11 Iyun 2024 19:12
524
Elm və texnika
A- A+

2050-ci ilə qədər kosmik lift istifadəyə verilə bilər

 

Yaponiyanın “Obayashi” şirkəti 2050-ci ilə kimi kosmik lift inşa etməyi planlaşdırır. O, kosmik lift Yer kürəsinin geosinxron orbitinə yüklərin daşınması üçün istifadə ediləcək. Unikal yenilik həyata keçirilsə, kosmosa daşınılan hər kiloqram yükün daşınma xərcini 120 dollara endirəcək. Bu isə hazırda “SpaceX”in “Falcon 9” raketi vasitəsilə kosmosa yükü daşıması xərcindən 20 dəfə daha ucuzdur. Məlumata əsasən, “Obayashi” hazırda kosmik liftin inşa planlamasını aparır və bu layihə üçün partnyorların axtarışındadır. Şirkətin fikrincə, kosmik liftin istifadəyə verilmə müddəti qismində ən real görünən zaman məhz 2050-ci ildir.

Şirkət hələ kosmik liftin inşa edilməsi planını 2012-ci ildə elan etmişdi. O zaman şirkət “Tokyo Skytree” televiziya qülləsini istifadəyə vermişdi. Sözügedən televiziya qülləsininin hündürlüyü 634 metr təşkil edir. Bəzi mütəxəssislər kosmik lift layihəsinə skeptik yanaşsalar da, bəziləri bu cür layihənin reallaşdırılmasını istəyirlər. Kosmik lift layihəsinin təxmini dəyəri 100 milyard dollar təşkil edir. Daha öncə “Obayashi” sözügedən layihənin inşasına 2025-ci ildə start verməyi və 2050-ci ildə istifadəyə verməyi planlaşdırırdı. Lakin kosmik liftin hazırkı texnologiyaların və mövcud materialların istifadəsi ilə inşası üçün nəzərdə tutulmuş miqdarda polad material sadəcə Yer kürəsində yoxdur. Buna görə də şirkət polad konstruksiyaya daha dözümlü alternativ kimi karbon nanoborularını görür. Lakin uzadılmış karbon nanoboruların hazırlanması və istehsalı texnologiyaları hələ mövcud deyil. Digər tərəfdən bu cür lift vasitəsilə yüklərin kosmosa çatdırılması prosesi daha təmiz ola bilər. Belə ki, tonlarla yanacağın yandırılması əvəzinə xüsusi qaldırıcılar kosmosdan əldə edilən mikrodalğa və ya Günəş enerjisi sayəsində yükləri kosmosa çatdıra bilərlər. Bu cür xüsusi qaldırıcıların gözlənilən sürətləri saatda 200 km təşkil edir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video