26 Dekabr 2024 09:00
187
DÜNYA
A- A+
Makron və Bayru - son şans hökuməti

Makron və Bayru - son şans hökuməti


Fransanın növbəti uğursuzluq koalisiyası ölkəni təlatümlərə sürükləyir


Milad bayramı ərəfəsində, prezident Emmanuel Makronun 73 yaşlı Fransua Bayrunu baş nazir təyin etməsindən on gün sonra ölkənin yeni hökumətinin tərkibi məlum olub. Hazırkı dövlət başçısının çoxdankı müttəfiqi, mərkəzçi "Demokratik Hərəkat" Partiyasının sədri böyük təcrübəyə malik "ağırçəkililər"dən ibarət nazirlər kabinetini formalaşdırmağa söz vermişdi. Bayru geniş siyasi spektri təmsil edən insanlara ona qoşulmaq imkanı yaratmaq niyyətində idi. Üstəlik, strateji mövqelərə yeni adamlar gətirə biləcəyinə ümid edirdi.

Lakin baş nazir Bayrunun Matinyon sarayında cəmi 90 gün qalan sələfi Mişel Barnyenin səhvlərini nəzərə almaqla bağlı verdiyi bütün vədlər, əslində, xoş niyyətdən başqa bir şey deyilmiş.

Amma bütövlükdə o, heç nəyə nail ola bilmədi. Belə ki, Bayru bir vaxtlar sağ mərkəzçi Respublikaçılar Partiyasının üzvü olmuş Jerald Darmenini xarici işlər naziri postunda görmək istəyib, lakin planı baş tutmayıb. Və sonda prezidentliyə namizəd Jan-Noel Barro XİN-in başında qalıb. Sebastyan Lekornünun rəhbərlik edəcəyi Müdafiə Nazirliyində də eyni mənzərə yaranıb. Guman ki, o, Yelisey sarayının Kiyevə silah tədarükü ilə bağlı göstərişlərini ciddi şəkildə yerinə yetirməkdə davam edəcək və Qərb kontingentlərinin Ukraynaya göndərilməsi mövzusunu qaldıracaq.

Bayrunun komandasına əvvəlki kabinetdən daha 6 nazir, o cümlədən daxili işlər və mədəniyyət nazirləri daxil edilib ki, bu da bir parlamentariyə istehza ilə yeni kabineti "Barnye - bis hökuməti" adlandırmaq imkanı verib. Fransızları təəccübləndirən daha bir yenilik Bayrunun komandasına iki keçmiş baş nazirin daxil olmasıdır. Bunlar siyasi səhnədən çoxdan getmiş sosialist Manuel Vals və 2022-ci ildən 2024-cü ilin yayına qədər hökumətə başçılıq etmiş Elizabet Borndur. Onlar, müvafiq olaraq, xarici ərazilər və milli təhsil nazirləri postlarını tutublar.

Bir sözlə, Bayrunun Matinyon sarayında cəmi 90 gün qalan sələfinin səhvlərini nəzərə almaq üçün verdiyi bütün vədlər, əslində, yaxşı qarşılanmadı. Təbii ki, bu, qəzəbli müxalifətə baş naziri  və Makronu tənqid etməyə əsas verib. 

Sosialist Partiyasının birinci katibi Olivye For nazirlərin hazırkı seçimini, onun tərəfdaşlarından heç birinin hökumətə dəvət edilməməsi səbəbindən bunu açıq şəkildə "təxribat" adlandırıb. Həm də ona görə ki, yeni təyin olunmuş baş nazir qanunların parlamentdə müzakirə olunmadan qəbul edilməsinə imkan verən 49.3-cü konstitusiya dəyişikliyinə əl atmamaq barədə dəqiq öhdəlik götürməyib.  Forun deyir ki, "biz Milad bayramını səbirsizliklə gözləyirdik, amma, əslində, biz Hellouin bayramında gəzən ölülərlə rastlaşdıq".

Milli Assambleyadakı radikal solçu  "Yenilməyən Fransa" fraksiyasının lideri Matilda Pano daha sərt çıxış edib. Onun sözlərinə görə, bu kabinetin bir gələcəyi var - etimadsızlıq səsverməsi və buna görə də Bayru yıxılanda kral Makron çılpaq olacaq və onun gedişi qaçılmazdır. 

Hətta indiki baş nazirin missiyasına prinsipcə dözümlü  olan sağçı "Milli Birlik" partiyası da nazirlərin seçilməsindən narazılıq nümayiş etdirib. Partiya lideri Jordan Bardella, ehtimal ki, Marin Le Penin fikrini ifadə edərək müəyyən istehza ilə  deyib: "Təəssüf ki, fransızlara rəhm edilmədi: Bayru "uğursuzluq koalisiyası"nı qurdu".

Parlamentin buraxılmasından və Milli Assambleyaya yay seçkilərindən sonra altı aydır davam edən ən dərin siyasi böhrana hakimiyyətin reaksiya verə bilməməsi fransızları məyus edir. Yerli "Le Figaro" qəzeti hazırkı vəziyyəti yekunlaşdıraraq yazıb: "Makron - Bayru, son şans hökuməti"...

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!