10 Avqust 2026 14:28
950
İQTİSADİYYAT
A- A+
Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və hesabatlılığının təşkili ilə bağlı yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün keçirilən təlim proqramı yekunlaşıb.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən yerli icra hakimiyyəti orqanlarından ümumilikdə 80-dən çox nümayəndə iştirak edib.

Təlimlərin əsas məqsədi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə hesabatlılığın təşkili və “e-monitorinq” portalı vasitəsilə təqdim olunması ilə bağlı iştirakçıların məlumatlığının artırılması olub.

Beş gün ərzində Fəaliyyət Planında yerli icra hakimiyyəti orqanları tərəfindən icrası nəzərdə tutulan tədbirlər, həmin tədbirlərin həyata keçirilməsi üzrə Yol Xəritələrinin hazırlanması, indikativ planlaşdırmanın tətbiqi, habelə icra prosesinin effektiv təşkili məsələləri barədə ətraflı məlumat verilib.

Təlimlərdə yerli icra hakimiyyəti orqanları üçün “e-monitorinq” portalında yaradılmış yeni modulun funksional imkanları nümayiş etdirilib. İştirakçılara sistemdə hesabatların yaradılması, məlumatların daxil edilməsi və yenilənməsi, təsdiqlənməsi və təqdim olunması mərhələləri əyani şəkildə izah edilib. Təlimlər çərçivəsində iştirakçıları maraqlandıran suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İİTKM-in əməkdaşları tərəfindən cavablandırılıb, qarşılıqlı müzakirələr və fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

16:25
05 Sentyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

16:23
05 Sentyabr

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

15:40
05 Sentyabr

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

15:35
05 Sentyabr

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib  

15:32
05 Sentyabr

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

13:33
05 Sentyabr

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib  

12:45
05 Sentyabr

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

12:43
05 Sentyabr

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

12:40
05 Sentyabr

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb  

12:37
05 Sentyabr

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib  

12:35
05 Sentyabr

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir  

12:33
05 Sentyabr

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək  

12:30
05 Sentyabr

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub  

12:24
05 Sentyabr

Yuxunu izləyən radar sistemi

11:25
05 Sentyabr

"Acer"dən yeni noutbuk

11:20
05 Sentyabr

Smartfonlar üçün kamera ovçusu

11:15
05 Sentyabr

Süni profillərə yeni məhdudiyyət

11:10
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!