12 Oktyabr 2024 14:47
313
CƏMİYYƏT
A- A+
Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb 

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb 

Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxt sakini olan 88 yaşlı qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsilə əlaqə saxlayaraq qızının yol-nəqliyyat hadisəsi törətdiyini, daha sonra mənzilə gələn naməlum şəxsə 15 min manat verdiyi barədə polisə müraciət edib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb.

L.Akimova “Telegram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edirik”, - deyə nazirlikdən bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

16:13
12 Oktyabr

Bayden Trampın mühafizəsi ilə bağlı əmr verdi  

15:30
12 Oktyabr

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

15:18
12 Oktyabr

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

15:14
12 Oktyabr

Almaniya ordusunda 35 min əsgər çatışmır

15:10
12 Oktyabr

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

14:59
12 Oktyabr

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb 

14:47
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!