04 Noyabr 2026 17:16
455
İDMAN
A- A+
Yaşıl meydanda susan ürəklər: futbol tarixinin unudulmayan faciələri  

Yaşıl meydanda susan ürəklər: futbol tarixinin unudulmayan faciələri  


İspaniya futbolunda faciəvi hadisə yaşanıb. “Tenerife” klubunun 30 yaşlı futbolçusu Xesus de Miquel meydanda baş verən ağır toqquşmadan sonra xəstəxanada vəfat edib. Hadisə futbol ictimaiyyətində dərin kədər doğurub. Portuqaliyalı ulduz Kriştiano Ronaldo da gənc futbolçunun ölümü ilə bağlı ailəsinə başsağlığı verib.

Xesus de Miquel İspaniya çempionatının ikinci divizionu çərçivəsində doğma meydanda keçirilən “Andorra” ilə qarşılaşma zamanı rəqib komandanın qapıçısı Xesus Ovono ilə toqquşduqdan sonra ürəktutması keçirib. Futbolçu huşunu itirib. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılsa da, noyabrın 3-də orada vəfat edib.

“Infobae” portalına istinad edən “İzvestiya” qəzetinin yazdığına  görə, Xesus de Miquellə toqquşmadan sonra Xesus Ovono dörd ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər. Jurnalistlərin bildirdiyinə görə, oyun epizodu zamanı qapıçı rəqib futbolçunun sinəsinə dizi ilə güclü zərbə endirib. Ehtimal olunur ki, Ovononun hərəkətləri kobud ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma kimi tövsif edilə bilər.

Xesus de Miquelin 30 yaşı var idi. O, 2025-ci ilin yayından “Tenerife” klubunun formasını geyinirdi. Bundan əvvəl isə İspaniyanın bir sıra digər klublarında çıxış etmişdi.

“Qızıl top” mükafatının beşqat sahibi, Madrid “Real”ının sabiq hücumçusu Kriştianu Ronaldu noyabrın 4-də İnstaqram  hesabında mərhum futbolçunun ailəsinə dəstək mesajı ünvanlayıb: “Faciədir... Söz tapmaq mümkün deyil. Ailəsinə güc və səbir diləyirəm. Qoy o, rahat uyusun”.

P.S. Təəssüf ki, Xesus de Miquelin faciəvi taleyi futbol tarixində yaşanan ilk belə hadisə deyil. İllər ərzində yaşıl meydan bir sıra futbolçuların son dayanacağına çevrilib. Kamerunlu Mark-Vivyen Foenin Konfederasiyalar Kubokunda, macar Mikloş Feherin “Benfika”nın heyətində keçirdiyi matçda, italiyalı Pyermario Morozininin B Seriyası qarşılaşmasında, panamalı Patrik Ekenqin isə Rumıniya çempionatında həyatını itirməsi futbol ictimaiyyətini sarsıdan faciələr kimi yadda qalıb. Xesus de Miquelin adı da təəssüf ki, meydanda həyatını itirən futbolçuların bu kədərli siyahısına əlavə olundu.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!