18 Noyabr 2023 09:30
1268
Mədəniyyət
A- A+
ADMİU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans

ADMİU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans

 

Noyabrın 17-də Azərbaycan Milli Kitabxanasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibəti ilə "Azərbaycan sənətşünaslığı Şərq-Qərb dialoqu kontekstində" mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. 
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan konfransda ölkəmizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında 2023-cü il 6 iyul tarixli 3954 nömrəli Sərəncamına əsasən keçirilən konfransda 8 ölkəni təmsil edən 50-dən çox nümayəndə iştirak edib. Konfransın plenar iclasında ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərək qonaqları salamlayıb, bu ilin rəhbərlik etdiyi ali təhsil ocağı üçün əhəmiyyətindən danışıb. ADMİU-nun 100 illik yubileyi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamın bütün kollektivi sevindirdiyini deyən rektor, həm də əlavə məsuliyyət olduğunu da qeyd edib. Həm Ümummilli Lider Heydər Əliyevin anadan olmasının, həm də ölkənin ilk yaradıcı təhsilli ali məktəbi olan Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 100 illiyi ilə bağlı universitetin cari il boyunca böyük tədbirlər, konfranslar, dəyirmi masalar və konsert proqramları keçirdiyini deyən C.Mahmudova ilin sonuna qədər bu tədbirlərin davam edəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova çıxış edərək ADMİU-nun Azərbaycan mədəniyyətinin və təhsilinin inkişafındakı rolundan danışıb, kollektivi 100 illik yubiley münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Şimali Kipr Türk Respublikasının dövlət xadimi Serdar Tekdaş, Urgənc Dövlət Pedaqoji Universitetinin rektoru Madrahimova Firuzə, Ege Universitetinin professorları Füsun Topsumerov, Aylin Göztaş, Uludağ Universitetinin professoru Mehmet Yüce, türkiyəli araşdırmaçı Baha Ahmet Yılmaz və başqaları çıxış edərək ADMİU-nun 100 illik yubileyini təbrik edib, Azərbaycanın öncül yaradıcıyönümlü ali təhsil ocağı ilə dostluq münasibətlərindən məmnunluqlarını dilə gətiriblər.
Çıxışçılar rektor Ceyran Mahmudovaya öz ölkələrinin milli atributlarını əks etdirən xatirə hədiyyələri təqdim ediblər.
Plenar iclasda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi, professor Kərim Tahirov kollektivi yubiley münasibəti ilə təbrik edib və belə önəmli konfransa evsahibliyi etməkdən qürur duyduqlarını bildirib. K.Tahirov bu il həmçinin Milli Kitabxananın da 100 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırıb və cənab Prezidentin həm ADMİU, həm də Milli Kitabxananın 100 illik yubileylərinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalamasını mədəniyyətə, sənətə, ədəbiyyata, kitaba olan qayğının daha bir təzahürü kimi dəyərləndirib.
K.Tahirov da çıxışının sonunda C.Mahmudovaya və ADMİU-nun kitabxanasına bir-birindən dəyərli nəşrlər hədiyyə edib.
Plenar iclas Azərbaycanın və Özbəkistanın Xalq artisti, ADMİU-nun "Muğam sənəti" kafedrasının baş müəllimi Gülyanaq Məmmədovanın ifaları ilə yekunlaşıb.
Daha sonra konfrans öz işini Sənətşünaslıq, Təsviri sənət, Musiqi sənəti, Kinoşünaslıq, teatrşünaslıq mövzulu bölmə iclasları ilə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!