"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 17-ci, 18-ci və 21-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 22.1-1-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin cəzaçəkmə müəssisələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 94.2-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin Mərkəzdə" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135; Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli və 19 aprel tarixli 1134-VIQD nömrəli qanunları) 554-cü maddəsinin adına və dispozisiyasına "(ombudsmanın)" sözündən sonra ", Milli preventiv qrupun və müstəqil monitorinq qruplarının" sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi"nin "Hauptvaxt haqqında" 4 saylı əlavəsinin 5-1-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin qarnizon hauptvaxtlarında" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 5. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 484 (Cild I) 4-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.".
Maddə 6. "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 569 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 23.1.3-cü maddəyə "(Ombudsman)," sözündən sonra "Milli preventiv qrup üzvləri," sözləri əlavə edilsin;
6.2. 42.1-ci maddədə "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin psixiatriya müəssisələrində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 7. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 49.2-ci maddəsində "onların həmin yerlərdə" sözləri "saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin həmin həbs yerlərində" sözləri ilə əvəz edilsin və həmin maddəyə "protokollaşdırmaq," sözündən sonra "texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq," sözləri əlavə edilsin.
Maddə 8. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I) 38-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. adında "dövlət monitorinqi" sözləri "monitorinq" sözü ilə əvəz edilsin;
8.2. aşağıdakı məzmunda 38.4-cü maddə əlavə edilsin:
"38.4. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİN və DSX-nin birgə əməliyyatı zamanı 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb...
30 Iyun
Avro-2024: Daha iki komanda 1/4 final mərhələsinə vəsiqə qazanacaq
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!