13 May 2025 13:26
642
İQTİSADİYYAT
A- A+
AÇG və “Şahdəniz” yatağından hasil edilən neftin mütləq əksəriyyəti ixrac edilib

AÇG və “Şahdəniz” yatağından hasil edilən neftin mütləq əksəriyyəti ixrac edilib

Cari ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ayda respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd olunub ki, bu ilin aprel ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 75,1 min ton (566 min barrel) olub. Bunun 61,6 min tonunu (455 min barrel) xam neft, 13,5 min tonunu (111 min barrel) kondensat təşkil edib. 4 ay ərzində neftin emalı 1,8 milyon ton təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2025-ci il mayın 1-dək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb.

Hasilatdan 2025-ci il mayın 1-dək təqribən 654,9 milyon ton neft, 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

Bəhreyndə yaşayış binasına İran raketi düşüb, 1 ölü, 8 yaralı var  

14:53
10 Mart

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunublar

14:52
10 Mart

Dubaydan təxliyə olunan vətəndaş Prezidentə və aidiyyəti qurumlara təşəkkür etdi

14:51
10 Mart

Pakistan və Hindistanda enerji böhranı fonunda bir sıra tədbirlər görülür

14:49
10 Mart

Bernama Azərbaycanın İrana humanitar yardımından yazır

14:31
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb  

14:25
10 Mart

Sabah respublika üzrə pensiyalar qrafikdən əvvəl tam ödəniləcək

14:14
10 Mart

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

14:12
10 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

Kardinal: Romadakı iftar mərasimi daha məqbul dünya qurmaq istəyən insanları bir araya gətirib 

13:18
10 Mart

Dövlət büdcəsinin ötən iki ay üzrə icrasında profisit qeydə alınıb

13:12
10 Mart

Romada üç monoteist dinin nümayəndələrinin iştirakı ilə iftar süfrəsi açılıb 

13:08
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!