06 Yanvar 2025 15:22
174
CƏMİYYƏT
A- A+
75 faiz vergi güzəşti hansı sahibkarlara şamil edilir?

75 faiz vergi güzəşti hansı sahibkarlara şamil edilir?


Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75 faiz vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə 2024-cü ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkar fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad edilib. Lakin aparılmış təhlillər nəticəsində bir sıra fiziki şəxslərin əhaliyə deyil, digər vergiödəyicilərinə xidmət göstərdikləri, buna görə də sadələşdirilmiş verginin ödəyicisi ola bilmədikləri müəyyənləşdirilib.

Bu səbəbdən bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edilib.

Həmin fəaliyyətlərə proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya, tərcümə, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahələri üzrə məsləhət xidmətləri, jurnalistika, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, həmçinin turizm bələdçisi kimi xidmətlər aiddir.

Qeyd olunan güzəştin tətbiqi nəticəsində real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların fəaliyyətinin dəstəklənməsi, eləcə də azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir  

23:55
07 Yanvar

Prezident: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır  

23:54
07 Yanvar

Azərbaycan Prezidenti telekanallara müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb  

23:48
07 Yanvar

Prezident İlham Əliyev: Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik  

23:25
07 Yanvar

Prezident İlham Əliyev: Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir  

23:12
07 Yanvar

Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

23:02
07 Yanvar

“Star” qəzeti: Fransa Afrikada “arzuolunmaz ölkədir”, Türkiyənin isə qitədəki çəkisi artır  

22:39
07 Yanvar

Prezident: İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi  

22:31
07 Yanvar

Prezident İlham Əliyev telekanallara müsahibəsində İranla gələcək münasibətlərə toxunub  

22:21
07 Yanvar

Prezident: Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur  

22:12
07 Yanvar

Azərbaycan Prezidenti: Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar  

22:06
07 Yanvar

İfrat sağçı siyasətçi Jan-Mari Le Pen Fransada vəfat edib

22:01
07 Yanvar

Ruanda millisinin futbolçusu “Səbail”də çıxış edəcək  

21:58
07 Yanvar

AVF rəsmisi beynəlxalq oyuna təyinat alıb

21:55
07 Yanvar

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır  

21:54
07 Yanvar

Prezident İlham Əliyev: Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir  

21:54
07 Yanvar

Azərbaycan Prezidenti: Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır  

21:52
07 Yanvar

Prezident: Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir  

21:51
07 Yanvar

Azərbaycan Prezidenti: COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur  

21:51
07 Yanvar

Prezident İlham Əliyev: İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik  

21:50
07 Yanvar

Prezident: İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq  

21:49
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!