevral

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə çıxış edəcək

14:05
13 Fevral

Dövlət Departamenti: Sülh sazişi bütün Cənubi Qafqaz üçün imkanlar təqdim edir

13:48
13 Fevral

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir  

13:39
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!