17 Yanvar 2025 08:10
226
CƏMİYYƏT
A- A+
101 saylı Samux-Şəmkir Seçki Dairəsində 500-dən çox müşahidəçi qeydə alınıb

101 saylı Samux-Şəmkir Seçki Dairəsində 500-dən çox müşahidəçi qeydə alınıb


Yerli idarəetmə orqanı olan bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Artıq bütün dairə və məntəqələrdə seçkilərə hazırlıq işləri başa çatmaq üzrədir. Mərkəzi Seçki Komissiyasının müvafiq qrafikinə uyğun olaraq namizədlər təbliğat və təşviqat işlərinə başlamışlar. Bunun üçün onların hər birinə müvafiq qanun çərçivəsində şərait yaradılmışdır. 

Samux rayonunda hələ seçkilərə xeyli qalmış məntəqələr əsaslı təmir edilmiş, zəruri texniki və metodiki vasitələrlə, elektrik generatorları, həmçinin rabitə avadanlıqları ilə təmin edilmişdir. Məntəqələrdə müşahidəçilər üçün yerlər ayrılmışdır. Bir sözlə, bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsnə yüksək səviyyədə hazırlıq işləri görülmüşdür.

101 saylı Samux-Şəmkir Seçki Dairəsi Samux şəhərinin mərkəzində yerləşir. Biz görülən hazırlıq işləri ilə tanış olmaq üçün dairədə olduq və dairə seçki komissiyasının sədri Bayram Qasımovla söhbət etdik. Öyrəndik ki, dairənin məntəqələrində seçkilərin şəffaf keçirilməsi üçün bütün şərait yaradılmışdır. 56 məntəqənin 9-da veb-kamera quraşdırılmış, 500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçmişdir. 3 məntəqədə fiziki aktivliyi olmayan seçicilər üçün panduslar qoyulmuş, xəstələrin evlərində səs vermələri üçün qeydiyyat aparılmış, səyyar seçki qutuları gətirilmişdir. Bunun üçün ərizə ilə müraciət edən seçicilərin siyahısı tərtib edilmişdir.

Qeyd edək ki, dairə üzrə 54 min 564 seçici qeydə alınmışdır. Artıq onların siyahıları dəqiqləşdirilmişdir.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Türkiyə XİN rəsmiləri siyasi məsləhətləşmələr aparıblar  

22:26
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” səfərdə “Zirə”yə qalib gəlib

22:25
10 Fevral

Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib

22:23
10 Fevral

Nazir Ceyhun Bayramov Belarusun ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb

22:20
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub  

22:19
10 Fevral

Türkiyədə 2024-cü ildə 842 terrorçu zərərsizləşdirilib

19:49
10 Fevral

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub  

19:48
10 Fevral

Səudiyyə Ərəbistanı uşaqları Həcc ziyarətinə gətirməyi qadağan etdi

19:21
10 Fevral

Kənd təsərrüfatı naziri bölgələrdə fəaliyyət göstərən şərab istehsalı və quşçuluq müəssisələri ilə tanış olub  

19:20
10 Fevral

Polşalı musiqiçilər “Qış nağılı” festivalında

19:18
10 Fevral

Dövlət katibi: Sloveniya Azərbaycanla ikitərəfli əlaqələri dərinləşdirməkdə maraqlıdır  

18:32
10 Fevral

Premyer Liqa: "Araz-Naxçıvan" - "Kəpəz" oyunu qolsuz başa çatıb

18:20
10 Fevral

Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən 

18:19
10 Fevral

Bakıda sahibsiz heyvanlar probleminə həsr olunmuş tədbir keçirilib  

18:17
10 Fevral

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb  

18:14
10 Fevral

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib  

18:13
10 Fevral

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin binası mükafata layiq görülüb  

18:12
10 Fevral

Vəkillər Kollegiyasının rəhbərliyi işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüşüb  

18:11
10 Fevral

Kənd Təsərrüfatı Nazirliyi: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir  

18:10
10 Fevral

Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub  

18:08
10 Fevral

“DeepSeek”in istifadəçi sayı rekord həddə çatıb

17:59
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!