07 Dekabr 2023 10:00
657
SİYASƏT
A- A+
ABŞ-nin ölkəmizə qarşı qərəzli siyasəti nədən yaranıb

ABŞ-nin ölkəmizə qarşı qərəzli siyasəti nədən yaranıb

 

ABŞ ölkəmizə qarşı  qərəzli münasibəti ilə həmişə seçilib. İllərdir Ermənistanın Qarabağda başlatdığı separatçılıq hərəkatı ABŞ tərəfindən birmənalı olaraq  dəstəklənib. Müxtəlif vaxtlarda qondarma  rejimə  rəhbərlik edən separatçıların Amerikaya səfərləri təşkil edilərək yüksəkvəzifəli rəsmi şəxslər tərəfindən qəbul ediliblər. 
Müxtəlif adlarla Qarabağdakı separatçılara mütəmadi olaraq maliyyə və silah  yardımı edən Ağ Ev ölkəmizə qarşı sanksiyalar tətbiq edərək Azərbaycanı təpədən-dırnağa silahlanmış Ermənistanın qarşısında əliyalın qoymaq istəməkdən belə,  çəkinməyiblər. Problemin dondurulmasında, status-kvonun saxlanmasında maraqlı olan və buna cidd-cəhd göstərən rəsmi Vaşinqton, Azərbaycan hər dəfə problemi hərbi yolla həll etmək istədiyini açıqlayanda təlaşla bunun yolverilməz olduğunu bildirib.
 2020-ci ildə Ermənistanın işğalçılıq niyyəti ilə başladığı müharibənin torpaqlarımızın işğaldan azad edilməsi, işğalçı dövlətin  rüsvayçı məğlubiyyəti ilə başa çatması,  illərdir problemin həllinə "vasitəçilik" edən ABŞ-ni daha da qəzəbləndirib. Azərbaycanın müstəqil siyasət yürütməsi, ölkəmizin  ərazi bütövlüyünün tam bərpa edilməsi istiqamətində  atdığı addımlar, Qarabağda ABŞ-nin geosiyasi maraqlarına zidd olan antiterror tədbirlərinin həyata keçirilməsi bu olkənin indiyə kimi "problemin həlli istiqamətində" apardığı siyasətin süqutu deməkdir. 
Separatçı rejimin özünü buraxdığını elan etdikdən sonra ABŞ Konqresində "Dağlıq Qarabağın gələcəyi", eləcə də noyabrın 15-də ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etmələri onların indiyə kimi sərgilədiyi ikiüzlü və riyakar siyasəti tam çılpaqlığı ilə göstərdi. Bu günədək maskalanaraq özünü bizə tərəfdaş kimi göstərməyə çalışan ABŞ-nin əsl simasını tanıtdı.
Maraqlıdır, görəsən ABŞ 30 il torpaqlarımızı işğal edib, bir milyon insanımıza müsibətlər yaşadan Ermənistanı kimdən qoruyur? Məlumdur ki, bu gün bizə israrla  "sülh protokolu"nun imzalanması üçün  vasitəçilik  təklif edən rəsmi Vaşinqtonu imzalanacaq sülh protokolundan çox özünün mənafeyi düşündürür. Artıq dünyada "Sülh", "Azadlıq", İnsan hüquqları" kimi cəlbedici sözlərin Amerikanın insanları aldatmaq üçün istifadə etdiyi gəlişigözəl ifadələr olduğunu, qarışıqlıq salaraq öz niyyətlərini gerçəkləşdirmək istəyini duymayan yoxdur.
Rusiya ilə Ukraynada hesablaşa bilməyən, milyardlarla pulunu göyə sovurub düşündüyü nəticəyə  hələlik  nail olmağı bacarmayan ABŞ-nin Cənubi Qafqazdan istədiyi nədir? Sülh, yoxsa müharibə? Deyildiyi kimi, əsl məqsəd Qarabağ  probleminin həllidirsə, bunu Azərbaycan birdəfəlik həll edərək işə xitam verib. Amma görünür, Amerikanı öz maraqları düşündürür və bu maraqlar naminə də indi hər cür riyakarlıq edir.
Sirr deyil ki, ABŞ Konqresinə yaxınlığı ilə tanınan, Azərbaycana qarşı mütəmadi olaraq qərəzli mövqe sərgiləyən  "The Washington Post" qəzeti son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Dövlətimizə qarşı ittiham dolu məqalələri ilə tanınan bu mətbuat orqanında  2023-cü ildə Azərbaycanda söz azadlığı, korrupsiya, Ermənistanla münasibətlərə dair 5 yazı dərc olunub. Həmin məqalələrdə   Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi yolunda atdığı addımlardan, antiterror tədbirlərin keçirilməsindən bəhs edilir. Bu bir faktdır ki, istər ABŞ rəsmiləri, istərsə də "The Washington Post" qəzeti Ermənistan-Azərbaycan konfliktinin baş verdiyi bu illər açıq mətnlə "Qarabağı Ermənistana verin" ifadəsini işlətməyiblər, əvəzində dolayı yolla hər cür riyakarlıq ediblər. Beləcə, özünü "ədalət mücəssəməsi" hesab edən qəzet maliyyə qarşılığı nəticəsində Amerikada fəaliyyət göstərən erməni lobbisinin və müəyyən siyasi dairələrin sifarişini həyata keçirən bir vasitəyə çevrilib. Nəzərə alsaq ki, ABŞ seçkilərə hazırlaşır, onda erməni lobbisindən maliyyə yardımı və dəstək almağa çalışan, Demokratlar Partiyasına yaxınlığı ilə seçilən "The Washington Post" qəzetinin də, Azərbaycana qərəzli hücumlar təşkil edən Ağ Ev rəsmilərinin də dərdlərini anlamaq olar.
Müntəzəm olaraq  Azərbaycanı hədəfə alan, ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışan qəzet dövlətimizi cidd-cəhdlə gözdən salmağa çalışır. İnsan hüquqlarını heçə sayan, demokratik dəyərlərə qiymət verməyən bir ölkə Qarabağı  "mübahisəli ərazi" kimi təqdim edir. "The Washington Post"un əsas məqsədi öz bədnam niyyətlərini, sərsəm düşüncələrini oxucularına reallıq kimi təqdim edərək ölkəmizə qarşı mənfi imic formalaşdırmaqdır.
Əsas hədəf isə müstəqil siyasət yürüdən, Qarabağın xilaskarı  Prezident İlham Əliyevdir. ABŞ siyasi dairələrinin və erməni lobbisinin sifarişləri əsasında  Azərbaycana qarşı qərəzli, ölkə rəhbərliyini hədəfə alan məqalənin dərc olunması "The Washington Post" qəzetinin yazdığı nə ilk yazıdır, yəqin ki, heç sonuncu da olmayacaq.  Azərbaycan hər dəfə uğura imza atanda Dövlət Departamentinin sifarişi ilə "The Washington Post" və onun kimi digər media qurumlarında ölkəmizə qarşı belə hücumların təşkil olunduğuna artıq adət etmişik.  
Azərbaycanın Qarabağda erməni separatizminə son qoyması Bayden hakimiyyətini oyuncağı əlindən alınmış uşağın vəziyyətinə salıb. Ermənilərin Qarabağdan könüllü çıxmaları ABŞ-nin ermənilərin "hüquq və azadlıqları"nın pozulması ilə bağlı ölkəmizə qarşı manipulyasiya etmək imkanlarını məhdudlaşdırıb. ABŞ-nin sözlərinə "hə" deməyən Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi dünya ağalığına iddialı olan ABŞ-ni qıcıqlandırır. İstədiklərini qəbul etdirə bilməyən Ağ Ev cığallıq edərək "The Washington Post" qəzeti vasitəsilə ölkəmizi "atəş"ə tutur. Türklərdə belə bir deyim var: "Atəş düşdüyü yeri yandırar". Amerikada da bilməlidirlər ki, pul müqabilində  sifarişlə ölkəmiz haqqında yazdıqları qeyri-obyektiv, qərəzli yazılarla Azərbaycandan  nifrətdən başqa heç nə qopara bilməyəcək.

Elşən QƏNİYEV,
"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!