17 İyun 2026 09:10
372
İQTİSADİYYAT
A- A+
Yeni proqram, yeni vəzifələr 

Yeni proqram, yeni vəzifələr 


Aqrar sektorun növbəti inkişaf dövrü başlayır


Ölkəmizin zəmilərində taxıl yığımı davam edir. Son məlumata görə, indiyə kimi  sahələrdən 336,9 min ton məhsul toplanıb. Taxıl üzrə orta məhsuldarlıq hektara 32,1 sentner təşkil edib. Cari ildə məhsuldarlıq göstəricilərində müsbət dinamika var. 

Taxılçılar yetişdirilən məhsulu vaxtında və itkisiz toplamaq üçün tam səfərbər olunublar ki, bu da hazırda dövlətin aqrar sahə, o cümlədən taxılçılıq qarşısında qoyduğu mühüm vəzifələrdən biridir. Qeyd edək ki, 2025-ci ilin payızında Azərbaycanda 950 min hektar sahədə taxıl əkilib. Bunun 490 min hektarı arpa, 460 min hektarı  buğdadır.

Hələlik 110 min hektara yaxın sahədə biçin aparılıb. Bu, arpa sahələrinin təxminən üçdəbirini təşkil edir, ümumilikdə isə taxıl əkinlərinin 12-13 faizi deməkdir. Arpada məhsuldarlıq ötən illə müqayisədə hər hektara 0,2 sentner artıb. Keçən il bu günə məhsuldarlıq 31,7 sentner idisə, hazırda bu rəqəm 31,9 sentnerə bərabərdir. İndiyə kimi  2500 hektardan çox sahədə isə buğda biçini aparılıb.

Buğdadan söz düşmüşkən, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı"nda bu vacib bitkinin istehsalının çoxaldılması ilə bağlı stimullaşdırma tədbirlərinin görülməsi, ixtisaslaşmış rayonlarda məhsuldarlığın bir hektardan 50 sentnerə çatdırılması, buğda istehsalı həcminin ölkə üzrə 20 faiz artırılması hədəflənir. 

Prezident İlham Əliyev bu il mayın 25-də keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə buğda ilə özümüzü təminetmə əmsalının cəmi 55 faiz səviyyəsində olduğunu qeyd edərək deyib: "Əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünütəminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır".

Digər dənlilər üzrə vəziyyətin prinsip etibarilə müsbət olduğu, özümüzü 95 faiz təmin etdiyimiz və idxalın cüziliyi qeyd edilib. Dənli paxlaların daxili istehsal 23 min ton, idxal 15 min tondur. Yəni özümüzü təminetmə indeksi 63 faizdir. 

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Yaşar Məmmədov bu mövzu ilə bağlı fikirlərini bizimlə bölüşərək  xatırlatdı ki, ölkənin  kənd təsərrüfatı 2025-ci ildə 14,2 milyard manatlıq məhsul istehsalı ilə ÜDM-in 5,9 faizini təşkil etmiş, aqrar ixrac 18,5 faiz artmışdır. Bununla belə, iqtisadçı alim aqrar sektorun ciddi problemlərlə üzləşdiyini, taxılçılıqda buğda üzrə özünütəminetmənin cəmi 55 faiz olduğunu qeyd etdi: "İdxaldan asılılıq yüksəkdir, torpaq deqradasiyası, suvarma infrastrukturunun köhnəlməsi və müasir texnologiyaların tətbiqinin ləngiməsi əsas problemlər olaraq qalır. 2026-cı ilin may ayında imzalanan 2026-2030-cu illər üçün Dövlət Proqramı aqrar sektorda köklü transformasiyanı hədəfləyir: buğda məhsuldarlığının hektardan 50 sentnerə çatdırılması, müasir suvarma sistemlərinin tətbiqi və 5 milyard manatdan çox investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Lakin tətbiq edilən buğda subsidiyasının nəticəsi göstərir ki, maliyyə dəstəyi təkbaşına kifayət deyil, subsidiyaya baxmayaraq, özünütəminetmə artmamış, əksinə, azalmışdır. 25 may 2026-cı ildə keçirilən müşavirədə Prezident İlham Əliyev kənd təsərrüfatının iqtisadi deyil, strateji sahə olduğunu vurğulamışdır. Dövlət başçısı taxılçılıqda məhsuldarlığın artırılmasını, müasir suvarmanı və özəl sektorun fəal iştirakını aqrar inkişafın əsas şərtləri kimi müəyyənləşdirmişdir. Prezident həmçinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoymuş, Qarabağ torpaqlarının kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə xüsusi diqqətçəkmişdir. Hesab edirik ki, dövlət proqramının hədəfləri və istiqamətləri, qoyulan vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılmalıdır. Taxılçılıqda real irəliləyiş üçün intensiv aqrotexnologiyaların tətbiqi, keyfiyyətli toxumçuluq sisteminin qurulması və suvarma infrastrukturunun modernizasiyası vacib şərt sayılır. Fikrimizcə, kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsi torpaq idarəçiliyi, toxumçuluq, suvarma, aqrotexnologiya və maliyyə dəstəyi istiqamətlərində ardıcıl struktur islahatların həyata keçirilməsi ilə daha yüksək nəticələr əldə edə bilər".

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu günlərdə Sabirabad rayonunda taxıl biçini prosesi, məhsul yığımının gedişi ilə tanış olarkən vurğulayıb ki, məhsuldarlığın yüksəldilməsi üçün sertifikatlı toxum materiallarından istifadə genişləndirilməli, torpaq və iqlim şəraitinə uyğun sort seçiminə üstünlük verilməli, gübrələmə, suvarma və bitki mühafizəsi tədbirləri elmi əsaslarla həyata keçirilməlidir.  Biçin zamanı məhsul itkilərinin minimuma endirilməsi, kombaynların fasiləsiz fəaliyyətinin təmin olunması və yetişmiş sahələrdə məhsul yığımının qısa müddətdə başa çatdırılması da diqqətdə saxlanılmalıdır.

Taxılçılar biçin işlərinə bir neçə gündür başladıqlarını, səpin zamanı əsasən məhsuldar və yerli iqlimə uyğun toxumlardan istifadə etdiklərini, artıq kombaynların sahələrə çıxdığını və əlverişli hava şəraitindən istifadə edərək optimal müddətdə biçin işlərini başa çatdırmağa çalışdıqlarını bildiriblər.

Beləliklə, ölkədə biçin işləri üçün 1144 texnika sahələrə çıxarılıb. Onlardan 480 kombayn "Aqroservis"ə, qalanları isə fərdi və hüquqi şəxslərə məxsusdur. Verilən məlumata  görə, hazırda biçin prosesində hər hansı bir çətinlik yoxdur.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:17
18 İyul

Azərbaycan nefti 91 dollara satılır

09:23
18 İyul

Bilmək istəyirəm

09:05
18 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

09:00
18 İyul

Azərbaycanın KOBİA modeli: bir ideyanın bir çox üstünlüyü

08:55
18 İyul

Uzaq Çin "yaşıl enerji" gündəliyində Azərbaycana yaxın tərəfdaşdır

08:50
18 İyul

Azərbaycan-ABŞ münasibətləri: Siyasi bəyanatlardan praktik əməkdaşlığa

08:45
18 İyul

Azərbaycan-ABŞ əlaqələri regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərir

08:40
18 İyul

Sarsılmaz birliyi təmin edən siyasət

08:35
18 İyul

"Kəssə hər kim tökülən qan izini"

08:30
18 İyul

Baş prokuror Samux rayonunda vətəndaşları qəbul edib

08:25
18 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

08:20
18 İyul

Heydər Əliyevin xalqımıza əmanət etdiyi hərbi təhsil ocağı

08:15
18 İyul

Qurtuluşun başlanğıcı

08:10
18 İyul

Yüksək etimad və inam ünvanı

08:05
18 İyul

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

08:00
18 İyul

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:04
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!