07 Yanvar 2025 20:15
197
CƏMİYYƏT
A- A+
Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə təqsirləndirilən şəxs həbs edilib

Qaçaqmalçılıq yolu ilə ölkəyə qızıl külçələr gətirməkdə təqsirləndirilən şəxs həbs edilib


Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 2024-cü il dekabrın 27-də saat 04:50 radələrində sonuncunun İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gələrək üzərində gətirdiyi ümumilikdə 461 min manat dəyərində olan 41 ədəd (3.145 qram) qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində cinayət işi üzrə əhəmiyyət kəsb edən qızıl külçələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Səfər Səfərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), Əfsər Mirzəliyevə isə müvafiq olaraq CM-in 206.3.2 və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub

19:08
08 Yanvar

Daxili işlər naziri İsmayıllı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

19:07
08 Yanvar

Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb

19:06
08 Yanvar

Rusiya mətbuatı Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsindən sitatlar dərc edib

19:05
08 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

19:03
08 Yanvar

Qazaxıstan mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

19:02
08 Yanvar

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

19:00
08 Yanvar

Ali Məhkəmə boşanan valideynlərlə və alimentlə bağlı mühüm qərar verib

18:58
08 Yanvar

Ermənistan-Türkiyə sərhədində rusiyalı sərhədçilərin sayı azaldıla bilər

18:56
08 Yanvar

Avropa, ABŞ və Britaniya rəsmiləri Romada Suriyadakı vəziyyəti müzakirə edəcəklər

18:55
08 Yanvar

Bələdiyyə seçkiləri ilə əlaqədar 16 min 148 namizəd qeydə alınıb

18:53
08 Yanvar

Bələdiyyə seçkilərində 685 adda bülleten çap olunacaq

18:51
08 Yanvar

Ərzurumda 4,5 bal gücündə zəlzələ baş verib

18:24
08 Yanvar

“Al-Taavon” tanınmış türkiyəli mütəxəssisə təklif göndərib

18:12
08 Yanvar

Qadın futbolunda ən yaxşı klublar müəyyənləşib

17:54
08 Yanvar

Trüdo Kanadanın ABŞ-ə qatımasını istisna edir

17:47
08 Yanvar

YAP-ın Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib  

17:25
08 Yanvar

Los-Ancelesdə meşə yanğınları səbəbindən 30 minə yaxın insan təxliyə edilib

17:21
08 Yanvar

Dünyanın ən böyük elektromobil istehsalçısı “BYD”dir

17:19
08 Yanvar

Yüksək dəqiqlikli innovativ saat hazırlanıb

17:17
08 Yanvar

İrlandiyada minlərlə insan susuz və işıqsız qalıb

16:29
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!