30 Dekabr 2025 08:40
533
İQTİSADİYYAT
A- A+
20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur

20 il əvvəl “Qərbi Azəri”dən ilk neft hasil olunmuşdur


BP şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının  işlənməsi layihəsinin operatoru kimi məmnuniyyətlə bildirir ki, "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam olur. Bu, nəhəng AÇG yataqlarının işlənməsində əlamətdar hadisədir. 

"Qərbi Azəri"dən ilk hasilat  2005-ci il dekabrın 30-da əldə olunmuş və bununla da AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazası başlanmışdı. İlk neft əvvəlcədən qazılmış üç öncə qazma quyusunun birincisindən hasil olunaraq sualtı boru kəməri vasitəsilə 2006-cı il yanvarın 4-də  Səngəçal terminalına çatmışdı.

O vaxtdan bəri "Qərbi Azəri" AÇG-nin hasilat salnaməsinin aparıcılarından biridir. İndiyədək platformadan 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib. Bu göstərici ilə "Qərbi Azəri" AÇG platformaları arasında "Mərkəzi Azəri"dən sonra ikinci yerdədir. Bununla da "Qərbi Azəri" 1997-ci ilin noyabrında hasilata başlamış AÇG-dən 4,5 milyard barel ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

"Qərbi Azəri" hazırda da təhlükəsiz və etibarlı şəkildə öz fəaliyyətini davam etdirir. 2025-ci ilin üçüncü rübünün sonuna platformadan gündəlik orta hasilat 76 min barel təşkil edib.

"Qərbi Azəri" obyektlərinə 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış platforması və qurudakı Səngəçal terminalına birləşdirilmiş 30 düymlük sualtı boru kəməri daxildir. İndiyədək platformadan ümumilikdə 40 quyu və çox sayda yan lülə qazılıb. İstismarda olan 32 quyudan 24-ü hasilat quyusu, 8-i isə suvurma quyusudur. 

Hazırda "Qərbi Azəri"də təxminən 170 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki meneceri azərbaycanlı mütəxəssislərdir.

"Qərbi Azəri" platformasının meneceri Emin İbrahimov  deyir: "Qərbi Azəri" ailəsi olaraq, AÇG-nin ən yüksək göstəricilərə malik qurğularından birini idarə etməkdən qürur duyuruq. Geriyə nəzər salsaq, xatırlayarıq ki, 2005-ci ildə işə salınmış birinci quyularımızdan olan C-06 quyusu ilk dövrlərdə gündəlik 35 min barel neft verib və dünyanın ən məhsuldar quyularından biri olub. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub və bu, istənilən neft quyusu üçün müstəsna bir nailiyyətdir. Bu tarixi ildönümü münasibətilə bütün "Qərbi Azəri" komandasını ürəkdən təbrik edirəm və bir daha vurğulamaq istəyirəm ki, "Qərbi Azəri" dünya səviyyəli platforma olaraq hələ gələcək onilliklər ərzində də AÇG-nin uğur hekayəsinə, eləcə də Azərbaycanın neft sənayesinə mühüm töhfələr verməkdə davam edəcək".


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!