12 Oktyabr 2026 12:36
177
CƏMİYYƏT
A- A+
Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  


Qafqazın yeganə türk dövləti olan Azərbaycan türk dünyasında vacib rol oynayır. Türk dövlətləri arasında sarsılmaz birliyi təmin etmək və iqtisadi inkişafa nail olmaq üçün ticarət və investisiya əlaqələrini gücləndirmək vacibdir. Çünki iqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir. Qarşılıqlı iqtisadi asılılığın artması, əlaqələrin genişlənməsi və şaxələnməsi Türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir, təşkilatın qlobal müstəvidə güc mərkəzinə çevrilməsini daha da sürətləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə söyləyib.

Kamran İmanov bildirib ki, hazırda TDT çərçivəsində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, milli-mənəvi dəyərlər, təhlükəsizlik və müdafiə sənayesi kimi həyati sahələrdə dərinləşir.

“Bu gün Türk dünyası nəhəng bir coğrafiyanı və böyük potensialı əhatə edir. TDT-yə üzv ölkələrin ümumi ərazisi 4,2 milyon kvadrat kilometrdən çoxdur, əhalisinin sayı isə 180 milyona yaxındır.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın iqtisadi göstəriciləri birlikdə nəzərdən keçirildikdə, TDT-yə üzv dövlətlərin məcmu nominal ümumi daxili məhsulu 2 trilyon ABŞ dollarını əhəmiyyətli dərəcədə ötür. Bu iqtisadi potensial vahid iqtisadiyyat kimi qiymətləndirilirsə, TDT üzv dövlətlər dünyanın təxminən 12 ən böyük iqtisadi gücü sırasında yer ala bilər. Bu böyük demoqrafik və ərazi potensialı, zəngin təbii resurslar, strateji nəqliyyat dəhlizləri və iqtisadi gücü Türk dünyasını qlobal siyasətdə söz sahibinə çevirir”, - deyə Kamran İmanov bildirib.

Agentliyin rəhbəri vurğulayıb ki, dövlətimizin başçısının 2026-cı il sentyabrın 17-də TDT-yə üzv dövlətlərin təhlükəsizlik məsələləri üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikir Birliyin vacibliyini və buna yönələn ölkələrimizin iqtisadi potensialının və qarşılıqlı maraqlarının möhkəmləndirilməsinin əhəmiyyətini aydın şəkildə ifadə edir: “Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratmışıq, qarşılıqlı investisiyaların cəlb edilməsi və səfərbər olunması prosesi fəal şəkildə davam edir. Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib.... O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Kamran İmanov, həmçinin xatırladıb ki, Prezident İlham Əliyev sentyabrın 15-də TDT müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən, xüsusi olaraq vurğuladı: “Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik. Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.

Professor Kamran İmanov dövlətimizin başçısının həmin görüşdə çıxışı ilə bağlı bu fikrini də xatırladıb: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar... Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil. Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik... biz hamımız birliyə çalışmalıyıq”.

Agentliyinin rəhbəri, həmçinin əlavə edib ki, dövlətimizin başçısının 2026-cı il sentyabrın 17-də səsləndirdiyi bu fikirlər də böyük maraq doğurur: “Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir”.

Professor Kamran İmanov çıxışında Azərbaycan Prezidentinin bu il sentyabrın 17-də TDT üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə ənənə və mənəvi dəyərlərimizin qorunmasına aid bu fikirləri söylədiyini də diqqətə çatdırıb: “Əlbəttə, ölkələrimizin və xalqlarımızın daha bir oxşarlığını, yəni bizim öz mənəvi və milli prinsiplərimizə sadiq olmağımızı da qeyd etmək çox vacibdir. Əlbəttə, ölkələrimizdə milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür. Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir.”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB 

13:22
12 Oktyabr

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər 

13:02
12 Oktyabr

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk  

12:59
12 Oktyabr

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır  

12:47
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB

12:45
12 Oktyabr

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb  

12:43
12 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq  

12:37
12 Oktyabr

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir  

12:36
12 Oktyabr

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur  

12:32
12 Oktyabr

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır  

12:24
12 Oktyabr

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb  

12:23
12 Oktyabr

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub  

12:22
12 Oktyabr

Azərbaycanla hesablaşırlar: qalib dövlətin böyük geosiyasi çəkisi  

12:20
12 Oktyabr

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

12:19
12 Oktyabr

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb  

12:18
12 Oktyabr

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb  

12:16
12 Oktyabr

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik  

12:15
12 Oktyabr

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

12:06
12 Oktyabr

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

12:05
12 Oktyabr

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır  

12:00
12 Oktyabr

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir  

11:59
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!