12 Fevral 2026 09:25
447
DÜNYA
A- A+
Aİ sığınacaq axtaranların təhlükəsiz üçüncü ölkələrə köçürülməsinə icazə verib

Aİ sığınacaq axtaranların təhlükəsiz üçüncü ölkələrə köçürülməsinə icazə verib


Qanunvericilikdə Avropa Parlamenti tərəfindən edilən dəyişiklik Avropa İttifaqı (Aİ) üzv dövlətlərinə sığınacaq axtaranların heç bir əlaqəsi olmayan ölkələrə köçürülməsinə imkan verəcək.

Sığınacaq verilməsi qaydalarına daxil olan yenilənmiş "təhlükəsiz üçüncü ölkə" konsepsiyası ərizəçi ilə təyinat ölkəsi arasında əlaqə tələbini aradan qaldırır. Milli hakimiyyət orqanları artıq insanları heç vaxt ziyarət etmədikləri ölkələrə köçürə biləcəklər. Bu, Britaniya hökumətinin Ruanda ilə həyata keçirməyə çalışdığı modelə bənzər şəkildə Aİ üzv dövlətləri ilə xarici hökumətlər arasında maliyyələşdirmə əvəzində miqrantları qəbul edəcək razılaşmaların yolunu açır. Lakin Böyük Britaniya Ali Məhkəməsi bu layihəni bloklayıb, hazırkı hökumət isə ondan tamamilə imtina edib.

Aİ qaydalarına görə, əgər müvafiq razılaşma varsa və ölkə təhlükəsiz hesab olunursa, yəni  müdafiə axtaran şəxslə orada beynəlxalq standartlar çərçivəsində rəftar ediləcəksə, miqrantlar dünyanın demək olar ki, istənilən ölkəsinə köçürülə bilər. Bu təminatlar sığınacaq axtaranların təqiblərdən və ciddi zərərdən qorunmasını, geri qaytarılmama prinsipinə hörməti, Cenevrə Qaçqınlar Konvensiyası çərçivəsində effektiv müdafiə almaq imkanı və yaşayış hüquqlarından əlavə təhsil və iş icazələri nəzərdə tutulan sığınacaq sisteminə çıxışı əhatə edir. Yeni qaydalar ərizələri baxılarkən Aİ ölkələrində qalacaq müşayiət olunmayan yetkinlik yaşına çatmayanlara şamil edilməyəcək.

"Bu səsvermə Aİ üzv dövlətlərinə üçüncü ölkələrlə əməkdaşlıqdan əvvəlkindən fərqli şəkildə istifadə etməyə imkan verəcək", - deyə məsələ üzrə məruzəçi olan Avropa Parlamentinin alman  üzvü Lena Düpon bildirib. O, bu dəyişikliyin beynəlxalq hüquqa uyğun olduğunu və Avropa ölkələrində uzun sığınacaq müraciəti proseslərinin qarşısını alacağını deyib.

Amma dəyişikliyə səsvermə Ursula fon der Lyayenin Avropa Komissiyasını dəstəkləyən parlament alyansını parçalayıb və bu, qanunvericilik orqanının demək olar ki, bütün miqrasiya ilə bağlı sənədlərində təkrarlanan bir haldır. Vətəndaş cəmiyyəti təşkilatları da oxşar narahatlıqlarını ifadə ediblər. Qaçqınlar və Sürgünlər üzrə Avropa Şurası (ECRE) sığınacaq axtaranların üçüncü ölkələrdə adekvat müdafiə perspektivlərinin şübhəli olduğunu və yeni qanunvericiliyin həssas qruplar üçün riskləri artırdığını bildirir. ECRE həmçinin yeni tənzimləmə ilə təmin edilən apellyasiyaların avtomatik dayandırılmasının ləğvini tənqid edərək bildirir ki, bu, məhkəmənin qanunun düzgün tətbiq edilib-edilmədiyini nəzərdən keçirməzdən əvvəl insanların Aİ-dən kənara köçürülməsinə səbəb ola bilər.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!