16 Aprel 2026 08:55
202
Mədəniyyət
A- A+
"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  


Daim inkişafda olan cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, gənclərimiz fəallıqları və bacarıqları ilə uğur qazanmasınlar, ölkəmizin inkişafına öz töhfələrini verməsinlər. Belə bacarıqlı, fəal gənclərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin böyük elmi işçisi Əlləz Əhmədovdur.

O, 1989-cu ildə İsmayıllıda dünyaya göz açıb. Sonra ailəsi Bakıya köçüb. Yaşı çatanda Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev adına 202 nömrəli orta məktəbə yollanıb. Yazmağı, oxumağı öyrənib, kitablarla dost olub. Davranışı, nizam-intizamı, hazırcavablığı, bacarığı ilə müəllimlərinin rəğbətini qazanıb. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edib.  

2007-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Əyninə hərbi forma geyindiyi və təlim-məşqlərdə iştirak etdiyi ilk günlərdən silahların və hərbi texnikanın sirlərinə dərindən yiyələnib. Xidmətini başa vurandan sonra - 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olunub, 2013-cü ildə oranı bitirib. Aktyorluq sənətinin sirlərinə dərindən yiyələnmək üçün 2014-2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin magistratura pilləsində oxuyub. Buranı fərqlənmə diplomu ilə bitirən Əlləz Əhmədovun həyatında 2011-2021-ci illər mühüm mərhələ olub. O, həmin illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ştatdankənar aktyor kimi işləyib, böyük təcrübə qazanıb. Teatrın repertuarında olan "Xanuma" (A.Saqareli), "Yaşlı xanımın gəlişi" (F.Dürrenmatt), "Kuraj və uşaqları" (B.Brext), "Anamın kitabı" (C.Məmmədquluzadə), "Şah Qacar" (Ə.Əmirli), "Biri var idi, biri yox..." (Nağıl tamaşa), "Nağıllar aləmində" (Nağıl tamaşa), "Almaz" (C.Cabbarlı), "Çipollino" (C.Rodari), "Gəl, baharım, gəl, yazım" (X.Həsənova), "Yaşar" (C.Cabbarlı) və başqa tamaşalarda müxtəlif rollar oynayıb. O, yalnız teatr tamaşalarında deyil, seriallarda da müxtəlif obrazları canlandırıb. "Xəzər" televiziyasında yayımlanan "Bir ailəm var", "İmtahan", "Ata ocağı" və başqa teleseriallara çəkilib. Bundan başqa, Azərbaycan Dövlət Televiziyasında çəkilən "İş № 715", "Məhşər" və başqa sənədli filmlərdə rol alıb. Harada, hansı tamaşada olursa-olsun, Əlləz Əhmədov ona tapşırılan rolun öhdəsindən bacarıqla gəlib. 

Daim öz üzərində çalışan Əlləz Əhmədov 2015-ci ilin aprelindən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsində böyük laborant vəzifəsində işləməyə başlayıb. Onun üçün illər bir-birindən uğurlu gəlib, tale üzünə gülüb. 2017-ci ildən bu elm və təhsil ocağında kiçik elmi işçi, 2020-ci ildən elmi işçi vəzifələrində çalışıb. İndi isə  böyük elmi işçidir.

Daim öyrənməyə və təcrübəsini artırmağa can atan Əlləz Əhmədov bacarığını müxtəlif müsabiqələrdə də sınaqdan keçirib və bir-birindən ürəkaçan uğurlar qazanıb. 2017-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçirilmiş "Ana dilimiz - milli varlığımızdır" yarış-müsabiqəsində 3-cü yerə layiq görülüb.

Söhbət zamanı gənc alim dedi ki, ata-anası əslən Qərbi Azərbaycandandır: "Ermənilər 1988-ci ildə valideynlərimi doğma ocaqlarından didərgin salıblar. İki il İsmayıllıda yaşadıqdan sonra Bakıya köçmüşük. Kiçik yaşlarımdan musiqiyə həvəsim var idi. Dinləyənlərin səsimdən xoşları gəlirdi. Bir gün məni musiqi məktəbinə aparıb səsimi yoxladılar. Səsim yaxşı olsa da, çox qəribəydi ki, mən musiqiçi yox, idman şərhçisi olmaq istəyirdim. Orta təhsilimi başa vurandan sonra arzumu reallaşdırmaq istədim, təəssüf ki, cəhdim baş tutmadı. Amma həvəsdən düşmədim, hərbi xidmətimi başa vurduqdan sonra aktyor olmaq arzusu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Vətən həsrətinə dözə bilməyən valideynlərim dünyalarını tez dəyişdiklərinə görə böyük qardaşım Ağasif bizə atalıq edir, yol göstərirdi. Məni oxumağa da o həvəsləndirirdi. Təhsil aldıqca aktyorluğa, ümumiyyətlə, sənətə marağım daha da artırdı. Müxtəlif teatrların səhnəsində müxtəlif tamaşalarda bir-birinə bənzəməyən rollar oynadım. Elə ilk anlarından səhnə məni öz cazibəsinə saldı. Hiss etdim ki, səhnənin cazibəsindən çıxmaq mümkün deyil. Bir müddətdən sonra isə elmi araşdırmalar məni özünə cəlb etdi. Beləcə, səhnədən elmə gəldim. Gərgin araşdırmalardan sonra elmi iş yazıb müdafiə etdim. Qazandığım uğurlara görə öz çalışqanlığıma və müəllimlərim Ötkəm İsgəndərov, Zemfira Nərimanova, Laləzar Mustafayeva, Gülşad Baxşıyeva, Məmmədsəfa Qasımov, İlham Rəhimli və Vidadi Qafarova minnətdaram. Elmi araşdırmalarımı bu gün də uğurla davam etdirirəm".        

Bacarığı ilə bir-birindən dəyərli uğurlar qazanan Əlləz Əhmədov 2022-ci ilin dekabr ayından Memarlıq və İncəsənət İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi fəaliyyət göstərir. 2024-cü ildə AMEA Rəyasət Heyətinin qərarı ilə gənc alimlər arasında elmi fəaliyyət sahəsində fərqləndiyinə görə "İlin gənc alimi" diplomuna, 2025-ci ildə isə "Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə" təşəkkürnamə ilə təltif edilib. 

Seriallara, sənədli filmlərə çəkilməklə yanaşı, Əlləz Əhmədov elmi işlə də ciddi məşğul olub. "Müstəqillik dövrü Azərbaycan teatrında repertuar problemi (1991-2015-ci illər)" mövzusunda dissertasiya işi yazıb. 2024-cü ildə elmi işini uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

İşləri nə qədər çox olsa da, Əlləz Əhmədov bir çox respublika və beynəlxalq elmi konfransa da qatılır. Onun konfranslarda etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanır. Gənc alimin teatrımızın tarixinə həsr etdiyi elmi məqalələri də oxucularda böyük maraq doğurur. 16-dan çox elmi məqaləsi olan Əlləz Əhmədov qazandığı uğurları ilə yaxınlarını, doğmalarını sevindirir. Amma o cavandır. İnanırıq ki, Əlləz gələcəkdə də elmi uğurları, dəyərli məqalələri ilə teatr sənətinin inkişafına böyük töhfələr verəcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

Bakı qlobal əməkdaşlığın strategiyasını formalaşdırır

08:25
16 Aprel

İqtisadi inteqrasiya artdıqca etimad mühiti də güclənir

08:20
16 Aprel

Ölkəmiz üçün ən ciddi təhlükəsizlik çağırışı

08:15
16 Aprel

İnkişaf, yoxsa ideoloji girovluq

08:10
16 Aprel

Xəyanət şəbəkəsinin fiaskosu: Qarabağda nə sülhməramlı qaldı, nə də separatçı 

08:05
16 Aprel

Milli maraqları qətiyyətlə təmin edən lider

08:00
16 Aprel

Peskov: Rusiya Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmir

07:38
16 Aprel

“Mən, Lalə, bir də Şerlok Holms 2” filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub

07:37
16 Aprel

Çempionlar Liqası: “Bavariya” və “Arsenal” yarımfinala yüksəlib

07:36
16 Aprel

BMT İrana humanitar yardım üçün 12 milyon dollar ayırıb

07:33
16 Aprel

Kiyevə ballistik raket zərbələri endirilib, ölənlər və yaralananlar var

07:32
16 Aprel

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!