01 Oktyabr 2026 09:40
607
DÜNYA
A- A+
ABŞ İraqdakı 20 illik hərbi mövcudluğunu sona çatdırır

ABŞ İraqdakı 20 illik hərbi mövcudluğunu sona çatdırır


ABŞ İraqda qalan sonuncu qoşunlarının  çıxarılmasını oktyabrın 1-də başa çatdıracaq. Amerikalıların İraqdakı hərbi mövcudluğu prezident Səddam Hüseynin devrilməsinə səbəb olan 2003-cü il işğalı ilə başlayıb. Bu, uzunillik məzhəb münaqişələri və yerli üsyançılara qarşı mübarizə şəraitində davam edib.

ABŞ qoşunları əvvəllər İraqı 2011-ci ildə tərk etmiş, lakin 2014-cü ildə İŞİD-i məğlub etməyə kömək  üçün geri qayıtmışdılar.

Son qoşunların çıxarılması, ABŞ qüvvələrinin İraqdakı Tehranın hücumları təhlükəsi altında qalması ilə nəticələnən İranla münaqişə fonunda baş verir.

Ekspertlər hesab edirlər ki, qoşunların çıxarılması ilə ABŞ-nin bölgədə təsirinin yox olması ehtimalı azdır. 2024-cü ildə Vaşinqton və Bağdad amerikalıların rəhbərlik etdiyi koalisiyanın İŞİD-ə qarşı missiyası olan "Sarsılmaz qətiyyət " əməliyyatına son qoymaq üçün razılığa gəliblər.

Xatırladaq ki, 2007-ci ildə İraq müharibəsinin ən qızğın çağında ölkədə 170 mindən çox ABŞ əsgəri var idi. 2023-cü ilin dekabr ayına qədər, geri çəkilmə razılaşması əldə edilməzdən əvvəl, ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bu rəqəm təxminən 2400 nəfər olub. O vaxtdan bəri ABŞ öz iştirakını daha da azaldıb və İraq Kürdüstanında yalnız kiçik bir kontingent qalıb.

Vaşinqtonda yerləşən Atlantic Council analitik mərkəzində "İraq Təşəbbüsü" proqramının əməkdaşı Səfvan əl-Amin qeyd edir ki, "qoşunların geri çəkilməsi qərarı əvvəlki İraq hökuməti ilə razılaşdırılıb, çünki bu ölkədə İŞİD-i məğlub etmək missiyası öz məqsədinə çatıb".

2016-2019-cu illərdə ABŞ-nin İraqdakı səfiri vəzifəsində çalışmış, hazırda Vaşinqtonda Ərəb Körfəzi Dövlətləri İnstitutunun rəhbəri olan Duqlas Silliman izah edir ki, biri-birini əzəzləyən İraq hökumətləri ölkə daxilində siyasi təzyiqlərlə üzləşib, bir çoxları ABŞ hərbi mövcudluğunu suverenliyə qarşı qəsd kimi görür. 

O, BBC-yə bildirib ki, "İranpərəst qrupların və əhalinin bir hissəsinin (əsasən şiələrin) təzyiqi altında bir neçə İraq hökuməti bu qüvvələrin ölkədən çıxarılmasını tələb edib".

ABŞ qoşunları 2011-ci ildə Prezident Barak Obamanın dövründə İraqı tərk etmiş, lakin İŞİD ölkənin geniş ərazilərini ələ keçirdikdən üç il sonra Bağdadın xahişi ilə geri qayıtmışdı. Daha sonra onlar döyüş əməliyyatlarından təlim, məsləhət və kəşfiyyat məlumatları mübadiləsinə keçiblər.

Britaniyanın RUSI beyin mərkəzinin baş elmi işçisi H.A. Helliyer, regional gərginliklər fonunda  İraqın şimalındakı Amerika obyektlərinə edilən son hücumları xatırladır. O qeyd edir ki, Vaşinqton orada qalan kontingenti  Tehran üçün həssas hədəf kimi görür. 

Əl-Amin bu fikirlə razılaşır və bildirir ki, ABŞ və İraq rəsmiləri əvvəllər koalisiya missiyası başa çatdıqdan sonra belə kiçik bir Amerika kontingentinin saxlanılması imkanlarını müzakirə etmişdilər. O hesab edir ki, "qoşunların sayının az olması və güc tətbiq etmək imkanlarının məhdudluğu nəzərə alınmaqla, İranla münaqişə onların mövcudluğunun üstünlükdən daha çox zəiflik olduğunu göstərib".

Onu da qeyd edək ki, işğaldan iyirmi il sonra İraqdakı Amerika ordusunun mirası ilə bağlı qiymətləndirmələr tamamilə ziddiyyət təşkil edir.

Davamlı korrupsiyaya baxmayaraq, Helliyer İraqın indi 2003-cü ildən əvvəlkindən daha çox siyasi azadlığa və plüralizmə sahib olduğuna inanır və xüsusilə İraq Kürdüstanını vurğulayır. Lakin o hesab edir ki, vəziyyətə, ümumiyyətlə, demokratik baxımdan qiymət verilməməlidir. "İnsanlar ABŞ demokratiyanı qurdumu sualını verməməlidirlər. Xeyr, qurmadı - və bu, sonudur", - deyə o vurğulayır.

Digər ekspertlər də İraqın 2003-cü ildə Amerika siyasətçilərinin təsəvvür etdiyi sabit demokratiyadan uzaq qaldığı ilə razılaşır. Korrupsiya geniş yayılıb və rəsmi hökumət strukturları ilə yanaşı, hakimiyyət hələ də silahlı dəstələr, xüsusən də Xalq səfərbərlik qüvvələri daxilindəki radikal qruplaşmaların əlindədir. Bu, Bağdadın tam dövlət nəzarəti altına almağa çalışdığı əsasən şiə milislərindən ibarət şəbəkədir.

Əl-Aminə görə, Amerikanın təsiri qoşunların çıxarılmasından sonra da davam edəcək. "ABŞ hələ də əhəmiyyətli təsir gücünə malikdir, çünki İraq ABŞ dollarına satılan neft satışından asılıdır. Bundan əlavə, İraq ABŞ-dən silah almağa davam edir və regional qonşuları ilə münasibətlərdəki problemləri həll etmək üçün Amerikanın diplomatik dəstəyinə ehtiyac duyur", - deyə o bildirib.

Silliman inanır ki, "çox dərin hərbi əməkdaşlıq" davam edəcək: amerikalılar İraq ordusu, terrorizmə qarşı mübarizə xidməti və İraqın yarı-muxtar Kürdüstan bölgəsinin silahlı qüvvələri olan Peşmərgə üçün hərbi təlim keçəcək və əməliyyatların planlaşdırılmasında kömək edəcəklər.

Əl-Aminin fikrincə, qoşunların çıxarılması dönməz bir addım kimi qəbul edilməməlidir. "Amerika qoşunları artıq 2011-ci ildə İraqı tərk etmişdilər, lakin bir neçə il sonra ölkəyə qayıtdılar", - deyə o xatırladır. "Bu, tarixin yalnız bir fəslinin sonudur, onun finalı deyil".


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

1 870 tələbəyə xoş xəbər: təhsil ödənişsiz oldu

19:51
06 Oktyabr

Missiyalarını tamamlayan humanoid robotlar atəşə tullanaraq özlərini məhv etdilər  

19:44
06 Oktyabr

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

19:39
06 Oktyabr

“TikTok”da süni intellektlə işləyən alış-veriş dövrü başlayır  

19:29
06 Oktyabr

Tək qulaqlıqla musiqi dinləmək karlıq riski yaradır

19:21
06 Oktyabr

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:52
06 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb  

18:41
06 Oktyabr

Avroviziyada daha bir ölkə səhnədən çəkildi

18:36
06 Oktyabr

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub  

18:27
06 Oktyabr

ADY-nin sərnişin qatarı sürət yığdı

18:16
06 Oktyabr

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

18:09
06 Oktyabr

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb  

18:01
06 Oktyabr

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib  

17:52
06 Oktyabr

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər  

17:45
06 Oktyabr

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!