10 Aprel 2026 09:40
902
Səhiyyə
A- A+
Uzunömürlülüyün sirri 

Uzunömürlülüyün sirri 


İnsan ömrünün nə qədərinin genlərdən, nə qədərinin isə həyat tərzindən asılı olduğu hər kəsə maraqlıdır. Ənənəvi olaraq qəbul edilən yanaşmaya görə, insan ömrünün təxminən 20 faizi genetik amillərlə müəyyən olunur, qalan hissəsi isə ətraf mühit və həyat tərzi ilə bağlıdır. Lakin son illərdə aparılan tədqiqatlar bu təsəvvürün tam dəqiq olmadığını göstərir və məsələni daha mürəkkəb müstəviyə daşıyır.

Bu sahədə diqqət çəkən araşdırmalardan biri İsrailin Veyzman Elm İnstitutunun bioloqu Uri Alon və onun komandasına məxsusdur. Onlar insan ömrünə təsir edən faktorları daha dərindən anlamaq üçün riyazi modellərdən istifadə edərək əvvəlki yanaşmaları yenidən qiymətləndiriblər. Əvvəlki tədqiqatlar əsasən XIX əsrin sonlarında doğulmuş Skandinaviya əkizlərinin məlumatlarına əsaslanırdı. Bu məlumatlar üzərində aparılan analizlər göstərirdi ki, genetik faktorların ömür uzunluğuna təsiri nisbətən məhduddur. Lakin həmin dövrün reallıqları bu nəticələrin obyektivliyini şübhə altına alır. Çünki o illərdə infeksion xəstəliklər, qəzalar və zorakılıq kimi "xarici" ölüm səbəbləri çox yüksək idi və bu amillər insanların genetik potensialını reallaşdırmasına imkan vermirdi. Uri Alonun komandası isə 1900-1935-ci illər arasında doğulmuş İsveç əkizlərinin məlumatlarını təhlil edərək daha fərqli nəticələr əldə edib. Onların hazırladığı modeldə xarici ölüm faktorları nəzərə alınmadıqda genetik təsirin ömür uzunluğuna təsirinin təxminən 50 faizə qədər yüksəldiyi müəyyən edilib. Bu isə o deməkdir ki, insan ömrü nə yalnız genlərdən, nə də yalnız həyat tərzindən asılıdır. Hər iki amil bir-biri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Araşdırma onu da göstərir ki, əvvəlki tədqiqatlar tamamilə yanlış deyildi, sadəcə, onlar fərqli tarixi dövrün şərtlərini əks etdirirdi. XIX əsrin sonlarında insanlar daha çox pnevmoniya və vərəm kimi xəstəliklərdən erkən yaşlarda həyatını itirirdi. Bu səbəbdən genetik faktorların təsiri həmin dövrdə daha az nəzərə çarpırdı.

Mütəxəssislər qeyd edirlər ki, müasir tibbin inkişafı bu balansı dəyişib. Bu gün eyni genetik riskə malik olan iki insan arasında ömür fərqi müalicə imkanları və həyat tərzindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn, ürək-damar xəstəliklərinin müasir müalicəsi insan ömrünü xeyli uzadır. Bu isə göstərir ki, genetik meyillər mövcud olsa da, onların nəticəsi dəyişdirilə bilər. Bununla belə alimlər vurğulayırlar ki, genetik faktorlar xüsusilə həyatın sonrakı mərhələlərində daha böyük rol oynayır. 105-110 yaşına çatan insanlarda genetik təsir daha dominant olur. Lakin orta ömür uzunluğu əsasən qidalanma, fiziki aktivlik, səhiyyə xidmətlərinə çıxış və sosial-iqtisadi şərait kimi amillərlə formalaşır.

Bu kontekstdə həyat tərzinin rolu xüsusi əhəmiyyət daşıyır. Sağlam vərdişlər genetik "başlanğıc nöqtəsi"ni dəyişdirməsə də, onun üzərində ciddi təsir yarada bilər. Əksinə, siqaret, həddindən artıq spirtli içki qəbulu və qeyri-sağlam qidalanma kimi vərdişlər genetik üstünlükləri belə neytrallaşdırır. Finlandiyada aparılan genişmiqyaslı finger tədqiqatı bu amillərin birgə təsirini aydın şəkildə göstərib. Qidalanma, fiziki aktivlik, zehni fəaliyyət və ürək sağlamlığını əhatə edən ikiillik proqram iştirakçılarda idrak funksiyalarının 25 faizə qədər yaxşılaşmasına səbəb olub.

Aparılan araşdırmalar göstərir ki, uzun və sağlam həyat üçün radikal dəyişikliklərə ehtiyac yoxdur. Əsas olan kiçik, lakin davamlı vərdişlərdir. Bu baxımdan beyin sağlamlığı ilə bağlı nəticələr xüsusilə diqqət çəkir. Məlum olub ki, insan beyni həyat boyu dəyişməyə davam edir. Bu isə həyat tərzi ilə birbaşa bağlıdır. Araşdırmalara görə, beyin orta hesabla 9, 32, 66 və 83 yaşlarında mühüm "dönüş nöqtələri" yaşayır. Lakin bu mərhələlərin təsiri hər kəsdə eyni olmur. Təhsil səviyyəsi, sosial münasibətlər, fiziki aktivlik və zehni fəaliyyət beynin "kognitiv ehtiyat" yaratmasına kömək edir və onu yaşlanmanın mənfi təsirlərinə qarşı daha dayanıqlı edir. Mütəxəssislər idrak zəifləməsinin qaçılmaz olmadığını bildirirlər. Yeni bacarıqlar öyrənmək, hobbi qazanmaq beynin müxtəlif sahələrini aktiv saxlayır. Fiziki aktivlik üçün isə ağır məşqlər şərt deyil. Gündəlik gəzinti, pilləkənlərlə qalxmaq və ya qısa məşqlər belə beyin sağlamlığına müsbət təsir göstərir.

Tədqiqat nəticələrinə görə, orta yaş dövründə aktiv olan insanların demensiya riski 40-45 faiz daha aşağı olur. Bununla yanaşı, sosial əlaqələrin rolu çox vaxt yetərincə qiymətləndirilmir. Halbuki tənhalıq artıq qlobal sağlamlıq problemi kimi qəbul edilir. Sosial münasibətlər yalnız psixoloji deyil, həm də fiziki sağlamlığa təsir edir, immun sistemindən tutmuş ürək sağlamlığına qədər bir çox sahədə mühüm rol oynayır. Sağlam uzunömürlülük mövzusunda qidalanma xüsusilə ön plana çıxır. Mütəxəssislər təbii, emal olunmamış və qida maddələri ilə zəngin məhsulların daha uzun həyat üçün əsas olduğunu bildirirlər. Bu baxımdan tərəvəzlər, balıq, zeytun yağı və qatıq kimi məhsullar xüsusi əhəmiyyət daşıyır.

Brokoli, kələm və Brüssel kələmi güclü antioksidant və iltihab əleyhinə təsirə malikdir. Bu qidalar hüceyrə səviyyəsində qoruyucu rol oynayaraq xərçəng riskini azalda bilər. Eyni zamanda maqnezium və folat kimi vacib maddələrlə zəngin olduqları üçün orqanizmdə bir çox həyati prosesi dəstəkləyirlər. Tünd yaşıl yarpaqlı tərəvəzlər də ürək sağlamlığını qorumaq və bəzi xərçəng növlərinin qarşısını almaq baxımından mühüm rol oynayır. Onların tərkibindəki lif və vitaminlər ümumi sağlamlıq üçün əvəzolunmazdır.

Yağlı balıqlar, xüsusilə qızılbalıq, sardina və skumbriya yüksəkkeyfiyyətli zülal və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu maddələr ürək xəstəlikləri riskini azaldır, beyinin funksiyalarını dəstəkləyir və iltihabı azaldır. Tam taxıllar da uzunömürlülüyü dəstəkləyən əsas qida qruplarından biridir. Onlar xolesterol səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir və metabolik xəstəliklərin riskini azaldır. Sağlam yağlar arasında isə zeytun yağı xüsusi yer tutur. Onun tərkibindəki polifenollar və antioksidantlar ürək-damar sistemini qoruyur və iltihabın qarşısını alır.

Meyvələr arasında xüsusilə qaragilə, böyürtkən və çiyələk kimi giləmeyvələr yüksək antioksidant tərkibi ilə seçilir. Onlar hüceyrələrin yenilənməsini dəstəkləyir və qan şəkərinin stabil qalmasına kömək edir. Fermentləşdirilmiş qidalar isə bağırsaq sağlamlığı üçün vacibdir. Kimçi, kombuça və turş kələm kimi məhsullar faydalı bakteriyalarla zəngin olub immun sistemini gücləndirir. Qoz-fındıq və toxumlar isə həm zülal, həm də sağlam yağ mənbəyidir. Onlar qandakı insulini qaydasına salır və ürək sağlamlığını dəstəkləyir. Tünd şokolad isə az miqdarda qəbul edildikdə həm ürək, həm də beyin sağlamlığı üçün faydalıdır. Onun tərkibindəki flavonoidlər qan dövranını yaxşılaşdırır və idrak funksiyalarını dəstəkləyir. Mərcimək, noxud və lobya kimi paxlalı bitkilər lif və bitki mənşəli zülal baxımından zəngindir. Onlar qan şəkərini tənzimləyir və həzm sisteminin sağlamlığını qoruyur. Pomidor isə güclü antioksidant olan likopenlə zəngindir və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Mütəxəssislərin sözlərinə görə, uzunömürlülük tək bir amilin deyil, genetik və həyat tərzi faktorlarının mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. Elm göstərir ki, genlər müəyyən çərçivə yaratsa da, bu çərçivənin daxilində necə yaşayacağımız öz seçimlərimizdən asılıdır. Kiçik, lakin davamlı dəyişikliklər - düzgün qidalanma, aktiv həyat tərzi, sosial əlaqələr və zehni fəaliyyət daha uzun və sağlam həyatın əsasını təşkil edir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan RespublikasıPrezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:42
14 May

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 187-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 413 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:40
14 May

Bildiriş

01:38
14 May

Futbol üzrə Azərbaycan Kubokunun qalibi mükafatlandırılıb

22:47
13 May

Azərbaycanın dinlərarası dialoq təşəbbüsü beynəlxalq platformada dəstəklənib  

22:36
13 May

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:22
13 May

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub  

22:05
13 May

Moldova Xarici İşlər Nazirliyi hava məkanının pozulmasını pisləyir

21:42
13 May

Moskvada PUA hücumlarının nəticələri barədə məlumatların yayılmasına görə cərimələr tətbiq edilir

21:35
13 May

Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbul edib

20:37
13 May

Zakarpatye müharibə başlayandan bəri Rusiyanın ən kütləvi hücumuna məruz qalıb

20:27
13 May

Rusiyanın aviazərbələri nəticəsində Rovnoda üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb  

20:01
13 May

QHT və media nümayəndələri WUF13-ə hazırlıq işləri ilə tanış olublar YENİLƏNİB

19:54
13 May

Azərbaycanın və Belarusun hərbi informasiya sahəsində nümayəndələri əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar  

19:45
13 May

Birinci rübdə 44,6 min şəxs reabilitasiya xidmətləri ilə təmin olunub

19:26
13 May

ABŞ ilə Çin arasında iqtisadi maraqlar

19:17
13 May

SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib  

19:16
13 May

Bəzi yerlərə intensiv yağış yağır, Şəmkirə dolu düşüb – FAKTİKİ HAVA  

19:15
13 May

Azərbaycanın 7 karateçisi Avropa çempionu olub

19:14
13 May

Bakıda “İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda konfrans  

19:13
13 May

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

19:11
13 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!