10 Dekabr 2024 17:48
247
DÜNYA
A- A+
“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

“Xiaomi”nin elektrikli krossoveri sərgilənib

Bu ilin mart ayında “Xiaomi”nin “SU7” elektrikli sedanı satışa çıxmışdı. Şirkət o zaman ikinci elektromobilinin krossover olacağını bildirmişdi.

İndi isə məlumat verilib ki, şirkət bununla bağlı müvafiq sənədləri Çinin tənzimləyici orqanlarında qeydiyyatdan keçirib. Bunun sayəsində elektrikli krossoverin xarici görünüşü və bəzi texniki imkanları ortaya çıxıb.

İlk rəsmi fotolara əsasən söyləmək olar ki, “YU7” adlı yeni elektromobilin uzunluğu 4999 mm, eni 1996 mm, hündürlüyü isə 1600 mm təşkil edir. Elektromobilin çəkisi 2405 kq-dır və onun maksimal sürəti saatda 253 km təşkil edir. Məlumatlarda “YU7”nin batareya həcmi qeyd edilməyib. Lakin məlumdur ki, onun üçün nəzərdə tutulmuş batareyaların istehsalı ilə “CATL” şirkəti məşğul olacaq. Elektromobil özündə iki ədəd elektrikli mühərriki birləşdirəcək. Onlardan biri 299 at gücünə, digəri isə 392 at gücünə sahib olacaq.

Elektromobil 2025-ci ilin yayında təqdim olunacaq.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

A.M.Vəliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında

02:15
17 Yanvar

"Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında

02:14
17 Yanvar

Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası

02:12
17 Yanvar

Azərbaycanla Efiopiya arasında siyasi və iqtisadi məsələlər müzakirə edilib  

23:26
16 Yanvar

"Şamaxı" ukraynalı legioneri dəvət edib  

22:29
16 Yanvar

Dünyada 500 milyona yaxın uşaq müharibə bölgələrində yaşayır   

22:28
16 Yanvar

CAR-da tərk edilmiş mədəndən 78 adamın cəsədi çıxarılıb  

22:27
16 Yanvar

ABŞ-də gənclərin 70%-dən çoxu TikTok qadağasına qarşıdır  

22:26
16 Yanvar

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb 

22:23
16 Yanvar

Rumıniya hökuməti prezident seçkilərinin mayda keçirilməsini təsdiqləyib  

21:54
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb

20:31
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

20:28
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

20:02
16 Yanvar

Bakı metropolitenində Asiya İnfrastruktur İnvestisiya Bankının nümayəndələri ilə görüş keçirilib  

19:51
16 Yanvar

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi və humanitar ölçüləri barədə müzakirələr aparılıb  

19:46
16 Yanvar

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ali səviyyəli toplantısı işə başlayıb  

19:41
16 Yanvar

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib  

19:36
16 Yanvar

Gürcüstan Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etməyəcək  

19:34
16 Yanvar

Gia Volski: Müxalifət Avropaya inteqrasiya yolunda Gürcüstana maneələr yaratmağa çalışır  

19:30
16 Yanvar

Kənd Təsərrüfatı Nazirliyi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edəcək  

19:29
16 Yanvar

Azərbaycan və ABŞ arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub  

19:24
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!