15 İyun 2025 09:20
1097
Mədəniyyət
A- A+
Ağdam bu ecazkar səslərə, könülləri titrədən zəngulələrə həsrət idi

Ağdam bu ecazkar səslərə, könülləri titrədən zəngulələrə həsrət idi


Sevimli şairimiz Mikayıl Müşfiqin unudulmaz, əbədiyaşar misraları Zəfər ünvanlı, Qələbə ovqatlı Qarabağımızın bugünkü büsatı ilə necə də həmahəngdir: Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur...

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, yenilməz iradəsi, şanlı ordumuzun vətən sevdalı igidləri Qarabağı fərqli bir bahara qovuşdurublar. Bu əbədi bahar 30 il ərzində yuxusuz gecələrin nigaranlığında zümzümə edilən həsrət nəğmələrində, göz yaşlarını hamıdan gizlədib ürəklərinə axıdan, vətəndə qürbət acısı yaşayan nənələrin bayatılarında arzu edilən, sevilən, müşkülə çevrilmiş bir könül istəyi idi. Həyatımızı nura qərq edən, buz bağlamış həsrəti  ilıq nəfəsi ilə əridən bu baharı 30 il gözlədik. 

Gec gəldi... Amma  çox möhtəşəm gəldi! Dağ boyda qayaları yerindən oynadıb, dərələrə sığmayan sel kimi gəldi. Yenilməz xalq-dövlət-ordu birliyi düşmənin başını əzən "dəmir yumruğ"a çevrildi. Erməni faşistlərinin tökdükləri günahsız qanların qisasını almaq istəyi qarşısıalınmaz vulkan kimi püskürdü. Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri darmadağın edildi. Təslim olmaqdan başqa çıxış yolu qalmayan düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Qisas qiyamətə qalmadı!

Bu gün sözün bütün mənalarında Qarabağda bahardır. Çiçəyə bürünən, zümrüd libas geyinən təkcə geniş düzlər, dağlar, dərələr deyil, könüllərin arzuları gül açıb, üzlərə təbəssüm qonub, Zəfər sevinci hər yanda bayram ovqatı yaradıb.

Lap yaxın günlərin söhbətidir. Ağdamda 2025-ci il muğam müsabiqəsinin növbəti mərhələsi keçirilirdi. 30 ildən sonra Qarabağın musiqi  beşiyi olan Ağdamda bu bir ilk idi. Əlbəttə, bu fürsəti qaçırmaq olmazdı. Maşınımız Bərdə-Ağdam yolunda sürətlə şütüyür, xəyal isə ötən illərə qanadlanırdı. Müasir tələblərə cavab  verən bu yol son dərəcə rahatdır. Yol tikintisi hazırda davam edir. 

Ağdamdan Xankəndiyə, ordan da Şuşaya çəkilən bu yolun bizi yeni uğurlara qovuşduracağı heç kəsdə şübhə doğurmur. Böyük inşaat meydanına çevrilmiş Qarabağa, Şərqi Zəngəzura tikinti materialları daşıyan ağır yük maşınları indi bu yolları əriş-arğac ediblər. Dövlətin Böyük qayıdış layihəsinin reallıqlarından bəhrələnən, doğma yurdda bərpa edilən, yaxud yeni tikilən evlərinə dönən soydaşlarımız da məhz bu yolların rahatlığından çox məmnundurlar.

Bu da getdiyimiz ünvan - Ağdam Muğam Mərkəzi - müharibənin xarabalıqları üzərində yaradılmış möhtəşəm bir milli memarlıq abidəsi. Təməli iki il əvvəl Prezident İlham Əliyev və birinci  xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdur. Muğam Mərkəzinin açılışı xalqımız üçün əlamətdar bir günə - Ulu Öndər Heydər Əliyevin doğum gününə - mayın 10-na təsadüf etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlini xoş arzularla qoyduqları Muğam Mərkəzinin açılışına da məmnunluqla qatıldılar. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev keçirdiyi xoş hissləri tədbir iştirakçıları ilə bölüşdü: "Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin  bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam  müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut  etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq".

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan televiziyasının təşkilatçılığı ilə Ağdam Muğam Mərkəzində keçirilən növbəti müsabiqənin gənc ifaçıları səhnədə bir-birlərini əvəz edirlər. Milli musiqimizin ürəkləri fəth edən təranələri yaz gecəsinin sərin mehi ilə ətrafa yayılır. 30 il idi ki, Ağdam bu ecazkar səslərə, könülləri titrədən zəngulələrə həsrət idi. Qarabağın azadlığı uğrunda şirin canını "uf" demədən qurban verib əbədiyyətə qovuşan şəhidlərimizin ruhu indi Ağdam səmasında bu büsatı seyr edir. Salonda əyləşənlərin çoxu şəhid ailələri, qazilər, müharibə veteranları, hərbçilər idilər. Müsabiqənin gənc iştirakçısı Nərmin xanımın ifa etdiyi "Xudayar" təsnifinə tamaşaçıların sürəkli alqış reaksiyası sanki divarları titrədirdi. Xudayarın anası Radə xanım salonda birinci sırada əyləşənlər arasındaydı. Kövrək anlar yaşandı. Xalq artisti, sevilən muğam ustası, müsabiqənin münsiflər heyətində təmsil olunan Mənsum İbrahimov anidən şəhid Xudayarın anasına yaxınlaşıb əzizi, doğması kimi bağrına basdı, böyük sayğı və  ehtiramın ifadəsi olaraq ürəyi yaralı, gözüyaşlı ananın əlini öpüb "Ağdamın, külli Qarabağın azadlığını, bu sonsuz sevinci bizə yaşadan Şəhidlər hər bir Azərbaycan vətəndaşı üçün əzizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz, qəhrəman Azərbaycan əsgəri otuz ilin həsrətinə son qoydu. Nə xoş ki köhnə yurd yerlərinə, doğma yuvalarına qayıdan soydaşlarımızın sayı hər gün daha da artır. Dövlətin qayğısı ilə yenidən tikilən, bərpa edilən evlərdə adamlar yenidən xoşbəxt günlərinə qovuşurlar. Allah Prezidentimizi, xalqımızı qorusun, dövlətimizin gücünü, qüdrətini artırsın. Qarabağın toy mağarı kimi tanınan Ağdamın yenidən, həm də daha möhtəşəm bir formada çal-çağırlı, tar-kamanlı günlərə qovuşması bir sənət adamı kimi mənə sonsuz qürur verir" dedi. 

Bəli, bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur... Qarabağın  əbədi bahara qovuşması heç vaxt qaysaq bağlamayacaq yaralarımıza ən gözəl məlhəmdir. 


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!