13 Noyabr 2025 19:27
593
CƏMİYYƏT
A- A+
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT ilə əməkdaşlığı genişləndirir  


Dünyada baş verən mürəkkəb proseslər və təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycanda sabitliyin və sosial rifahın qorunması mühüm amildir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rezident-əlaqələndiricisi Vladanka Andreeva ilə görüşdə bildirib.

Müxtəlif formatlarda birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramların uğurlu nəticələrindən məmnunluğunu ifadə edən komitə sədri Azərbaycanda iqlim dəyişiklikləri və iqtisadi inkişaf sahələrində davamlı fəaliyyətə, eləcə də bu proseslərdə qadınların fəal iştirakına xüsusi önəm verildiyini vurğulayıb. Həmçinin işğaldan azad olunan ərazilərdə yaradılan şərait və görülən bərpa işlərinin mühüm əhəmiyyəti qeyd edilib.

Bahar Muradova hazırda qadın sahibkarlar təşkilatları ilə əməkdaşlığın genişləndirildiyini bildirib, bu təşkilatların ölkə daxilində, eləcə də türk və İslam ölkələri çərçivəsində şəbəkələrinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərdə BMT qurumları ilə birgə fəaliyyətin əhəmiyyətinə də toxunulub.

Azərbaycan Hökuməti ilə BMT arasında imzalanan 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinə diqqətçəkən Vladanka Andreeva sənədin qarşıdakı beş il üçün tərəfdaşlığın strateji istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib. O, Çərçivə Sənədinin icrası çərçivəsində ailə, qadın və uşaq hüquqları sahəsində Dövlət Komitəsi ilə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb.

Görüşdə, eyni zamanda, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri, digər sahələrdəki önəmli rolu barədə danışılıb.

Həmçinin ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin qarşıdakı dövr üçün mühüm istiqamətlər haqqında faydalı fikir mübadiləsi ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

VIII Qurultayın siyasi mesajları  

16:13
05 Oktyabr

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!