06 Avqust 2024 08:30
549
SİYASƏT
A- A+
63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsində seçkilərə ciddi hazırlıq görülür 

63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsində seçkilərə ciddi hazırlıq görülür 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin 2024-cü ilin sentyabrın 1-nə təyin edilməsi barədə sərəncam imzalamışdır. 
Bununla əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) 29 iyun 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq etmişdir. Ötən dövr ərzində 63 saylı Hacıqabul-Kürdəmir DSK Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun olaraq fəaliyyət göstərir. 

63 saylı Hacıqabul-Kürdəmir DSK-nın yerləşdiyi  bina  211 kvadratmetr sahədən və 10 otaqdan ibarətdir. Burada seçkilərin keçirilməsi üçün tələb olunan inventar və lövhələr normal vəziyyətdədir. Otaqlarda iş şəraiti qənaətbəxşdir. Tələb olunan bəzi sənədlər arxivdə qorunub saxlanılır. DSK-da Seçki Məcəlləsi və təlimatlar, vətəndaşların müraciətlərinin qeydiyyatı kitabı, komissiyanın tanınma və məlumat lövhələri vardır. DSK maddi-texniki təchizat cəhətdən tam təmin olunub. Kompüterin MSK-nın DAİS sisteminə qoşulması üçün zəruri proqram və avadanlıq mövcuddur. DSK-da 157 ədəd daşınmaz və 51 ədəd daşınan seçki qutusu, 102 ədəd ultrabənövşəyi lampalar vardır. 
DSK 20 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 17 bələdiyyənin ərazisində yaradılan 51 seçki məntəqəsini, o cümlədən Hacıqabul rayonu üzrə 18 İƏD üzrə nümayəndəlik, 15 bələdiyyə, 44 seçki məntəqəsini, habelə Kürdəmir rayonu üzrə 2 İƏD üzrə nümayəndəlik, 2 bələdiyyənin ərazisində yaradılan 7 seçki məntəqəsini əhatə edir. 
Seçki dairəsi üzrə seçicilərin siyahısı tam dəqiqləşdirilmişdir. Seçici siyahılarında dəqiqləşdirmə zaman bəzi məsələlər aşkar edilmiş, 9 nəfər qeydiyyatdan çıxanlar, 170 nəfər vəfat edənlər, 143 nəfər hərbi xidmətə göndərilənlər siyahıdan çıxarılmış, eyni zamanda 38 nəfər yeni qeydiyyata düşənlər, 126 nəfər hərbi xidmətdən tərxis olunanlar, səsvermə gününə 18 yaşı tamam olan 680 nəfər, eləcə də Hacıqabul rayonu üzrə 593 nəfər, Kürdəmir rayonu üzrə 87 nəfər seçici siyahısına əlavə edilmişdir. Seçici siyahıları hazırlanan zaman müvafiq icra orqanları, rayon polis şöbəsinin Qeydiyyat bölməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi, seçki dairəsinin ərazisində yerləşən "N" saylı hərbi hissənin rəhbərliyi ilə yaxından və mütəmadi olaraq əlaqə saxlanılır. 
Seçki dairəsinin əhatə etdiyi məntəqələrdə 80-100 yaşlılar 710 nəfər, o cümlədən Hacıqabul rayonu üzrə 613 nəfər, Kürdəmir rayonu üzrə 97 nəfər;  100 yaşdan yuxarı 3 nəfər seçicinin olduğu müəyyən olunmuşdur. Seşçici siyahılarının tam dəqiqləşdirilməsi zamanı DSK üzrə seçicilərin ümumi sayının 51 min 210 nəfərdən çox olduğu müəyyən edilmişdir ki, bunun da 43 min 220 nəfərdən çoxu Hacıqabul, 7 min 990 nəfərdən çoxu Kürdəmir rayonunun payına düşür. 
Seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində, o cümlədən səsvermə otağında və digər otaqlarda normal iş şəraiti yaradılmışdır. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətə gətirilir. Məntəqələrdə lazım olan telefon-rabitə, fasiləsiz enerji və digər kommunikasiya işləri aparılmışdır. 
Seçkiqabağı təşviqatın təşkili və kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar olaraq bütün seçki məntəqələrinin ərazisində Azərbaycan Respublikası Seçki Məcəlləsinin 11, 74, 75, 86.3, 86.7 və 87.6-cı maddələrinə uyğun olaraq seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi məqsədilə DSK-nın təklifi və Hacıqabul RİH başçısının 8 iyul 2024-cü il tarixli 85 saylı sərəncamı ilə müvafiq yerlər müəyyənləşdirilmişdir. Eyni zamanda qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının səlahiyyətli nümayəndələrinin, onların vəkil edilmiş şəxslərinin seçicilərlə görüşlərinin keçirilməsi üçün "Sərbəst toplaşma azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq rayonun şəhər, qəsəbə və kəndlərində açıq və qapalı yerlər müəyyən edilmişdir. 
Seçki prosesində şəffaflığın təmin edilməsindən ötrü rayon mərkəzində 8 məntəqə - 1, 2, 3, 4, 5, 10, 11 və 12 saylı məntəqələrdə veb-kamera qurulması prosesi başa çatmışdır. 
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 63 saylı Hacıqabul-Kürdəmir DSK aşağı seçki komissiyalarının üzvlərinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkil olunmasını və onların peşə hazırlığı üzrə digər proqramların mütəmadi olaraq həyata keçirilməsini təmin edir. İnsan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" adlanan 2011-ci il dekabrın 27-də verdiyi Sərəncama əsasən və Təqvim Planına uyğun olaraq 63 saylı Hacıqabul-Kürdəmir DSK-da komissiya üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir. 
Seçki Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq seçicilərin seçici siyahısı ilə tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahıları səsvermə gününə 35 gün qalmış səsvermə otağından kənarda seçicilərin yaxşı görə biləcəyi yerdə məlumat lövhələrində yerləşdirilmişdir.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak etməkdən ötrü 63 saylı Seçki Dairəsinə 9 nəfər şəxs bildiriş və öhdəlik ərizəsi, razılıq ərizəsi və digər sənədlərlə müraciət etmişdir. Müraciət edənlərin hamısına imza vərəqəsi verilmişdir. Bunlardan 7 nəfərinin namizədliyi qeydə alınmış, 2 nəfərin sənədləri yoxlanılır. 
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında böyük tarixi hadisədir. 63 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsinin DSK-sı bidirir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülməkdədir. 

Seyran CAVADOV, 
"Azərbaycan"  

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

15:58
15 Yanvar

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!