04 Aprel 2025 17:21
341
İQTİSADİYYAT
A- A+
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” üçün layihənin texniki-iqtisadi əsaslandırılması bu ilin ortalarında başa çata bilər

“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” üçün layihənin texniki-iqtisadi əsaslandırılması bu ilin ortalarında başa çata bilər

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü keçirilib.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlles, Bolqarıstanı energetika naziri Jeço Stankov təmsil edib.

Görüşdə, həmçinin Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen, Birgə Müəssisə - “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company), ölkələrin ötürücü sistem operatorları və CESI şirkəti iştirak edib.

Söhbət zamanı ötən ay Macarıstanda keçirilmiş görüşdən sonra Bolqarıstanın layihəyə qoşulması, dəhlizin fiber-optik komponenti və Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi məqsədilə müvafiq müraciətin hazırlanması istiqamətində irəliləyişlər nəzərdən keçirilib, Avropa İttifaqının (Aİ) maliyyələşmə alətlərindən istifadə imkanları müzakirə edilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO Power Company) üçün layihənin mərhələli inkişafını əks etdirən yol xəritəsinin hazırlanması müsbət addımlardan biri kimi qeyd olunub. Texniki-iqtisadi əsaslandırmanın bu ilin ortalarında yekunlaşdırılmasının vacibliyi qeyd olunub.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb və ötən dövr ərzində həmin saziş çərçivəsində 10 Rəhbər Komitə/Nazirlər Görüşü keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə kütləvi dron hücumu, ölənlər və xəsarət alanlar var

12:36
17 Aprel

Emin Hüseynov: Aparılan yenidənqurma prosesi Ağdam, Xocavənd və Füzulini əhatə edir və beş mərhələdən ibarət plan üzrə həyata keçirilir  

11:37
17 Aprel

ASCO-nun “Xocalı” gəmisi ilk dəfə Hind okeanına daxil olub

11:08
17 Aprel

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK

10:39
17 Aprel

Emin Hüseynov: Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir  

10:39
17 Aprel

Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

10:37
17 Aprel

Milli Məclisin nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib

10:36
17 Aprel

DYP: Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb  

10:35
17 Aprel

FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub

10:21
17 Aprel

Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir

10:13
17 Aprel

Azərbaycan nefti bahalaşıb  

10:01
17 Aprel

Tədqiqatçılar insanlarda yeni qan qrupu sistemi aşkarlayıblar

09:53
17 Aprel

Paşinyanın dedikləri ilə əməli düz gəlmir

09:40
17 Aprel

Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub

09:36
17 Aprel

Kompüter tomoqrafiyası səbəbindən xərçəngin sayının artması halları aşkar edilib

09:36
17 Aprel

Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır

09:35
17 Aprel

Qızılın qiyməti yeni rekorda imza atıb  

09:34
17 Aprel

Güclü küləyin və intensiv yağışın fəsadları aradan qaldırılır

09:30
17 Aprel

"Azərişıq" ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır

09:25
17 Aprel

"Kitabla dostluq edənin yolu işıqlı olar"

09:20
17 Aprel

"Qızıl het-trik"li Olimpiya çempionumuz

09:15
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!