09 İyul 2026 10:30
235
CƏMİYYƏT
A- A+
Ağstafada dövlət proqramından irəli gələn vəzifələr müəyyənləşdirilib

Ağstafada dövlət proqramından irəli gələn vəzifələr müəyyənləşdirilib


Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026 - 2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar  Ağstafada tədbir keçirilib. 

Kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin,  inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Seymur Orucov açaraq qeyd etmişdir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir: "Məhz bu çərçivədə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda məşğulluğun artırılması və ixrac potensialının genişləndirilməsini təmin edən kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün müvafiq proqram təsdiq edilmişdir. Dövlət proqramı qarşıdakı 5 il ərzində kənd təsərrüfatı və aqrar sektorda köklü keyfiyyət dəyişikliklərinə yol açacaq. Əsas hədəf təkcə istehsalı artırmaq deyil, həm də yerli xammal əsasında rəqabətqabiliyyətli emal sənayesini qurmaq və ixrac potensialını maksimuma çatdırmaqdır. Proqramın uğurlu icrası nəticəsində ölkəmizdə minlərlə yeni iş yeri yaranacaq, idxaldan asılılıq azalacaq və ixrac imkanları genişlənəcək".

Tədbirdə dövlət prqramının Ağstafa rayonunda icrası ilə bağlı görüləcək işlər geniş müzakirə olunmuş, qarşıya qoyulan vəzifələr, məqsəd və hədəflər diqqətə çatdırılmış, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiya sahələrinin inkişaf etdirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kimi mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutan dövlət proqramının icrasından irəli gələn vəzifələrlə bağlı yerlərdə ciddi və operativ işlər aparılmalı, aidiyyəti strukturlarla tam koordinasiyalı  fəaliyyət göstərilməlidir.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!