ADA Universitetinin rektoru Hafiz Paşayev Hüquq fakültəsinin tələbələri ilə görüşüb
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bu tədris ilində müxtəlif beynəlxalq və yerli məhkəmə simulyasiya müsabiqələrində iştirak etmiş Hüquq fakültəsinin tələbələri və onların məşqçiləri ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş Hüquq fakültəsinin dekanı Rəşad İbadovun komandaların üzvlərini və məşqçilərini rektora təqdim etməsi və hər bir müsabiqənin mahiyyəti, hazırlıq prosesi və tələbələrin qazandıqları nailiyyətlər barədə məlumat verməsi ilə başlayıb. Qeyd edilib ki, ADA komandaları hüquqi yazı və şifahi təqdimatlarına görə builki yarışlarda bir sıra ciddi mükafatlara layiq görülüb, milli və beynəlxalq səviyyədə ilk pillələrdə qərarlaşıblar. Dekan, həmçinin bu cür məhkəmə müsabiqələrinin hüquq təhsilinin önəmli tərkib hissəsi olduğunu vurğulayıb və Hüquq fakültəsinin bu istiqamətdə gördüyü işlər barəsində məlumat verib.
Daha sonra rektor Hafiz Paşayev ADA Universitetini təmsil edən komandaların üzvləri və məşqçilərini qazandıqları nailiyyətlərə görə təbrik edib və hazırlıq prosesində qarşılaşdıqları çətinliklər barədə maraqlanıb. Rektor Paşayev ADA Universitetində tələbəyönümlü hüquq təhsilinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq Azərbaycanda yeni nəsil hüquqşünaslara tələbatın getdikcə daha da artdığını qeyd edib. Bu prosesə dəstək verilməsi baxımından ADA Hüquq fakültəsinin üzərinə düşən məsuliyyəti uğurla davam etdirməli olduğunu vurğulayan rektor bu cür müsabiqələrin tələbələrin beynəlxalq rəqabətədavamlı peşəkar hüquqşünaslar kimi inkişafında xüsusi rolu olduğunu bildirib.
Daha sonra prorektor Fariz İsmayılzadə tələbələri təbrik edib və universitetin hər zaman onların uğur qazanması üçün dəstək verəcəyini qeyd edib. Görüş tələbə və məşqçilərin müsabiqələrdən yaddaqalan xoş təəssüratlarını bölüşməsi ilə davam edib. Onlar sözügedən müsabiqələrdə iştirakın çox mühüm və faydalı təcrübə olduğunu, onlara lazımi biliklər və bacarıqlar qazandırdığını vurğulayıb və hər zaman göstərdiyi hərtərəfli dəstəyə görə rektor Hafiz Paşayevə və universitet heyətinə dərin təşəkkürlərini bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, ADA Universitetinin Hüquq fakültəsinin tələbələri hüququn müxtəlif sahələri üzrə təşkil edilən yeddi fərqli məhkəmə müsabiqəsində – Filip C.Jessup adına “Beynəlxalq Hüquq üzrə Məhkəmə Mübahisəsi Müsabiqəsi”, Uillem C.Vis adına “Beynəlxalq Kommersiya Arbitrajı üzrə Müsabiqə”, “Dubay Beynəlxalq Maliyyə Mərkəzinin Kosmik Hüquq üzrə Məhkəmə Müsabiqəsi”, “Şıxlinskilər adına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə”, “Topçubaşov Arbitraj Məhkəməsi Müsabiqəsi”, “Beynəlxalq Humanitar Hüquq üzrə Jan Pikte Müsabiqəsi” və “Helqa Pedersen adına Məhkəmə Müsabiqəsi”ndə uğurla təmsil olunublar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!