12 İyun 2024 08:15
1730
SİYASƏT
A- A+
Xoşniyyətli sarsılmaz türk birliyi

Xoşniyyətli sarsılmaz türk birliyi

 

Dünya yeni bir tarixi mərhələyə qədəm qoyub. Son onilliklərdə planetimizdə həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni-mənəvi cəhətdən özlərini üstün saymağa çalışan əsas dünya güclərinin davranışlarının faciəvi fəsadları artıq göz önündədir. Həmin fəsadlar böyüdükcə ölkələrin öz milli maraqlarını qoruması, kənar təhdidləri dəf edərək müstəqil həyatını qura bilməsi, vətəndaşlarının rifah və xoşbəxtliyinə nail olması üçün alternativ yolların, birlik formatlarının axtarışı da sürətlənir.
Bu, təkcə ayrı-ayrılıqda ölkələrin deyil, ümumilikdə bəşəriyyətin ehtiyacıdır. Dünyada yaşayan bütün insanların bu gün səmimi şəkildə sülhə, əmin-amanlığa, əməkdaşlığa, davamlı inkişafa xidmət edən, bunu qarşısına məqsəd qoyan birliklərə, ali məqsədlərə töhfə verən liderlərə ehtiyacı var.   

 

Bizim ailəmiz türk dünyasıdır

 

Son illər türkdilli ölkələrin bir-birinə yaxınlaşması, Türk Dövlətləri Təşkilatının güclənərək proseslərə təsir imkanlarını artırması bu qurumda bir araya gəlmiş dövlətlərin böyük uğurudur. Sözügedən təşkilatın qurulmasında, addım-addım inkişafında, güc mərkəzinə çevrilməsində Azərbaycanın tarixi rolu çox böyükdür. Bu da ölkəmizin gələcəyə strateji baxışından, xarici siyasət prioritetlərindən irəli gəlir. Belə ki, dövlətimizin xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı prioritet istiqamət kimi müəyyənləşib. 
Bu ilin fevralında xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı da bəyan etdi ki, ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. 
Azərbaycan Prezidentinin bu mövqeyi ölkəmizin türk dünyası ilə bağlı siyasətinin əsas formuludur. Cənab İlham Əliyev bunu iyunun 6-da Bakıda səfərdə olan Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşündə də bir daha diqqətə çatdırdı. 

 

TÜRKPA-nın plenar iclası birliyimizə töhfə verəcək 

 

Qeyd edək ki, nümayəndə heyətində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, Qazaxıstan Parlamenti Məclisinin Sədri Yerlan Koşanov, Qırğızıstan Joqorku Keneşinin Sədri Nurlanbek Şakiyev, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Zorlu Tören və Macarıstan Milli Assambleyası Sədrinin müavini Marta Matrai təmsil olunurdu. Nümayəndə heyətinin ölkəmizə səfəri iyunun 6-da TÜRKPA-nın Azərbaycan Milli Məclisində keçirilən "Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu" mövzusunda 13-cü plenar iclası ilə bağlı idi. Azərbaycanın belə mühüm tədbirlərə evsahibliyi etməsi də ölkəmizin türk dünyasının birliyinə verdiyi töhfələrə daha bir nümunədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə toplantılar bir qayda olaraq türk dünyasının birliyinin təzahürü olur və bu baxımdan Bakı toplantısının da istisna təşkil etməyəcəyinə yüksək əminlik var. 

 

Ardıcıl təşəbbüslər

 

Azərbaycanın türk dünyasının birliyinə xidmət edən təşəbbüsləri ardıcıl xarakter daşıyır. TÜRKPA-nın Bakıda keçirilən plenar iclasının ardınca gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də keçiriləcək. Belə bir Zirvə görüşünün keçirilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsüdür. Belə təşəbbüslər türk dövlətləri arasında davamlı təmaslara, birliyimizin gücləndirilməsinə müsbət təsir göstərir. 
Şuşada keçiriləcək Zirvə görüşünün mövzusu da mühüm bir məsələyə - nəqliyyat və iqlim məsələlərinə həsr olunacaq. Bu, təbii ki, təsadüfi deyil. Ölkələr arasında nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. "Orta dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq" - Azərbaycan Prezidenti TÜRKPA nümayəndə heyəti ilə görüşündə mövzunun əhəmiyyətini diqqətə çatdırdı.
İqlim məsələlərinə gəlincə isə bu da 2024-cü ildə COP29 tədbirinə evsahibliyi edəcək ölkə kimi Azərbaycanın gündəliyində duran əsas məsələlərdəndir. Belə bir qlobal tədbirə hazırlıq dövründə iqlim məsələlərinin qardaş ölkələrlə müzakirəsi tədbirin uğuruna fayda verəcək. 
Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsi çox böyük mənəvi dəyərə malikdir. Qələbəmizin simvolu olan Şuşa şəhəri türk dünyasının da birlik rəmzinə çevrilməkdədir. Dörd ilə yaxındır ki, işğaldan azad edilərək özünün yeni həyatına qədəm qoymuş Şuşada çox sürətlə quruculuq-bərpa işləri aparılır. Bu dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərləri olub. Azərbaycan azad yurdlarımızın dirçəlişində də türk dövlətlərinin qardaşlıq köməyini hiss edir. İşğaldan azad edilmiş torpaqlarda qardaş türk ölkələrindən Özbəkistan və Qazaxıstanın təşəbbüsü, maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi inşa edilərək fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı ilə birgə Ağdam rayonunda məktəb binasının təməlini qoydu. Cəbrayıl rayonunda da Macarıstanın maliyyə dəstəyi ilə məktəb inşa ediləcək. Həmçinin azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bütün bunlar türk ölkələrinin birliyinin, doğmalığının azad yurdlarımızdakı əbədi nişanələri olacaq. 

 

Yeni formalaşan güc mərkəzi

 

"Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması - bunlar böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur" - bu, Azərbaycan Prezidentinin sözləridir. Həqiqətən, türk dünyasının birliyi istiqamətində aparılan fəaliyyət Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirməkdədir. Bunu şərtləndirən digər amillərlə yanaşı, bir əsas səbəb də hazırda dünyadakı mövcud güc mərkəzlərinin böhran içində olması, hərəsinin öz böhran çərçivəsində qapanıb qalmasıdır. 
Türk Dövlətləri Təşkilatında bir araya gələn qardaş ölkələrin potensialı isə bunun əvəzində getdikcə genişlənir. Bu gün türk dünyası çox geniş coğrafiyanı, getdikcə artan əhalini və əhali tərkibində gəncliyin üstünlüyünü, zəngin təbii sərvətləri, şaxələnmiş nəqliyyat yollarını, türkdilli ölkələr arasında tarixi-mənəvi bağları birləşdirən böyük bir gücdür. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətlidir. Birləşməyimizin etnik, mədəni köklər üzərində olduğunu qeyd edən Prezident İlham Əliyev praktik addımlarla bu birliyin gücləndirilməsi zərurətini vurğulayıb: "Bu gün nəqliyyat, energetika, ticarət, mədəniyyət sahələrində və digər sahələrdə çox geniş əlaqələr var. Bu gün hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır. Çünki dünyanın müxtəlif yerlərində gedən proseslər göstərir ki, beynəlxalq hüquq normaları inkar edilir, işləmir".
Əfsuslar ki, bu, müasir dünyamızın acı reallığıdır və Azərbaycan təxminən 30 ilə yaxın müddət ərzində bu reallıqdan əziyyət çəkən ölkələrdən olmuşdu. Guya Qarabağ probleminin həlli məqsədilə yaradılmış Minsk qrupu 28 il öz missiyasını yerinə yetirmək əvəzinə münaqişənin Ermənistanın xeyrinə dondurulması məqsədinə xidmət etmişdir. BMT-nin işğalçı qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması haqqında 4 qətnaməsi havadan asılı qalmışdı. Azərbaycan öz haqqını, ərazi bütövlüyünü yalnız döyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edə bildi. Bu həqiqət bir daha təsdiqini tapdı ki, öz haqqını müdafiə edə bilməyin üçün güclü olmalısan. 

 

Gücümüz birliyimizdədir

 

Vətən müharibəsi günlərində Türkiyənin Azərbaycana verdiyi birmənalı dəstək, qardaş ölkənin hər an yanımızda olması, bunun cəmiyyətimizdə yaratdığı ruh yüksəkliyi, hərbi əməliyyatlar gedişində Ermənistanın havadarı mövqeyində ölkəmizə təzyiq göstərən, hətta hədələyən bir çox dövlətin bundan çıxardığı nəticə birliyimizin nə qədər böyük təsir gücü yaratdığını nümayiş etdirdi. 
Bu qüvvənin nəticəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır, Ermənistan hakimiyyətinin son illərdə baş verənlərdən çıxardığı dərsdir, bunun bir nümunəsi kimi Qazaxın dörd kəndinin bir güllə belə atılmadan geri qaytarılması, sərhədlərin delimitasiyası və demarkasiyasının başlanması, məsələlərin arada heç bir vasitəçi olmadan danışıqlar yolu ilə həllinin mümkünlüyünü bütün dünya ictimaiyyətinin görməsidir.
Prezident İlham Əliyev hazırda Ermənistan və Azərbaycan arasındakı proseslərin açıq qalan məqamlarına münasibətdə də qətidir. Bunlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının öz əksini tapdığı konstitusiyasıdır. Digər məsələ isə Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyması tələbini yerinə yetirməsidir. Bundan başqa, Azərbaycan rəsmi İrəvana Minsk qrupunun ləğvi barədə ATƏT-ə birgə müraciət təklifi də verib. Azərbaycan Prezidenti hazırda fəaliyyət göstərməyən Minsk qrupuna artıq heç bir ehtiyacın olmadığını bildirir: "Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir".
Ermənistanın bundan sonra da öz səhvlərindən nəticə çıxarmayıb işğalçı mövqeyinə davam etdirməsi, erməni cəmiyyətindəki revanşistlərin Azərbaycana qarşı hər hansı  hərəkətə keçməyə cəhd göstərməsi bu ölkənin sonu demək olar. Rəsmi İrəvan bundan sonra artıq sağlam düşüncə ilə hərəkət edib qonşularla münasibətləri nizama salmaq, regionun inkişaf imkanlarından başqaları ilə birgə faydalanmaq, o cümlədən türk dünyasının birliyinin böyük bir coğrafiyada hər kəs üçün yaratdığı inkişaf potensialından bəhrələnmək barədə düşünməlidir.  

 

Türk dünyası təhdid mənbəyi deyil

 

Türk Dövlətləri Təşkilatı hazırda böhran keçirən bir çox əməkdaşlıq formatından fərqli olaraq heç kimə qarşı deyil, kiminsə maraqlarının tapdanmasını hədəf götürməyib, əksinə, bu qurumun məramı hər kəsin özünü xoşbəxt hiss edə biləcəyi sülh və rifah mühitinin təmin olunmasıdır: "Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik" - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri təşkilatın məram və məqsədlərini aydın xarakterizə edir. 
2021-ci ildə Şuşa Bəyannaməsinə imza ataraq münasibətləri ən yüksək müttəfiqlik səviyyəsində rəsmiləşdirən Azərbaycan və Türkiyənin hər zaman bütün məsələlərdə bir-birinin yanında olması, istənilən zərurət anında bir-birinə dəstək verməsi bütün türk dünyası üçün bir örnəkdir. Azərbaycan Prezidenti bəyan etdi ki, bu birlik bütün türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər, o cümlədən növbəti aya nəzərdə tutulan Şuşa Zirvə görüşü də bu istiqamətdə önəmli addım olacaq, həm türk dünyasının gücünü, birlik və bir-birinə dəstək əzmini, həm də xoş niyyətini göstərəcək.

İradə ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!