03 Noyabr 2026 13:57
633
CƏMİYYƏT
A- A+
Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib 

Ukrayna polisi ilə birgə əməliyyat keçirilib, kiberdələduzluq şəbəkəsinin 11 üzvü Azərbaycana gətirilib 


Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətiriliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarəolunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı hüquqpozma hallarının aşkarlanmasını deyil, həm də onların təşkilatçılarının, xarici əlaqələrinin və maliyyə mexanizmlərinin müəyyənləşdirilməsini zəruri edir.

Bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.

Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarəolunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.

Araşdırmalarla müəyyən olunub ki, şəbəkənin fəaliyyəti Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılmış “Call Center”lər vasitəsilə təşkil olunub. Cinayətkar şəbəkəyə yeni üzvlərin cəlb olunması məqsədilə “Telegram” platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları yerləşdirilib. Nəticədə bəzi ölkə vətəndaşları Ukraynada qanunsuz fəaliyyət göstərən həmin mərkəzlərə cəlb ediliblər.

“Call Center”lərdə şəbəkə üzvləri xüsusi hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər. Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər. Digər hallarda isə vətəndaşların kiberdələduzluq əməllərinin qurbanına çevrilməsi üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərinin adından istifadə olunub.

Şəbəkə üzvləri yaratdıqları qorxu və təşviş vəziyyətindən, yaxud asan qazanc əldə etmək istəyindən istifadə edərək vətəndaşları tələsik qərar verməyə, vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartı məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediblər.

Ukrayna Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərlə Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz “Call Center”lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər.

Məlum olub ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev xaricdəki şəbəkə üzvləri ilə “Telegram” vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər. Onlar talanmış pulları istifadələrində olan bank kartı hesablarında cəmləyərək razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan hissəni kriptovalyutaya çevirərək xaricə göndəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə başçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları aparılır.

“Bir daha diqqətə çatdırırıq ki, kibercinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti və beynəlxalq əməkdaşlıqla yanaşı, vətəndaşların ayıq-sayıqlığı da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, vətəndaşları sosial şəbəkələrdə yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş təkliflərinə ehtiyatla yanaşmağa, kart məlumatlarını, SMS təsdiq kodlarını, həmçinin digər məxfi şifrələri naməlum şəxslərlə paylaşmamağa, şübhəli zənglər zamanı verilən sualları rəsmi mənbələrdən yoxlamağa və kiberdələduzluq halları ilə bağlı dərhal polisə müraciət etməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!