10 Dekabr 2025 17:20
367
DÜNYA
A- A+
Aİ ölkələri "miqrasiya yükünün bölüşdürülməsi" barədə razılığa gəliblər  

Aİ ölkələri "miqrasiya yükünün bölüşdürülməsi" barədə razılığa gəliblər  

Avropa ölkələri artıq Aİ xaricində miqrasiya mərkəzləri tikəcəklər

Avropa ölkələri miqrasiya nəzarəti və qanunsuz miqrantların deportasiyasının asanlaşdırılması ilə bağlı bir neçə qanun layihəsi üzərində razılığa gəliblər. Xüsusilə, Aİ ölkələri ikitərəfli müqavilələr əsasında Avropa xaricində miqrasiya mərkəzləri tikə və miqrantları üçüncü ölkələrə qaytara biləcəklər. Brüssel həmçinin miqrantların tez bir zamanda qəbul edilə biləcəyi "təhlükəsiz ölkələrin" siyahısını təsdiqləyib. 

 Danimarkanın immiqrasiya və inteqrasiya naziri Rasmus Stoklund bununla bağlı deyib: "İndi Aİ ölkələrinə üçüncü ölkələrlə əməkdaşlıq çərçivəsində qəbul mərkəzləri və digər oxşar həllər yaratmağa imkan verən hüquqi çərçivəmiz var. Bu, mövcud sığınacaq sisteminin əsas qüsurlarını aradan qaldırmaq üçün çox vacibdir. Biz illərdir deyirik ki, bu, işləmir, ehtiyacı olmayan insanlara yardım edirik və həqiqətən ehtiyacı olanlara kömək etmirik və Avropaya miqrasiyanı idarə edə bilmirik. Beləliklə, bu gün irəliyə doğru mühüm bir addım atdıq." 

Aİ üzv dövlətləri həmçinin gələn il üçün "miqrant həmrəylik birliyi" arlandırılan fondun həcmi barədə razılığa gəliblər – bu, miqrant yükünün blok daxilində yenidən bölüşdürülməsi mexanizmidir.

Beləliklə, ən ağır vəziyyətə malik ölkələrdən - Yunanıstan, İspaniya, İtaliya və Kiprdən 21.000 miqrant köçürülə bilər ki, bunun üçün 420 milyon avro ayrılacaq.

Bu, əvvəlcə gözləniləndən azdır: Avropa Komissiyası ildə ən azı 30.000 köçürülmə və 600 milyon avroya ehtiyac olduğunu təxmin edib. Lakin mexanizm yalnız yayda işləyəcəyi üçün ilin ancaq yarısını əhatə edəcək.

Aİ ölkələri “həmrəylik birliyi“nə köçürülmə, maliyyə yardımları və ya öz personalını təmin etmək, yaxud qəbul mərkəzlərinin tikintisinə kömək etmək kimi "alternativ tədbirlər" vasitəsilə töhfə verə bilərlər.

Hər bir ölkəyə əhalisinə və ÜDM-ə əsasən kvota ayrılır və hansı tədbirlərin görüləcəyinə özü qərar verə bilər.

Dörd ölkə - Avstriya, Polşa, Xorvatiya və Çexiya -  "çox çətin miqrasiya vəziyyəti ilə üzləşdikləri" üçün həmrəylik fonduna köçürülmə haqlarından və maliyyə yardımlarından tamamilə azad edilib.

Hər bir ölkənin konkret öhdəlikləri dekabrın 16-na planlaşdırılan həmrəylik fondunun yekun təsdiqinə qədər açıqlanmır. Aİ mənbələrinə görə, əksər ölkələr maliyyə yardımlarını seçiblər.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!