Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Bu gün biz bir daha dövlətimizin, dövlətçiliyimizin sarsılmazlığının şahidi olduq. Azərbaycan hökuməti öz alimlərinə dəyər verib onları bir çətir altında toplayıb. Bu, qürurvericidir. Bizim üçün, qürbətdə yaşayan həmvətənlər üçün bu, əvəzolunmaz nemətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçısı, tibb elmləri doktoru, Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlı ixtiraçı alim Azər Abdullayev bildirib.
Ana dilinə qoyulan hörmətdən bəhs edən alim bunun çox ülvi hisslər, Vətənə məhəbbətin nümunəsi olduğunu bildirib: "Burada olarkən məni ən çox sevindirən uzun illər xaricdə yaşamış alimlərimizin öz dillərini unutmaması oldu. Bu, çox gözəl xüsusiyyətdir. Belə bir xüsusiyyətin millətimə məxsus olması məni sevindirir”.
Azərbaycan dövlətinin üzərinə düşən vəzifəni həyata keçirdiyini diqqətə çatdıran alim əlavə edib: “İndi isə iş bizimdir. Biz də öz növbəmizdə üzərimizə düşən vəzifələri yerinə yetirməli, Azərbaycanın elmi cəmiyyətinin daha da inkişafı üçün durmadan çalışmalıyıq”.
Qeyd edək ki, sentyabrın 9-dan başlanan Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.
Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub
Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri müzakirə olunub
COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək
XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin təşviqindən başqa bir şey deyil
İranın Livandakı səfiri peycerin partlaması nəticəsində yaralanıb
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib
Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb istifadəyə verilib
Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib
Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub
Baş nazir İrakli Kobaxidze: Qərb bizi şantaj edir
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
İkiqat olimpiya çempionu 92 yaşında dünyasını dəyişib
Eliz Stefanik: Uca Tanrı ikinci dəfə Trampı xilas edib
"Tesla"nın elektrikli qatarı təqdim ediləcək
Almaniyanın yeni kansleri kim olacaq?
Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edib
XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək
Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!