01 Dekabr 2023 09:25
391
SİYASƏT
A- A+
ABŞ-nin etiraf zəngi

ABŞ-nin etiraf zəngi

 

"ABŞ-nin Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini ölkələrarası münasibətlərimizi gərginləşdirən qərəzin etirafı kimi başa düşmək olar. Görünür, ABŞ erməni lobbisinin təsiri altında qeyri-obyektiv mövqe nümayiş etdirərək Azərbaycana təzyiq göstərmək istəyinin fiaskoya uğradığını başa düşdü. Müstəqil dövlət olaraq öz siyasətini heç kimin diktəsi ilə müəyyənləşdirmədiyinə görə Azərbaycanın ABŞ-nin həm Konqres, həm də Dövlət Departamenti səviyyəsində sərgilədiyi anti-Azərbaycan mövqeyini adekvat cavablandırması bu ölkəyə dərs oldu. Azərbaycan ABŞ-dən heç bir asılılığı olmadığı üçün haqq sözünü deməkdə və ədalətli mövqeyini açıq şəkildə ifadə etməkdə sərbəstdir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev telefon danışığı zamanı ABŞ-nin Azərbaycana olan qərəzli münasibətini bir daha diqqətə çatdırdı. Nəticədə yüksəksəviyyəli səfərlərin və təmasların qarşılıqlı şəkildə baş tutacağı ilə bağlı şərtimiz də qəbul edildi.
Azər Badamov hesab edir ki, Entoni Blinkenin telefon zəngi iki əsas məqamla bağlıdır: "Birincisi, ABŞ Azərbaycanla münasibətlərdə özünün yaratdığı gərginliyi azaltmağa çalışır. Çünki Cənubi Qafqazda siyasətini Azərbaycansız heç vaxt davam etdirə bilməyəcəyini yaxşı başa düşür. Nəzərə almaq lazımdır ki, regionun həm siyasi, həm də iqtisadi gündəmini müəyyənləşdirən məhz Azərbaycandır. Belə olan halda, ABŞ Azərbaycanı özündən uzaqlaşdırmaqla Cənubi Qafqaz regionundan da uzaqlaşacağını anlayır. Azərbaycan isə münasibətləri xoş məramla davam etdirmək istəyən bütün ölkələrlə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Blinkenin telefon zəngi də onların Azərbaycanla münasibətləri itirmək istəmədiklərini göstərdi. Əgər belədirsə, ABŞ Azərbaycanın müstəqil, ədalətli və beynəlxalq hüquqa söykənmiş siyasəti ilə razılaşmağa məcburdur".
Deputatın fikrincə, Entoni Blinkenin zəng etməkdə ikinci əsas məqsədi isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında neytral təşəbbüslə çıxış edəcəyini bildirmək idi: "ABŞ artıq başa düşdü ki, Azərbaycana təzyiq göstərməklə Ermənistana üstünlük qazandıra bilməyəcək. Ona görə də münasibətini dəyişməli və sülh müqaviləsinin imzalanmasına töhfə verməklə Ermənistanda möhkəmlənməlidir".
Azər Badamov söyləyib ki, ABŞ rəsmisi telefon danışığı zamanı Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini cənab İlham Əliyevdən xahiş edib. Deputat hesab edir ki,  Ceyms O'Braynın səfəri çərçivəsində həm ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik aradan qalxar, həm də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının bərpası üçün tərəflər razılığa gələ bilərlər.  Onsuz da hər kəsə məlumdur ki, Azərbaycan qarşılıqlı hörmət əsasında sülh danışıqları aparmağa hər zaman hazırdır. 

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

Türkiyə parlamenti Ankara, Bakı və Lefkoşa arasında dialoqu alqışlayır  

12:18
15 Yanvar

Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək  

12:17
15 Yanvar

Ötən il DSMF-də 530 minədək vətəndaş müraciətinə baxılıb

12:17
15 Yanvar

Ötən il Bakı Limanının yükaşırma həcmi 3 faizdən çox artıb

11:58
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!