03 Oktyabr 2026 08:35
779
İQTİSADİYYAT
A- A+
"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi

"ADEX 2026" sərgisi müdafiə sənayesi məhsullarının daha bir nümayişinə çevrildi


Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri də müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsidir. Bu baxımdan müdafiə sənayesi ölkənin milli təhlükəsizliyini təmin etmək və Silahlı Qüvvələrin maddi-texniki bazasını yerli istehsal hesabına gücləndirmək məqsədilə fəaliyyət göstərən, son illərdə sürətlə modernləşən strateji bir sektordur. Sahə üzrə dövlət siyasətini Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi həyata keçirir.

Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Azərbaycanın hərbi sənaye kompleksində hazırda mindən artıq adda müdafiə təyinatlı məhsul istehsal olunur. Ölkə daxilində fəaliyyət göstərən zavodlar həm yerli tələbatı ödəyir, həm də ixrac potensialını artırır. 

Təsadüfi deyil ki, Bakıda keçirilməsi ənənəvi hal alan ADEX (Azerbaijan International Defence Exhibition) sərgisi ölkəmizin hərbi-texnoloji potensialını dünyaya nümayiş etdirən mühüm regional platformaya çevrilib.

Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə deyildiyi kimi: "Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. ADEX sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır".

Budəfəki sərgi də deyilənlərin daha bir təsdiqi oldu. Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən "ADEX 2026" müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynadı.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sərgi ilə tanış olmaqları bu tədbirin önəminə bir daha diqqət yönəldir. Burada nümayiş olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stendi sözügedən nailiyyətlərdən söz açırdı. Belə ki, "ADEX 2026"da Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilirdi. Nazirliyin ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşdirilmişdi.

Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində yaradılan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirir. İstehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlıq qurumun fəaliyyətində əsas istiqamətlərdir.

Sərgidə Azərbaycanın eləcə də "Vektor" Şirkətlər Qrupu iştirak edirdi. "Vektor" ölkəmizin müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. O, raketlər, hərbi geyim və müxtəlif hərbi aksesuarların istehsalı ilə məşğuldur.

Sərgi haqqında ümumi olaraq onu deyək ki, bu tədbir Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilirdi. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkəti idi. "ADEX 2026"da rekord sayda şirkət iştirak etdi. Buna görə "Bakı-Ekspo" Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilmişdi. Bir pavilyon ilk dəfə milli ekspozisiya üçün ayrılmışdı.

"ADEX 2026"da 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçmişdi. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edirdi. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyə idi.

ADEX ilə paralel olaraq və bu il artıq 15-ci dəfə keçirilən "Securex Caspian" sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.

"Securex Caspian" sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatlar, kompleks mühafizə sistemləri və perspektivli texnoloji həllər, o cümlədən ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış, qəza-xilasetmə vasitə və avadanlıqları nümayiş etdirilirdi.

ADEX və "Securex Caspian" sərgilərinə 30 ölkədən 277 şirkət qatılmışdı. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılmışdı.

Prezident İlham Əliyev sərgi iştirakçılarına müraciətində əmin olduğunu bildirmişdir ki, ADEX və "Securex Caspian" sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

21:33
15 Oktyabr

Norveç sahillərində dünyanın ən qədim lövbərlərindən biri aşkarlanıb  

20:27
15 Oktyabr

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2

20:03
15 Oktyabr

“Bank of America” 1,2 milyard dollar cərimələnib  

19:26
15 Oktyabr

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib  

19:19
15 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO  

18:36
15 Oktyabr

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib  

18:29
15 Oktyabr

Yuxusuzluğun gözlənilməz səbəbi 

18:25
15 Oktyabr

Şotlandiyada “Harvinin səddi”nin qalıqları aşkar edilib  

17:45
15 Oktyabr

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb  

17:43
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB  

17:33
15 Oktyabr

Polşada naməlum uçan obyekt tapılıb

17:23
15 Oktyabr

  Çinli aktyorlar dipfeyklər səbəbindən işlərini itirə bilərlər

17:18
15 Oktyabr

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub  

17:06
15 Oktyabr

Qlobal tərəfdaşlığın və dialoqun Bakı Zirvəsi   

16:40
15 Oktyabr

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

16:37
15 Oktyabr

Bitum yanğınlarının söndürülməsində daha effektiv və ekoloji köpük növləri sınaqdan keçirilib  

16:37
15 Oktyabr

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

16:23
15 Oktyabr

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!