15 Fevral 2025 08:15
475
İQTİSADİYYAT
A- A+
25 yaşlı vergi sisteminin əsas missiyası

25 yaşlı vergi sisteminin əsas missiyası


Prezident İlham ƏLİYEV: "Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir"


Vergi sistemi ölkəmizin inkişafında müstəsna rol oynayır. Vergi işçiləri isə dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm funksiyanı yerinə yetirirlər. Onlar vergi ödəyiciləri ilə effektiv əməkdaşlıq, vergi ödəmələrinin düzgün və vaxtında həyata keçirilməsini təmin edirlər. Üstəlik də iqtisadi sabitliyin və sosial ədalətin qorunması işində önəmli bir missiyanın icraçıları olaraq vergi sistemində önəmli yer tuturlar. 

Azərbaycanın müasir vergi sisteminin əsası 1991-ci ilin oktyabrında qoyulub. Həmin tarixdən Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyətə başlayan qurumun əsasında 2000-ci ildə  Vergilər Nazirliyi yaradılıb. 23 oktyabr 2019-cu ildə isə Prezident İlham Əliyevin  fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə çevrilib. Ötən 25 ildə iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılmışdır. Vergi yükü azaldılmış, vergilərin sayı və dərəcələri optimallaşdırılmış, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılmışdır. Ölkəmizin sosial-iqtisadi inkişaf hədəflərinə uyğun olaraq, müxtəlif vaxtlarda vergi islahatları paketi hazırlanmış və bununla bağlı Vergi Məcəlləsində dəyişikliklər edilmişdir.

Vergi sistemində aparılmış islahatlar vergi daxilolmalarının davamlı şəkildə artmasını təmin edir. Bunun effektiv nəticələrindən biri  əmək bazarında son illər müşahidə edilən leqallaşmadır. 2019-cu ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsi gəlir vergisindən 7 il müddətinə azad edilmişdir. Aparılan islahatlar, vergi inzibatçılığında tətbiq olunan yeni yanaşma və mexanizmlər iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətcə yeni bir mərhələyə qaldırmışdır. Hazırda bütün fiskal yığımların əhəmiyyətli hissəsini məhz vergi orqanları təmin edir

Azərbaycanın vergi sistemində formalaşmış bu ənənələr yeni çağırışlar şəraitində müasir transformasiya yoluna qədəm qoyub. Dövlətimizin milli inkişaf və sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən də inkişaf strategiyası hazırlanıb. Ortamüddətli dövrdə həyata keçiriləcək strategiya vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşmasına, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilib. 

Bu gün 25 illik inkişaf yolu qət edən Azərbaycanın vergi sistemi üçün yeni hədəflər müəyyənləşdirilib. Bu hədəflərin nədən ibarət olduğu, ona çatmağın yolları  fevralın 13-də İqtisadiyyat Nazirliyində "Vergi Xidməti-25: Davamlı inkişaf və effektiv transformasiya" mövzusunda  keçirilən forumun gündəliyində yer alıb. Tədbirdə əsasən 25 illik tarixə nəzər salınaraq vergi sistemində reallaşdırılan islahatlar barədə danışılıb. Bu sahədə son illər əldə edilən nəticələr, "Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası", gələcək vergi siyasətinin istiqamətləri və s. barədə məlumat verilib. Bildirilib ki, 25 illik tarixə malik vergi sistemi hazırda "kölgə iqtisadiyyatı" ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. Faktlara müraciət edək: 2024-cü ildə vergi daxilolmalarının həcmi 15,8 milyard manatı keçib, vergi gəlirləri 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artıb, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımlar 22,8 milyard manata çatıb, xidmət bütün fiskal yığımları 77 faizindən çoxunu təmin edib. Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min olub. Bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir.

Prezident İlham Əliyev forumun iştirakçılarına ünvanladığı müraciətdə infrastruktur layihələrinin icra edilməsindən, müxtəlif sahələrdə rəqabət qabiliyyətini artırmağa yönəlmiş islahatların həyata keçirilməsindən, dayanıqlı və innovativ iqtisadiyyat qurmaqla yanaşı, xarici investisiyalarım cəlb olunmasından,  habelə yerli istehsalın artırılmasından söz açıb: "Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir. Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və "yaşıl artım" ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir". 

Tədbirdə yer alan fikirlərdən biri də Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və düşünülmüş siyasət əsasında ölkə iqtisadiyyatının  inkişaf etməsi, dövlətin maliyyə təminatının artması, ölkəmizin beynəlxalq ticarətdə liderliyinin güclənməsi oldu. Bildirilib ki, belə fundamental işlərin həyata keçirilməsində vergi xidmətinin qarşısında müəyyən edilmiş vəzifələr layiqincə icra olunur. Beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər və proqramlar, sahibkarlara dəstək tədbirləri fonunda həyata keçirilən rəqəmsallaşma prosesi, eləcə də şəffaflıq prinsipləri əsasında tətbiq edilən fəaliyyət modeli dövlət büdcəsinin formalaşmasında, vergi gəlirlərinin artırılmasında, sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Vergilərdən yayınma hallarına qarşı mübarizə, beynəlxalq vergitutma tədbirlərinin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi, qlobal iqtisadiyyata inteqrasiyası və beynəlxalq ticarətin təşviqini stimullaşdırır.

Forumun sessiyalarında müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxışlarda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib. Tədbirdə həmçinin 2018-2024-cü illərdə ölkəmizin makroiqtisadi artımı, eləcə də qeyri-neft sektorunun böyüməsi, vergi daxilolmalarının qeyri-neft ÜDM-də xüsusi çəkisinin yüksəlməsi, əmək müqavilələrinin sayının artması və digər göstəricilər barədə təqdimat nümayiş olunub.


Züleyxa NADİRQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

18:00
21 Mart

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib 

17:51
21 Mart

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

16:48
21 Mart

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar  

15:29
21 Mart

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik  

15:23
21 Mart

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb  

15:14
21 Mart

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

15:03
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!