13 Avqust 2025 08:30
721
SİYASƏT
A- A+
Ağ Evdə imzalanan sənəd tarixi nailiyyətdir

Ağ Evdə imzalanan sənəd tarixi nailiyyətdir


Avqustun 8-də ABŞ-yə səfəri çərçivəsində üçtərəfli görüşdən sonra Azərbaycanın media nümayəndələrinə müsahibə verən Prezident İlham Əliyev səfərin nəticələri, ABŞ ilə münasibətlər, ATƏT-in Minsk qrupunun ləğvi, paraflanmış sülh sazişi, Birgə Bəyannamə və Zəngəzur dəhlizi ("Tramp yolu") ilə bağlı  sualları cavablandırdı. Yekun sülh müqaviləsi üçün Ermənistanın etməli olduqlarını bir daha bəyan etdi.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov "Azərbaycan" qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev Vaşinqtonda imzalanan Birgə Bəyannamədən sonra müsahibəsi zamanı mühüm məqamlara toxunub. Dövlət başçısı bildirdi ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. "Ermənistan Konstitusiyası dəyişdirilməli və Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Düşünürəm ki, bu tələb yerinə yetirilməlidir ki, sülh sazişi imzalansın. Azərbaycanın tələbləri beynəlxalq hüquqa əsaslanır və yetəri qədər önəmlidir. Ermənistan konstitusiyası dəyişdirildikdən, bununla yanaşı, ATƏT-in Minsk qrupu buraxıldıqdan sonra sülh müqaviləsi tezliklə imzalana bilər", - deyə o əlavə edib.

Ekspertin fikrincə, Ermənistan tərəfi bu prosesi yubatmamalı, sülh üçün çətinliklər yaratmamalı və ayrı-ayrı havadarlarına güvənib prosesləri yenidən uzatmağa cəhd etməməlidir: "Çünki bundan əvvəl belə hadisələrin şahidi olmuşuq. Bayden-Blinken cütlüyünə, Avropa Parlamentinə, E.Makrona, Avropa Şurası Parlament Assembleyasına güvənən Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı təzyiqləri artırmağa, ölkəmiz əleyhinə məkrli siyasət yürütməyə, yekunda Azərbaycanı öz şərtlərindən çəkindirməyə vadar etməyə çalışıb. Lakin İrəvan bu məqsədlərinə çata bilmədi". 

İlyas Hüseynov vurğuladı ki, Azərbaycanın qətiyyətli siyasəti və Prezident İlham Əliyevin siyasi iradəsi bütün əngəllərin, maneələrin dəf olunmasına gətirib çıxarıb. Vaşinqtonda - Ağ Evdə imzalanan sənədlər tarixi nailiyyət hesab oluna bilər. Azərbaycan müharibədə də, sülhdə də qazandı. Bu nailiyyətlər həm də Azərbaycan xalqının böyüklüyünü, əzmkarlığını, eləcə də tarixi qələbəsini əks etdirir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar 

23:39
29 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!